Bölüm 9: Puzzel'ın itmiş parçaları.
O puzzel'ı tamamlayacağam, və bir daha dağılmasına imkan verməyəcəyəm.
Bölüm 7-nin davamı:
+99450*******: Lalə, mən sənin ananam.
Oxuduğum o cümlə ilə qaşlarımın çatılmasına əngəl ola bilmədim.
Bu necə bir zarafatdı?!
Anam salonda seriala baxır axı.
Üstəlik anamın telefonu servisdədi.
Yox, bu sadəcə iyrənc zarafatdı.
Aha ,bircə sən əksik idin!
"Gözlərim niyə dolur axı ?!" -əlimin tərsi ilə gözümü ovuşdurub, yazmağa başladım.
Lalə: Zarafatınıza gülmədim.
Qarşımdakı mesajıma cavab yazmağa başlayanda titrəyən əllərimlə onu əngəllədim.
Telefonu çarpayımın üstünə fırladıb pəncərəni açdım. Sanki kimsə boğazımdan tutub, nəfəs almağımı əngəlləyirdi.
"Bip"- gələn səslə tez telefonu çarpayımın üzərindən götürdüm.
Həmin nömrə SMS-dən yazmışdı. Oradan əngəlləməyi unutmuşdum.
Mesajı oxumaq üçün gözlərimi ekrana dikdim.
+99450*******: Lalə, mən sənin ananam. Qızım bu zarafat deyil. Əsəbləşməli olduğu mən deyiləm. Mənəvi anan - Şəfəqdir.
Beynim donmuşdu. Əllərim sadəcə klaviaturada gəzə bildi.
Lalə: O mənim anamdır. Sən isə heç kimsən!
+99450*******: Mənim səni axtarmadığımı düşünürsən? Axtardım, çox axtardım. Səni tapdığımda səni mənə vermədi o "anam" dediyin qadın.
Mümkün deyil, sadəcə mənim ağlımı qarışdırmaq istəyir. Bu mümkün olmayacaq.
Lalə: Yazdıqlarınız sadəcə yalandan ibarətdir.
+99450*******: Səni nə vaxt tapdım bilirsən? Fərhad İsmayılovun öldüyü gün.
Atamın öldüyü gün?
Boğazımı qəhər kəsərkən, gözümdən axan yaşlara maneə ola bilmirdim.
Lalə: Anlamadım
+99450*******: Atanın yəni Fərhad bəyin öldüyü gün mən sənin harda yaşadığını öyrəndim. Atanın ölümündən 5 gün sonra evinizə gəldim.
Gözlərimdəki yaşlar axmağını dayandırdı, qaşlarım çatıldı.
Lalə: Mən səni görmədim axı, yalan deyirsən.
+99450*******: Şəfəq səni görməyimə imkan vermədi. Məni gəldiyim kimi geri göndərdi.
Anamın cümlələri beynimdə dolaşarkən, göz yaşlarım yenidən telefonun ekranını islatdı.
"O mənim gerçək qızım olmasada onu çox sevdim, Fərhad da mən də onu çox sevdik.Bir gün belə onun övladlıq olduğu ağlımıza gəlmədi."
O gün gəlmişdi və anam bundan bəhs edirdi ?
İnkar edə bilmirdim, qəbul da edə bilmirdim. Çıxılmaz küçədə idim sanki...
+99450*******: Bundan sonra niyə qarşıma çıxmadın deyəcəksən yəqin ki?
+99450*******: Hər şeyi anlatacağam qızım. Səninlə bircə dəfə görüşək hər şeyi anladacağam. İstəməzsən bir daha qarşına çıxmayacağam. Xahiş edirəm mənə bircə dəfə şans ver.
İçimdən dəfələrcə təkrarladım.
" Söylədikləri gerçək olsa nə edəcəyəm?"
"Gerçək olsa nə edəcəyəm?"
"Nə edəcəyəm?"
Lalə: Bircə dəfə söylədiklərini dinləyəcəyəm. Sonrasına isə mən qərar verəcəyəm.
Kursun yanında yerləşən kafenin adresini mesaj atdım. Kursdan çıxarkən onunla görüşəcəyəm.
Buna hazıram?
Başqa yolum varmı?
Ən məsləhətlisi budu.
Çarpayıma uzandım, gözlərimi qapadım...
Hər şey yaxşı idi, hər şey yolunda idi. Tam da puzzel'ı tamamladım dedim, külək başladı, bütün parçalarını göyə sovurdu. Necə toplayacağam bütün parçaları bir yerə?
Necə tapacağam puzzel'ın itmiş parçalarını?Yoruldum axı savaşmaqdan. Daha istəmirəm qəhər kəssin boğazımı.
Tükəndim mən.
Allahım, bu qədər yükü çiynimə qoymusansa deməli altından qalxacağam. Bilirəm ki sən heç bir quluna qaldıra bilməyəcəyi yükü vermirsən.
O puzzel'ı tamamlayacağam, və bir daha dağılmasına imkan verməyəcəyəm.
____________
Salam gözəl oxuyucularım ^^
O gözlənən bölüm ilə qarşınızdayam :)
Çox böyük sirlər, hadisələr var və bunlar yavaş yavaş açılaraq, puzzel'ı tamamlayır.
Bir sonrakı bölümdə şok olacaqsınız :D
Təxminlər varmı nələr olacağından ;)
Bölümü sevdinizm canımın içləri *-*
Özünüzə yaxşı baxın, sağlıqla qalın ꒰⑅ᵕ༚ᵕ꒱˖♡
Hələlik :^]
أنت تقرأ
Yağışın Pıçıltısı
أدب نسائيGizlədilən bütün həqiqətlər açığa çıxdıqda, həyatı alt üst olan 19 yaşlı qızın və ona yaxşı gələn bir gəncin hekayəsi... Yağışın Pıçıltısı- kitabın tək melodiyası. [ Qeyd: bu mənim ilk hekayəmdir, ilk bölümlərdə olan yazı səhvlərini mühakimə etməməy...