16. Etiraf

79 11 26
                                    

   Səkkizinci qat-"Lusid yuxular" qatı.

Hər tərəf mavi okean suları ilə əhatələnmiş, üfüqdə səmanın mavi-bənövşəyi rəngi ilə qucaqlaşmışdı. Hələ çıxmamış günəşin əvəzinə, səma ulduzların tək-tük işıqları ilə aydınlanırdı. Janset barmaqlarının ucunda, suyun səmadakı buludları güzgü kimi əks etdirdiyi səthində dayanmışdı. Addım atdıqca okean səthi tarım çəkilmiş parça kimi aşağı yatır, lakin yenə də Jansetin bədənini öz üzərində saxlayırdı.

 Addım atdıqca okean səthi tarım çəkilmiş parça kimi aşağı yatır, lakin yenə də Jansetin bədənini öz üzərində saxlayırdı

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-Elvin,-yanındakı oğlana dedi,-bu sənin xəyalındır?

Elvin sadəcə gülümsədi və Janset onun qəhvəyi gözlərində buludların əksini gördü.

-Elə bilirdim sən dənizdən qorxursan?

-Boğulmadığım müddətdə yox,-Elvinin üzü incimiş kimi göründü,-həm öz xəyalımda boğulmayacağam ki.

Mayari və Natsune yan-yana durmuş, Levita uşaqlarla birgə Elvinin qurduğu xəyalı izləyirdilər. Ancaq kimsə əskik idi bu mənzərədə...

-Armonun buranı görməsini istəyərdim,-Janset pıçıldadı. Elvinin təbəssümü yox olduqda bu sözləri heç deməməyi dilədi.

-Armo həqiqətən öldü?-uşaqlar arasında ən balacası olan Mojan dilləndi,-yəni heç vaxt ayılmayacaq?

Hamının səssizlik haqqını seçdiyi müddətdə Janset, Elvinin yaratdığı qayığı izləməyə başladı. Uzun, səkkiz nəfərə yetəcək böyüklükdə qayıq idi. Suyun üstündə yeriyə biləcəkləri halda, qayığa nə ehtiyac vardı?

-Əlbəttə öldü,-danışan Aleks idi, həmişəki kimi sözü sərt şəkildə üzə deyirdi,-o, intihar etmişdi.

-Biz də öləcəyik?-sarışın Ellada Mayaridən soruşdu,-burda qalsaq, biz də öləcəyik?

-Yox, əzizim,-Mayari nəvazişli səsi ilə dedi,-biz burdan ayılıb yenidən həqiqi dünyaya qayıdacağıq.

-Qayığa nə ehtiyac var ki?-Janset söhbəti dəyişdirdi. Armonu xatırladıqca bütün olanların öz günahı olduğunu düşünməkdən özünü saxlaya bilmirdi.

-Bütün bu dənizi yeriyərək keçmək istəyirsən?-Elvin dedi,-həm hazır yuxuda imişkən, sınamadığım heç nə qoymaq istəmirəm. Dənizdən qorxduğum üçün heç vaxt qayığa və ya gəmiyə minə bilməmişəm.

Janset gülümsədi: artıq gülümsəmək belə ağrıdırdı. Yenicə doğmaqda olan günəş buludları sarı-qırmızı rənglərə boyadıqda, eyniylə suyun üstündə də əksi görünürdü. Xəyalın gözəlliyi sanki Armonun xatirəsinə həqarət edirmiş kimi hiss etdirirdi. Kədərli anlarda niyə hər şey daha gözəl görünürdü? Bəlkə də Armonun dedikləri doğru idi: kədərli anlar həqiqətən yaradıcılığa təkan verirdi.

Yuxular LabirintiWhere stories live. Discover now