Bölüm 21: Ölüm

301 175 85
                                    

Bölüm 21: Ölüm

"Sevdiyin insanı görmək üçün o biri dünyaya olan inamın artır və ona qovuşacağın günü səbrsizliklə gözləyirsən..."

"Elə anlar var ki, bütün həyatımızı dəyişdirər və heç nə əvvəlki kimi olmaz. Buna hər hansısa bir hadisə, bir şəxs və ya deyilən bir cümlə də səbəb ola bilər. Bəs bunların hamsı birinin həyatında cəmləşsə necə?"

Lalənin dilindən...

Artıq neçə gündür burdayam bilmirəm. Çırpınışlarımın bir məna vermədiyini əksinə biləyimdəki iplərin məni daha çox incitməsinə səbəb olduğunu hiss edəndən sonra sadəcə gözümü boşluğa dikmişəm və ölümü gözləyirəm. Ölüm... qaranlıq bir kəlimədənmi ibarətdir yoxsa daha çoxumu? Ölən biri üçün çox gümanki qaranlıq bir boşluqdan başqa heç nə deyil. Bəs geridə qalanlar üçün? Bax bu hissi çox dərindən yaşamışam. Bir vaxtlar sənə sarılan birinin indi soyuq məzarda yatmasını bilmək insanın nəfəsini kəsir, ürəyini üşüdür. Sonra birlikdə yaşadığınız anlar gəlir gözünün önünə, yarımçıq bir təbəssüm yaranır üzündə. Sonra istəyib də gerçəkləşdirə bilməyəcəyiniz xəyallar gəlir ağlına, yarımçıq qalmış gülüşünü yanağındakı yaşlar əvəzləyir. Darıxırsan, həm də iliklərinə kimi... Onu bir daha görə bilməyəcəyin gerçəyi sillə kimi çırpılır üzünə. Amma geridə qalan həyatını inanmaqla keçirirsən, sevdiyin insanı görmək üçün o biri dünyaya olan inamın artır və ona qovuşacağın günü səbrsizliklə gözləyirsən... Mən də atamla qovuşacağım o günü gözləmişəm... Bəlkə də o gün gəlib? Amma atamla qovuşmağım, anamdan vaz keçməyim deməkdir. Mən isə arxamda gözü yaşlı anamı buraxa bilmərəm.

"Heyy! Burax gedim!"

O qədər bağırmışdım ki, artıq səsimin qırıldığını fərq etmişdim. Ümidi kəsdiyim anda, qapının açılması ilə otaq aydınlandı, və həmin adam içəri daxil olaraq, önümdə gəlib dayandı.

"Burada nə üçün olduğunu bilməyinin vaxtı çatıb."

Adam küncdəki üst-üstə yığılmış stullardan birini götürərək, önümə qoydu və həmin stulda əyləşdi.

"Khmm" -boğazını təmizləyərək sözə başladı.

"Atanı çox sevirdin?"

Verdiyi sualla bir anlıq təəccübləndim, və özümü toplayaraq dilləndim:

"Hələ də sevirəm.."

"Ahahahahah"

Adam kiçik bir qəhqəhə atıb, yenidən boğuq səsi ilə danışdı.

"Gözlədiyim cavab idi. Görəsən, dediklərimdən sonra da atanı indiki qədər çox sevəcəksən?.."

Adamın söylədiklərinə cavab olaraq qaşlarımı çatdım.

"Sənin atan bildiyin kimi güclü və qorxmaz deyildi, tam əksinə, zəif və qorxaq idi..."

"Atam haqqında düzgün danış!"

Özüm də istəmədən yüksək səslə adamın sözünü kəsdim. Bu etdiyimdən qəzəbləndiyi üçün iri əllərini boğazıma keçirdi.

"Balaca... Mənimlə danışanda səsini yüksəltmə! Bu mənim sənə son xəbərdarlığımdır!"

Gözlərinin içinə baxaraq bütün nifrətimi ora boşaltdım. Əlləri boğazımdan ayrıldıqdan sonra içəridək havanı ciyərimə çəkdim.

Adam üzümə tiksinərək baxdıqdan sonra otaqdan çıxdı. Geri döndükdə isə əlində şiş var idi.

Gözümdəki qorxunu ona bəlli etməmək üçün baxışlarımı ayaqlarıma çevirdim, amma adam yaxınlaşaraq əlləri ilə çənəmi tutub, məni ona baxmağa məcbur etdi.

Yağışın PıçıltısıDonde viven las historias. Descúbrelo ahora