Qayıq altdan gələn sərt təkanla silkələndi. Janset tarazlığını güclə saxlayaraq ayağa qalxdı və Kabusun nə formada olduğunu nəzərdən keçirməyə başladı. İri bədənli və qara rəngli oktapoda bənzəyirdi. Səkkiz uzun qolunu qamçı kimi havada şaqqıldadıb qayığa zərbələr endirməyə çalışırdı.
-Kuso! Bu nədir belə?-Natsune başını sağa-sola fırladıb iri gözlərlə Kabusun qolların hərəkətini izləyirdi.
-Kabusun qollarının sənə dəyməsinə icazə vermə,-Janset onu xəbərdar etdi. Ağrıdan sancan barmaqlarını sağaltmağa macal belə tapmamışdı.
-Mən qoruma qalxanı yaradaram,-Mayari işə keçdi. Lakin ətrafında yaratdığı su qalxanı Kabusun qollarından onları qorumaqda gücsüz idi. Zəhərli qara qollar suyu asanlıqla yarıb Mayarinin qoluna zərbə endirdi. Mayari inildəyərək geri tullandı.
-Suda yaşayan Kabusu su qalxanı ilə dayandıra bilməzsən,-Janset öz hava qalxanını yaradaraq Kabusun qollarının hərəkətini az da olsa yavaşlada bildi,-onu məhv etməyə çalışın.
-Aha,-Natsunenin gözləri parladı,-bunu mənə buraxın. Eyniylə kompüter oyunlarındakı kimidir!
Natsune əlində xəyal etdiyi uzunsov samuray qılıncı ilə gülməli vəziyyətdə poza verib ayağı ilə yerə təkan verdi və bir anda havaya yüksəldi. Qılıncı sovuraraq qara qollardan birini ortadan ikiyə ayırdı. Qol şappıltı ilə suya düşdükdə Janset bu işin asan olacağını düşünüb sevindi. Lakin az sonra kəsilmiş yerdən qol özünü yenidən bərpa etdi.
-Mən də Natsuya kömək etsəm yaxşı olar,-Elvin eyniylə Natsuneninkinə oxşar başqa bir qılınc xəyal edib havaya qalxdı. Havada dövrə vuran iki oğlan qılıncılarını sağa-sola sovuraraq qamçılı qolları bir-bir kəsməyə başladılar. Janset bir anlığa harada olduğunu unudaraq oğlanların qara Kabusla savaşlarını ağzı açıq izləməyə başladı. Qorxulu əvəzinə daha çox əyləncəli kimi görünürdü, ta ki, qollardan biri onun qalxanını yarıb qoluna zərbə endirənədək.
Ağrıdan qışqırdıqda Elvin cəld dönüb ona baxdı və bu zaman da digər qol onun qarnına dəyərək onu qayığın bir küncündən digərinə sovurdu. Elvin havada tarazlığını bərpa etməyə çalışarkən üzünü buruşdurdu. Natsune isə heç kəsə fikir vermədən diqqətini ilan kimi qıvrılan qara qolların hərəkətlərinə yönəltmişdi. Əsl kompüter oyunçusu kimi onun fikrini heç nə dağıda bilməzdi. Sanki doğuşdan qılınc döyüşünə qatılırmış kimi peşəkar şəkildə qara qolları kəsməyə davam edirdi. Lakin qollar kəsildikdən qısa müddət sonra yenidən özülərini bərpa edirdilər.
-Mayari,-Janset qolları havada müdafiə qalxanını saxlayaraq dilləndi,-sən suyun altına enib Kabusu kökündən məhv edə bilərsən? Mənim fikrimcə bu yolla onu tamamilə dayandırmaq mümkün olacaq.
STAI LEGGENDO
Yuxular Labirinti
FantasyBu cəhənnəmdən məni xilas edə biləcək tək insan özüməm... Yuxuları öyrənən elm "oneirologiya" adlanır... Lusid yuxu görmək üçün edilməli olan məşqlər: 1. Yatma və durma vaxtlarının planlı hala gətirilməsi. 2. Yuxuların yadda saxlanılması üç...