13. Yanlış gələcək

132 15 63
                                    

Yeni bölümü səbirsizliklə gözləyən oxucuma ithaf edirəm :)

Janset təlaşlı baxışlarla Elvinin havada şəffaflaşıb yoxa çıxdığını gördü. Bir anlıq özünü itirdi; Elvini xilas etmək arzusu ilə istər-istəməz irəli atıldı, amma digərlərini də burada qoyub gedə bilməyəcəyini anlayıb dərhal dayandı. Elvini bir müddətliyə fikrindən çıxarıb diqqətini Zədanlarla döyüşə yönəltməli idi. Lakin Mayari işin çoxunu həll etmişdi belə: üzərilərinə təzyiqli su püskürtdüyü Zədanlar qeyb olmuşular. Janset hər kəsin sağ-salamat olduğunu gördükdə bir az rahatladı.

-Elvini hara apardı görəsən?-Mayari yorğun şəkildə ona yaxınlaşıb soruşdu,-Armonun yanına?

Elvin. Varlığına qəribə şəkildə alışdığı oğlanın birdən yoxa çıxması, Zədanlar tərəfindən aparılması Jansetin onunla birgə olarkən hiss etdiyi nadir təhlükəsizlik duyğusunu da yox etmişdi. Mayari sualını bir daha təkrarladıqda, Janset, əsəblərini cilovlamamış ağzından çıxan kəskin cavaba əngəl olmağı bacarmadı:

-Mən hardan bilim axı?-dedikdən sonra da dərhal peşman oldu,-üzr istəyirəm, özümdə deyildim.

-Eybi yoxdur,-Mayari gülümsədi,-narahat olma, hər ikisini tapacağıq. Sadəcə artıq buradan çıxaq.

Janset başı ilə təsdiqləyib qatlararası boşluqdan çıxmaq üçün fikrini topladı. Artıq yorğun düşmüş zehnini məcbur edərək qarşısında havada yüksələn və spiral kimi qıvrılan daşdan pillələr xəyal etdi. Arxada dayanıb hamının yuxarı təhlükəsiz şəkildə qalxması üçün şans yaratdı, sonda isə özü pillələri qalxaraq arxada qoyduğu xəyalı dağıtdı. Çəmənlik və sübh günəşi. Niyəsini bilməsə də, bu xəyal onu sakitləşdirir və nostalji hissi verirdi. Yeddinci qata qalxdıqda qarşısındakı Qaranlıq çox güman ki, Mayarinin xəyalı ilə yavaş-yavaş məhv olurdu.

Yanlış gələcəklər qatı.

   Yanlış gələcəklər qatı

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Mayarinin xəyalı buranı günəşli dəniz sahilinə çevirmişdi: ağ rəngə çalan qumların qucaqladığı dənizin mavi-yaşıl suları o qədər saf idi ki, dibdəki balıqqulağı parçaları ilə yosunları aydın görmək mümkün idi. Janset qeyri-ixtiyari təbəssüm etdi: ehtimal ki, bura Mayarinin yaşadığı yerin xəyalı idi. Başını qaldırıb topa buludlar arasından boylanan günəşə baxdıqda bir xəyalın bu qədər gerçək hiss etdirə biləcəyinə heyrətləndi. Özünün bir anlıq həqiqətən dəniz sahilində, bu bəyaz qumlu çimərlikdə olduğunu düşündü.

-Bura nə qatıdır, Janset?-Mayari gözlərini bayaqdan bəri izlədiyi mənzərədən çəkərək soruşdu.

-Yanlış gələcəklər qatı,-Janset cavab verdi, lakin sonradan Mayk da daxil, hamının ona təəccüblə baxdığını görəndə izah etməyə başladı,-Bu qatda mümkün gələcəkləri görə bilərsiniz. Amma gördüyünüz bu gələcəklər həqiqət deyil, odur ki, aldanmamalısınız. Mümkün qədər gələcəyi düşünməməyə çalışın, çünki gördüyünüz saxta gələcək sizi məqsədinizdən yayındıra bilər,-fikrini ağlına həkk olunmuş xəritə üzərində cəmlədi,-xəritədə bununla bağlı ciddi təlimatlar var.

Yuxular LabirintiDonde viven las historias. Descúbrelo ahora