21. Qeyri-mümkün seçim

58 9 16
                                    

   Qeyd: Ən sevdiyim filmlərdən biri "Sunshine" və onun möhtəşəm soundtrack-i "Surface of the sun". 

Elvini qatlararasına həbs etmişdilər. Baş döndürücü burulğan sabitləşdikdə düşdüyü həbsxananın alaqaranlıq otaq xəyalı ilə şəkilləndirildiyini gördü. Hamı burada idi. Elvin onların üzlərində gördüyü ümidsizlik və çarəsizliyi yox etməyi necə də istəyirdi...

-Elvin,-Levita ona yaxın gəldi,-nə oldu? Janset səninlə nə danışdı?

-Mənim kral olmağımı istəyir. Sizin də bizimlə birgə burada qalmağınızı. Mən isə əlbəttə rədd etdim, amma... Buradan çıxmaq üçün plan qurmaq lazımdır.

-Onu öldür,-Elvin sanki mədəsinə ağır bir daş düşdüyünü hiss etdi.

-Necə?

-Onu öldürməlisən,-Natsune ona doğru gəldi,-əgər ölərsə, bəlkə də labirint dağılar və biz oyanarıq.

-Bunu dəqiq bilə bilmərik,-Elvin istər-istəməz geri addımladı,-həm də Janseti də öldürə bilmərəm.

-Amma o, Mayarini öldürdü!-Natsunenin səsindəki soyuqluq Elvini qorxutdu.

-Mayarini Janset öldürmədi,-başını silkələdi,-həm ordakı əsl Janset deyil.

-Eyni bədən, eyni üz, eyni səs! Bəs kimdir, hə? Yenə ikili şəxsiyyətdən danışma mənə. Ayrı bir şəxsiyyət zehnində yaşasa belə, yenə də eyni adamdırlar.

-Bu sən dediyin kimi sadə deyil, Natsu,-Elvin onu sakitləşdirməyə çalışdı,-İkili şəxsiyyət ciddi xəstəlikdir, biz onun zehnində həqiqətən nə baş verdiyini anlaya bilmərik. Onu sadəcə geri qaytarmaq lazımdır, onda hər şey düzələcək.

-Amma Mayari geri dönməyəcək!-Natsune az qala qışqırdı.

-Qəmgin olduğun üçün bunları deyirsən, Natsu, xahiş edirəm, mənə inan. Sakitləş.

   -Sakitləşim?-Natsune rişxəndlə dedi və əlini qaldırıb Elvinin çənəsinə yumruq atdı. Elvin gözləmədiyi zərbədən geri yıxıldı və ağrıyan çənəsini tutdu. Levita iç çəkdi. Elvin təəccüblə Natsuneyə baxarkən, o isə geri dönüb otağın küncünə getdi və yerə oturdu.

-Elvin, yaxşısan?-Levita ona sarı gəlib yerə çökdü.

-Xəyali yumruğun belə ağrıdacağını bilmirdim,-Elvin çənəsini ovdu,-əslində bir az haqlıdır.

-Dilxor olduğu üçün belə edir. Sən gələnə qədər belə səssizcə kənarda oturub.

-Başa düşürəm, amma o məni başa düşmək istəmir. Mən seçə bilmirəm, seçmək istəmirəm. Nə Janseti, nə də sizi məyus edə bilmərəm. Hamını xilas etmək istəyirəm.

-Əgər önündə iki seçim varsa, mütləq birini seçməlisən. Bir şeyi qazanmaq üçün əvəzində nəyisə qurban verməlisən. Hər ikisini seçə bilməzsən.

-Gör kim deyir,-Elvin ağzından istəmədən çıxan sözləri dayandıra bilmədi.

-Necə yəni?-Levita qaşlarını çatdı.

-Sən də seçə bilmirsən, elə deyil? Nə fizikanı seçdin, nə də pianonu. Hər ikisindən yapışdın, heç birini tam buraxa bilmədin. Amma burda mənə qurban verməkdən danışırsan.

Levitanın üz ifadəsi dəyişdi və əvvəlkindən daha məyus göründü. Elvin bu sözləri heç deməmiş olmağı dilədi.

