Qeyd: Hər kəsdən əvvəlcədən üzr istəyirəm. Medianı dinləməyi unutmayın.
-Mayk da Zədanlardan biridir,-Elvin oğlanın əlini itələyərək onu geriyə yıxdı və özü də bir-iki addım arxaya getdi.
-Nə? Necə bildin axı?-Mayari uşaqları ətrafına yığaraq qoruma halqası yaratdı.
-Toxunuşundan,-Elvinin turşumuş üz ifadəsi ilə yerə yıxılan Mayka baxdı.
Mayk ayağa qalxdı və görünüşünü dəyişdirdi. Janset qarşısında ikinci bir Elvin gördükdə işlərin pis hal alacağını anladı. Bir azdan havada üçüncü, dördüncü, beşinci Elvinlər, Mayarilər, Natsunelər, Armolar və uşaqlar yarandı. Onlar hər tərəfdə idilər: Jansetin sağında, solunda, qarşısında. Klonlar özlərini gerçəklərin arasına qataraq Janseti çaşdırmışdılar. Hansı həqiqi Elvin idi? Janset öz ətrafında dönərək tanış üzlərə bir-bir baxdı. Ancaq klonlama işi mükəmməl alınmışdı: Janset ətrafındakı onlarla Elvinin hansının gerçək olduğunu tapa bilmirdi.
-Bunlar nədir?-səs Natsunenin idi, lakin onlarla Natsune eyni anda onun səsini yamsılamışdı.
-Eyniylə bizim kimi hərəkət edirlər,-onlarla Mayari eyni anda çığırdı,-bir-birimizi necə tapacağıq?
"Bunu sən edirsən?"-Janset beynindəki səslə danışmağa çalışdı,-"məqsədin nədir?"
Bu sənin bir sınağndır. Həqiqi dostlarını tapa bilərsən? Onları nə dərəcədə yaxşı tanıyırsan?
-Onlar bizə hücum eləmir,-onlarla Elvin bir arada dilləndi,-məqsədləri başqa şeydir.
-Mənim sizi tapmağımı istəyirlər,-Janset dilləndi.
-Bizi necə tapacaqsan?-Natsunelər dilləndi,-mən heç özümü tapa bilmirəm.
Tez ol! Onları tezliklə tapmasan, havada əriyib yox olacaqlar.
Janset sürətlə vuran ürəyini sakitləşdirməyə çalışaraq dərindən nəfəs aldı. İşə sıra ilə başlamaq lazım idi. Əvvəlcə Armo. Onlarla Armoya bənzər sifəti gözdən keçirdi. Bir-birilərinə nə qədər oxşasalar da, tamamilə klonlanmış ola bilməzdilər. İnsanlar təkrarolunmazdırlar.
Jansetin gözü Armolardan birinə ilişdi: kədərli gözləri sanki ondan da kənara, sonsuzluğa baxırdı. Armoların üzündəki gülüş silinmiş, yerini həmişəki peşmançılıq və məysuluğa vermişdi. Lakin digərlərindən fərqli baxan o bir cüt göz gerçək Armonu ələ verirdi. Janset Armoya yaxınlaşıb qolundan tutdu və onu insan dənizindən kənara çıxardı. Digər saxta Armolar havada əriyərək yoxa çıxdılar.
-Məni tanıdın,-Armo dilləndi.
-Əlbəttə,-Janset ona gülümsədi,-indi isə Mayarini tapmağın vaxtıdır.
Janset Mayarilərə nəzər saldı. Birinin gözləri uşaqları axtarırdı. Janset ona doğru qaçıb əli ilə qolundan yapışdı, lakin bu an əlindən dirsəyinə qədər sanki cərəyan keçdi. Keyiyən qolunu çəkib geriyə addımladı: yalnış Mayari idi.
-Detallara diqqət yetir, Janset,-Armo dilləndi.
Detallar. Janset Mayarinin üzünü tamamilə xatirində canlandırdı. Sevimli gülüşü, tünd rəngli dərisi...Dərisinin üstündə zorla seçilən xalı... Janset cəld Mayarilərin üzündə xal axtarmağa başladı. Budur! Yanağında güclə görünən qara xal. Janset bir qədər tərəddüdlə Mayarinin qolunu tutdu. Dirsəyinə gələcək elektrik cərəyanını gözləyirdi, lakin bir şey baş vermədi. Doğru tapmışdı.
ESTÁS LEYENDO
Yuxular Labirinti
FantasíaBu cəhənnəmdən məni xilas edə biləcək tək insan özüməm... Yuxuları öyrənən elm "oneirologiya" adlanır... Lusid yuxu görmək üçün edilməli olan məşqlər: 1. Yatma və durma vaxtlarının planlı hala gətirilməsi. 2. Yuxuların yadda saxlanılması üç...