Bölüm 3 + Bölüm 4

742 274 181
                                    

Bölüm 3: Görüş
"Kabuslu gecələr bitdi, sıra işıqlı sabahlarındı..."

Lalə İsmayılova.

11ci sinifə gedən, tək dərdi üniversitetə qəbul olmaq olan, aldığı oksigeni yazı masasında dərs çalışarkən tükətən, heç kimə bir pisliyi dəyməyən, sıradan bir qız idim. İndi də sıradan həyatım var. Amma artıq məktəbə getmirəm, hal hazırda üniversitet oxumaq kimi bir planım belə yoxdu. Başıma gələnlərdən sonra imtahana belə girə bilmədim. Öz imtahanımı sən demə doğulduğum gündən bu günə qədər verirmişəm... Özünə heyran buraxacaq saçları və yaxud baxana bir daha baxdıracaq mavi gözləri olmayan, boyu 1.69 olan sıradan biriyəm...

Anamın səsi ilə gözümü baxdığım divardan çəkib anamın çökmüş simasına baxdım.

"Bəlkə bir az çölə çıxıb hava alasan?
On beş dəqiqədir sənə baxıram, gözünü divarın küncündən çəkmirsən. Eləmə belə, düşünmə keçmi..." - anamın sözünü bir anda kəsib əllərini tutdum
"Ana..."
Gözlərinin içinə baxdım. Sonra özümü toplayıb cavab verdim.

"Düşünmürəm heç nəyi. Mənim üçün narahat olma, yaxşıyam." - Anam eyni təbəssümlə üzümə baxdı, digər əlini tutduğum əlinin üstünə qoyub dedi.

"Daha da yaxşı olacaqsan"- saçlarımdan öpüb üzümü sinəsinə sıxdı. Gözlərimi qapayıb düşünməyə başladım. Bilirdim ki, mən yaxşı olmayana qədər anam da yaxşı olmayacaqdı. Son bir ildə anamın saçının ağları birdən birə artmışdı. Əvvəllər bir iki saç teli ağ idisə indi saçının üçdə biri ağarıb. Anamın solğun üzünü görəndə içimdən özümə nifrət edirəm. Anamın güclü dayanması üçün ilk öncə mən güclü olmalıyam.

Anama sarılmağıma telefonumun bildiriş səsi son verdi.

Kimdən: Aytac

"Salam Lalə. İnşallah yaxşısan. Səninlə önəmli bir şey danışmaq istəyirəm. Evdəsizsə gələ bilərəm?"

Aytac mənim ən yaxın rəfiqəm idi. Niyə keçmiş zaman hissəciyi? Çünki onunla məlum səbəblərimdən ötrü arama sərhəd qoymuşdum. Soyuq davranışımın səbəbi təsadüf nəticəsində öyrəndiyim xəbərin məndə güvən problemini yaratması idi. Çox ağılsızam, çox.  8 illik rəfiqəmə belə davranmalı deyiləm. Qızın yazdığı mesajda belə soyuqluq var. Bir vaxtlar gecəyə qədər bizdə qalan, hətta mənimlə birlikdə bir çarpayıda yatan qız evimizə gəlmək üçün məndən icazə alırdı. Bəzən beynimin olduğuna şübhə edirəm. Çünki günahsız insanlarla arama sərhəd qoymağım beyni yerində olan insanın edəcəyi şey deyil.

"Salam Aytac. Yaxşıyam sən necəsən? Gəl, gözləyirəm :)"

Göndər

Aha, axırda o iki nöqtə bir mötərizəni qoymaq ağıllı fikir idi. Hər nə qədər beynimə şübhə etsəmdə...

"Məndə yaxşıyam yaxşı ol təki. Okay, gəlirəm :)"

* * *

Aytacı qapıda qarşıladım, hətta ona sarıldım. Bunu etməklə qabırğlarımın həyatını riskə atsam da, onun könlünü almalıyam. Bu qədər müddət yanımda olmaq istəmişdi ,amma mən icazə verməmişdim. Çox güman ki, onun qəlbini qırmışam. Ona görə qabırğalarımı riskə atmağa dəyər.

"Səni otağından kənarda görməyə sevindim."
- Aytacın necə yaxşı dost olduğunu yəqin ki bu cümləsindən də anladınız.

"Mən səninlə bura önəmli bir şey danışmaq üçün gəlmişəm."

Yağışın PıçıltısıDonde viven las historias. Descúbrelo ahora