...Qeyd: Musiqinin adı mövzu ilə əlaqədar olmasa da, melodiyası həyəcanlı atmosfer yaradır.
-Hər şey qarşılıqlıdır, Jansset,-unutma.
Qarşıqlıqlı? Məgər bu oğlan onun işinə yaraya bilər? Janset dərindən nəfəs aldı. Bəlkə də onu özü ilə apara bilərdi. Burda tək qalsa, başına bir şey gələcəyi aydın idi. Üstəlik ona zərər yetirə biləcək vəziyyətdə də deyildi. Çox problem yaratsa, ən azından quzğunları üstünə göndərərdi.
-Yaxşı, mənimlə gəl,-bunu dedikdə oğlanın gözlərində yaranan işıltı görülməyə dəyərdi.
Oğlanla arada məsafə saxlayaraq yan-yana getməyə başladılar. İlan isə yenə yoxa çıxmışdı və Janset birdən-birə özünü narahat hiss etməyə başladı. Tanımadığı insanlar onu qorxudurdu.
-Bəs, sən burda çoxdan varsan?-Elvin yenə səssizliyi pozaraq dilləndi.
-Çoxdan, amma nə qədər vaxt keçdiyini dəqiq bilmirəm.
-Yuxularda vaxt anlayışı qəribədir,-Elvin təsdiqlədi,-məsələn, mən də lusid yuxu gördüyümü anlayana qədər nə qədər zamandır burda olduğumu xatırlamıram. Çox güman ki, burada vaxt daha yavaş axır. Bəzən bütün gecəni yuxu gördüyünü sanarsan, ancaq həqiqətdə on-on beş dəqiqəlik yuxuda olursan,-Elvin uzun-uzadı yuxular haqqında danışmağa davam etdi.
Janset isə sadəcə başını tərpətdi, lakin ağzını açmadı: yad biri ilə danışmağı sevmirdi.
-Bəs, buranı məndən daha yaxşı tanıdığına görə, mənə məlumat verə bilərsən?-Elvin yenə soruşdu.
-Yaxşı,-Janset dərin nəfəs aldı, ən azından buraları tanımaq onun özündən daha az asılı olmasına kömək edərdi. Jansetin ən son istəyəcəyi şey özünə ayaq bağı olan biri olardı,- Deməli, bura yuxular labirintidir. Gördüyüm qədərilə bura müxtəlif qatlardan ibarətdir və çıxış yolu ən yuxarı qatdadır. Biz indi labrintin üçüncü qatında olmalıyıq. Bundan aşağı qatda məni Üzsüzlər əsir tutmuşdu. Ondan aşağı qatdan isə xəbərim yoxdur. Çox güman ki, ora da zindan kimi yerdir və ya Kabusların yarandığı emalatxana kimi yer.
-Dayan,-Elvin əli ilə onu saxladı,-bəs bu Kabuslar, Üzsüzlər nədir?
-Səbirli ol, çatıram,-Janset dedi,-burda bizim qaçmağımıza mane olan bir-sıra varlıqlar var. Əvvəla, sənin qarşılaşdığın hörümçəklər Kabuslardan biridir. Kabuslar qorxu saçan varlıqlardır və bizə hücum edərək zərər vurmağa çalışırlar. Lakin sən bu Kabuslarla mübarizə apara bilərsən, əlbəttə onlara qarşı öz Kabuslarından istifadə edərək. Məsələn, hörümçəklərə qarşı göndərdiyim quzğunlar mənim xəyalən yaratdığım Kabuslardır. Onlar mənim tərəfimdədir və hər zaman məni təhlükələrdən qoruyurlar.
-İkinci varlıqlar Üzsüzlərdir. Üzü görünməyən amma insan formalı bədheybətlərdir. Onlar az hallarda danışırlar və bir növ əsgər vəzifəsi görürlər; labirintin qatlarını keçməkdə bizə mane olub, tutduqlarını zindanda saxlayırlar. Onlar Kabuslardan az olsalar da, mübarizə aparılması ən çətin varlıqlardır. Çünki mən şəxsən onları idarə etməkdə, hətta quzğunlarımı onlara qarşı göndərməkdə çətinlik çəkirəm.
-Digəri Qaranlıqdır. Qaranlıq xəyal qurmağa və yuxunu idarə etməyə mane olur. Bu mübarizə aparılması ən asan varlıq kimi görünə bilər, çünki sadəcə konsentrasiya və xəyal qurmaq bacarığı tələb edirlər. Ancaq diqqətin dağıldığı andaca səni əhatə edərək getdiyin yolu zülmətə bürüyər.
-Ən sonuncusu isə Yuxu iradəsidir. Onun xarici görünüşü daim dəyişir və idarə edilə bilməz. Yuxu iradəsi sənin iradəni, xəyal qurmaq bacarığını əlindən alar və səni kuklaya çevirər. Onunla bir-neçə dəfə qarşılaşmışam, hər dəfəsində zorla əlindən xilas olmuşam. Onunla mübarizə aparmağın tək yolu onun manipulasiyasına təslim olmamamaq və müqavimət göstərməkdir. Sadəcə güclü iradənlə Yuxu iradəsinə qalib gələ bilərsən. O isə heç vaxt məhv edilməz və daim səni ələ keçirmək üçün geri qayıdar.
Elvin susmuşdu və üzündən deyilənləri həzm etməyə çalışdığı görünürdü. Bəlkə də Janset onu qorxutmuşdu, ancaq həqiqətləri bilmək də onun öz istəyi idi. Buranın nə qədər qorxulu olduğunu bilməsi onu gələcəkdə baş verəcəklərə hazırlayacaqdı.
-Məncə "Üzsüzlər" adı bir qədər gülməli görsənir,-Elvin səssizliyinin ardından dilləndi.
-Bu adı onlara mən verdim,-Janset qaşını qaldırdı,-amma sənin daha yaxşı fikrin varsa, eşitməyə şad olaram.
-Gəl fikirləşək,-Elvin əllərini saçlarına keçirdikdə Janset, qeyri-ixtiyari onun qabağı pırpızlanmış kəkilinə baxmağa başladı,- Qorxunclar? Yox, bəs, Ruhsuzlar? Mühafizəçilər? Yox, bu mənasız alındı. Onlar insanları tutub zindana salırlar? Bəlkə adı, zindanlar, yox,zədanlar olsun? Necədir?
-Zədan?-Janset bir qədər fikirləşdi,-nə bilim. Ola bilər, qeyri-adi bir addır.
-Əla,-Elvin sanki yaşadıqları bir oyunmuş kimi gülümsədi,-Bəs, indi hara gedirik?
-Kitabxanaya.
Bölümləri qısa-qısa verirəm. Amma əgər daha uzun bölümlər istəyirsinizsə, bundan sonra daha uzun paylaşaram. :) Xoş günlər arzulayıram.
VOUS LISEZ
Yuxular Labirinti
FantasyBu cəhənnəmdən məni xilas edə biləcək tək insan özüməm... Yuxuları öyrənən elm "oneirologiya" adlanır... Lusid yuxu görmək üçün edilməli olan məşqlər: 1. Yatma və durma vaxtlarının planlı hala gətirilməsi. 2. Yuxuların yadda saxlanılması üç...