Yanlış gələcək(2)

88 12 18
                                    

    Yenidən gözlərini yandıran gur işıq seli onu əhatə etdikdə iki yol ayrıcına geri dönmüşdü. Hələ də qorxudan əsən ayaqları üzərində güclə duraraq onu gözləyən digər gələcəyə baxıb-baxmamaq haqqında götür-qoy etdi. Burda nə gəzirdi? O ki, gələcəyə baxmaq istəməmişdi...Ancaq içindən bir səs ona digər gələcəyi görməli olduğunu deyirdi. Bu gələcək digərinin əksi olmalı idi...

Gözlərinə dolan işıq seli tədricən azaldıqca, qarşısında dayanmış iki nəfərin kimliyi seçə bildi: biri, xoşbəxtlikdən hələ də sağ olan Elvin idi. Digəri isə özü. Hər ikisi indikindən daha yaşlı görünürdülər. Elvin digər Jansetə yaxınlaşıb onu qucaqladıqda, sarsılmış halda onları izləyən Jansetin ürəyinə rahatladıcı bir istilik yayıldı. Qəlbi, Elvin yanında olarkən hiss etdiyi təhlükəsizlik duyğusu ilə doldu. "Narahat olma, yanındayam" sözlərini deyən Elvinin səsini həzin bir musiqi kimi qulaqlarında eşidirdi. Bu onların digər gələcəyi idi? Janset gizlincə belə bir gələcəyin mövcudluğuna özünü inandırmaq istəyirdi. Əlini uzadaraq xoşbəxt görünən gələcəyə toxunmağa çalışdı, lakin bu gələcək göydəki ulduzlar qədər uzaq görünürdü...

Janset, gözlərini kor edən işıq seli qəflətən gəldiyi kimi də yox olduqda əllərini gözlərindən çəkdi. Hələ də indiki zamanda idi, Mayari və digərləri narahat baxışlarla onu izləyirdilər. Bayaqdan dayanmış yağış isə yenidən çiskinləməyə davam etdi.

-Janset?-Mayari qısıq səslə dilləndi.

-Nə baş verir?-Janset ətrafa nəzər saldı,-Çimərliyə nə oldu? Niyə təpəlikdəyik?

-Janset, sən yaxşısan?

-Mən,-Janset köks ötürdü,-nə baş verdiyini xatırlamıram. Birdən-birə özümü saxta gələcəyin içində tapdım,- fikrini cəmləyərək xəyalı ilə üzünü isladan yağışı kəsib, buludları tutqun səmadan qovdu.

-Yəni bayaq etdiklərini xatırlamadığını iddia edirsən?-Natsune qaşqabaqla dilləndi.

Janset diqqətini toplayaraq əbəs yerə beynindəki boşluğu doldurmağa çalışırdı. Özünü saxta gələcəkdə tapmamışdan əvvəl xatırladığı axırıncı şey beynindəki o səs idi. Janset belindən aşağı keçən soyuqla titrədi.

-Janset,-Mayari dedi,-bayaq sanki özün deyildin, amma indi...İndi əsl Janset kimi görünürsən.

-Bunu bir dəfə Elvin də mənə demişdi,-Janset düşüncələrə daldı. Bəlkə, burada qala-qala dəli olurdu? Artıq yaddaşını tamamilə itirir, özündən səslər icad edirdi?

-Mənə onu xatırlatdın...-Mayari tərəddüd etdi.

-Kimi?-Janset sualın cavabını öyrənməkdən qorxurdu.

-Yuxu iradəsini...

Yuxu iradəsi... Jansetin, bu labirintdə qaldığı müddətdə onu daim lağa qoyan, aldadan, azdırmağa çalışan Yuxu iradəsinə qarşı bəslədiyi nifrəti Zədanlara qarşı olan nifrətindən də çox idi. İndi isə onun Yuxu iradəsi kimi davrandığını deyirdilər. Bəlkə də beynindəki lənətə gəlmiş səslər də Yuxu iradəsinindir?

-Yuxu iradəsi tez-tez formasını dəyişir...-Mayari dalğın halda dedi,-onda...

-Onda onun sənin bədənini ələ keçirməsi mümkündür?-Natsunenin sözləri Jansetə şillə kimi dəydi. Dəhşət dolu bu fikir beynində yer etdikdə Janset nəfəs almağı belə unutdu. Sanki bədənində və zehnində zəhərli ruh məskən salmış kimi əti ürpəşdi, tükləri biz-biz oldu.

-Ola bilməz,-səsi alçaq çıxmışdı. Boğazındakı düyünü güclə udquna bildi.

-Onda o Yuxu iradəsi hərdən gəlib zehnində məskən salır?-Natsune soruşdu,-ümumiyyətlə, Yuxu iradəsi nədir? Bədən dəyişdirdiyinə görə sadəcə bir ruhdur? Lənət olsun, bu lap köhnə xalq əfsanələri qədər fantastikdir!

Yuxular LabirintiDonde viven las historias. Descúbrelo ahora