-Bəlkə də düz deyirsən,-Levita bir qədər səssiz qaldıqdan sonra danışmağa başladı,-mən də heç birini buraxa bilmədim. Hər ikisini seçməyə çalışdım. Amma yenə də əvəzində bir şeyi qurban verdim: dincliyi, yuxunu. Uzun müddət yuxusuz qaldıqdan sonra tamamilə yorulur və həftələrcə yatmaq istəyirdim. Mən həm elmlə, həm də musiqi ilə məşğul olmağa çalışdım, əvəzində də dinclik və əyləncələri qurban verdim. Sonda yenə də bir şeyi qurban verməli olursan,-kədərli şəkildə gülümsədi.

Elvin onun sözləri haqqında bir qədər düşünərkən, Levita ayağa qalxdı, "İndi Natsu ilə danışaram. Sən isə bizi xilas edəcək plan qurmağa çalış. Nə olursa, olsun, bizim sənə arxa olacağımızı unutma."

Elvin qıza təşəkkür etmək üçün başını qaldırdı, amma o, artıq otağın digər küncündə idi. Natsuneyə nəsə dedikdə o, əvvəlcə çiyin çəkdi, lakin daha sonra ayağa qalxıb üzü divara sarı dayandı. Dəqiqələrcə orada qaldıqdan sonra nəhayət dönüb Elvinə yaxın gəldi. Elvin yöndəmsiz şəkildə ayağa qalxıb onun üz ifadəsindən nə düşündüyünü öyrənməyə çalışdı. Natsune başını qaldırıb ona baxdıqda gözlərində hələ də qəmginlik vardı.

-Səni vurduğum üçün bağışla,-qısa bir təzim etdi,-bir az əsəbi idim.

-Sən məni bağışla,-Elvin də onun hərəkətini təkrar edib təzim etdikdə Natsunun üzündə təbəssüm yarandı, lakin yarandığı kimi də cəld yoxa çıxdı.

-Mayariilə ayıldıqdan sonra da söhbətləşməyi, hətta bir-birimizlə görüşməyiplanlamışdıq. Bu günə qədər qızlarla bəxtim gətirməyib,-qısaca gülümsədi,-ammaMayari fərqli idi. Həm həlim xasiyyətli və şəfqətli, həm də gözəl.  Düzdür, məndən bir-iki yaş böyük idi, amma onunla danışdıqda özümü o qədər rahat, sərbəst hiss edirdim ki...Onu həqiqətən görməyi o qədər istəyirdim ki...

-Başa düşürəm,-Elvin sadəcə bu sözləri deyə bildi, çünki həqiqətən də, sevdiyin şəxsi itirməyin necə olduğunu anlayırdı.

-Onun əsl Janset olmadığını başa düşürəm,-davam etdi,-çünki mənim tanıdığım Janset utancaq, sərt baxışlı amma həm də böyük ürəyə sahib biridir. Mayarinin ölümü isə qəza idi, bunda Jansetin günahı yoxdur. Yəni bizi labirintə qatmaqdan başqa günahı yoxdur-deyə sözünü düzəltdi.

-Sizi buradan çıxaracağıma söz verirəm,-Elvin onu əmin etməyə çalışdı.

-Biz də sənin sözünə tam inanırıq,-Natsune dedi,-verəcəyin qərarda sənə kömək edəcəyik. Sadəcə planın nə olduğunu söylə.

-Planımız hamımızı buradan çıxarmaqdır,-Elvinin gözləri uzaqlara, otağın qaranlıq küncünə zillənmişdi,-buna görə isə öz hisslərimi, qürurumu və qorxumu qurban verəcəyəm.

-Uşaqlar yığılın,-Natsune qışqırdı,-Elvin bizə buradan çıxmaq üçün olan planı izah edəcək,-bu dəfə Elvinə həqiqi təbəssüm bəxş etdi.

Qeyd: Sona doğru 3-4 bölüm qalıb. Ümid edirəm ki, sonluq ürəyinizcə olacaq. Bura qədər mənimlə qalanlara xüsusi təşəkkürlər!

Yuxular LabirintiDonde viven las historias. Descúbrelo ahora