Bölüm 8: Bir il əvvəl

463 227 37
                                    

Bölüm 8 : Bir il əvvəl

Nə qədər cəhd etsəmdə gözümü aça bilmirdim .Göz qapaqlarım mənim icazəm olmadan qapanırdı.

"O mənim gerçək qızım olmasada onu çox sevdim, Fərhad da mən də onu çox sevdik.Bir gün belə onun övladlıq olduğu ağlımıza gəlmədi."

Qulaqlarımda eşitdiyim bu cümlələr, bu səs... Nə olub mənə?

Fikirləşməyə çalış... Axırıncı dəfə xalam bizdə idi. Aha, sonra... Sonra nə oldu?  Mən qonaq otağına keçdim. Keçdim? Yox, yox qapı aralı idi. Nəysə danışırdılar. Aha, sonrasını xatırlamağa çalış. 

"O mənim gerçək qızım olmasada onu çox sevdim, Fərhad da mən də onu çox sevdik.Bir gün belə onun övladlıq olduğu ağlımıza gəlmədi."

Bu səs anamındı... Burada məndən bəhs edirdilər... Yox, yox bunlar gerçək deyil . Mən atamın qızıyam. Hə, hə bu sadəcə zaraftdı...

Gözümdən axan yaşlar göz qapaqlarımı göynətsədə gözümü açmağa nail oldum.

Hardayam mən?

Neçə gündür burdayam?

Nə olub mənə?

Mən xəstəxanadayam... Anam, bəs anam hanı?

Gözlərim qorxa qorxa ətrafı incəliyərkən, sol tərəfdə, kiçik divanda uzanmış anamı gördüm.

Yəni belə olacaq bundan sonra? Mən ancaq atamı yuxularımda görəcəm?

Anamın söylədiyi o sözlər doğru deyil bilirəm. Hə, hə zarafatdı. Aytac mənə nə deyirdi xatırla, xatırla, işə yaramaz beynim.

"Uşaq vaxtı anam həmişə mənə övladlıq olduğumu deyirdi, məndə ağlıyırdım."

Heç vaxt valideynlərim mənə belə söz deməmişdilər deyə çox xoşbəxt idim. Bəlkə də gerçəkmiş deyə demirlərmiş... Yox yox... Bu mümkün deyil axı. Atam həmişə mənim saçımı sığallayıb, "gözəl qızım"  deyirdi.

Gözlərimdən yanağıma doğru süzülən yaşların arasında hıçqırıqlarımı gizləyə bilmirdim.

"Mən atamın qızıyam."

"Yalan deyirsiz, zarafat eliyirsiz".

Anam divandan qalxıb tez yanıma gəldi.

"Lalə? Qızım, ağlama daha."

Hıçqırıqlarla anamın ağlamaqdan qızarmış gözlərinə baxdım.

"Bax sən özün mənə qızım deyirsən . Zarafat eliyirdin elə ana?  De ki zaraft eliyirəm."

Anam ağlıyaraq məni qucaqlayanda mənim göz yaşlarım anamın ağarmış tellərini isladırdı.

Niyə heç nə hiss etmirəm? Niyə anamı qucaqlamıram ? Hə, niyə?

Ruhum bədənimdəykən mən niyə ölü kimi hiss edirəm özümü?

Niyə sızlayır bədənim?

"Yox, yox sən mənim anam deyilsən, burax məni çəkil"- anamı divana doğru itələyib qolumdakıları çıxardım.

"Mən atamın yanına gedirəm. O mənə heç vaxt yalan danışmayıb. Sən yalançısan, yalançısan."- ayaq üstə səndəlləyə səndəlləyə qapıya tərəf getdim.

Qapı açılar açılmaz ağ xalatlılar otağa girdilər.

"Buraxın məni, atamın yanına gedirəm, buraxın".

Biri çarpayıya uzadır, biri qoluma ağrı kəsicilər vurur. Bunlar nə edirlər? Bunlar məni yatızdırmaq istəyirlər? Niyə, axı niyə?

Atam məni bu iyrənc dünyada qoyub hara getdi. Onu tapmalıyam.

Başımı yastıqdan qadırıb ayağa durmağa çalışırdım ki bir əl sinəmdən basıb yenidən uzanmağıma səbəb oldu.

Atam... Onun yanında olduğum hər an güvəndə hiss edirdim özümü. Dünyada savaşmı çıxıb? Vecimə deyil mənim. Çünki atamın yanında olsam heç nə məni onun qollarından ala bilməz.

Bəs, onu mənim qollarımdan kim aldı?

Allahım... Yazığın gəlmirmi mənə? Bir dəfə də olsun eşit səsimi. Sən ki bütün gözəllikləri yaradansan. Niyə aldın axı atamı məndən?

Allahım, mən səndən qorxmurdum, bütün qəlbimlə səni sevirdim deyəmi aldın atamı məndən?

Mənim gözəl Allahım, niyə mənə yazığın gəlmir?
Bir dəfə də məni gör. Ucalardan uca Rəbbim, axı məni sən yaratmısan. Niyə unutmusan məni...

Bütün bunları düşünərkən gözümü dikdiyim tavan bulanıqlaşdı, və mən özümü bir neçə günlük yuxuya təslim etdim.

______________

Salam canımın içləri ^^

Bu bölümü yazmaq o qədər çətin oldu ki mənə. Hər yazdığım cümlədə ağlayırdım.

Bilirəm ki məndən 7.Bölümün davamını gözləyirdiz. Amma o bölümün arxasınca Lalənin övladlıq olduğunu biləndə nələr olduğunu, necə hiss etdiyini oxumalı idiniz deyə bu bölümü yazdım.

Bir sonra kı bölüm 7ci bölümün davamı olacaq.

Vote, Şərh sərhəddi qoymuşam deyə şəxsidən yazıb yeni bölümü tez atmağımı istədiz.

Bu kitab mənim üçün çox önəmlidir. Allah qismət eləsə, kitab olaraq rəflərinizdə görə biləcəksiniz.

Ona görə oxuyarkən şərh və vote verin.

Hər oxuyanda oy verən, şərh yazan oxuyucularımı çoxlu çoxlu öpürəm.

Özünüzə yaxşı baxın *-*

Hələlik <3

Yağışın PıçıltısıDonde viven las historias. Descúbrelo ahora