Bölüm 11: Gerçəklər

440 218 42
                                    

Bölüm 11: Gerçəklər

Ağlımın içindəki suallar sonsuzluğa uzanırdı. Amma dilimdən tək söz çıxdı?

"Sən..."-arxasını gətirə bilmədim.

Dolu gözlərlə mənə baxan bu qadın sadəcə bir cümlə dedi. Gerçəkliyinə özümü inandırmaq istəmədiyim bir cümlə...

"Hə, qızım sənin anan mənəm."

Hə, qızım sənin anan mənəm."

"Sənin anan mənəm"

Görüntü getdikcə bulanıqlaşırdı, başım fırlanırdı. Ayaqlarımın üstündə dura bilməyib bədənimi yerə təslim etdim.

Gözüm qaraldı.

Ətrafda isə eşitdiyim səs...

"Lalə,Lalə..."

Raulun səsini eşidər eşitməz birinin qolları arasında olduğumu hiss elədim.

Sonra özümü məni çəkən o qaranlığa buraxdım.

***

Gözümü yenə ağ tavana açdığımda ətrafı incələdim. Ömrüm boyu nifrət etdiyim xəstəxana otağında çarpayıya uzadılmışdım.

İçəriyə girən ağ xalatlının həkim olduğunu güman edərək dedim.

"Onu çağırın, Səidə xanımı"

"Xanım indi gözünüzü açmısınız. Bir az istirahət edin sonra çağıra..."- həkimin sözünü bir anda kəsib dedim.

"Mən yaxşıyam, onu çağırsanız daha da yaxşı olacağam"- söylədiklərimə həkim inanmışcasına başını yelləyib otaqdan çıxdı.

Sadəcə 10 saniyə sonra o qapını açıb içəri girdi.

"Qızım, mən sənin üçün çox narah..."-əlim ilə sözünü kəsdim.

Birincisi mənə qızım demə, ikincisi mənim üçün narahat idinsə indi çıxıb gəlməzdin."

Başını aşağı salıb çarpayının yan tərəfindəki kresloya əyləşdi.

"İndi isə hər şeyi danış"

Hər şey... Nə idi bilmədiyim gerçəklər?

Boğazını təmizləyib dedi.

"1993cü il... Ağdamdan oxumaq üçün Bakıya gəldiyim üniversitetin həyətində bir qrup insanın toplaşıb müzakirə etdiyi yer diqqətimi çəkdi.  Nədən söhbət getdiyini öyrənmək üçün orada ağlayan 40 yaşlarında olan qadından niyə ağladığını soruşdum. O isə mənə tükümü ürpərdən dörd kəlimə söylədi: Ağdamı ermənilər işğal edib."- gözlərindən yanağına süzülən yaşı silib sözünə davam elədi.

"Mən o illərdə atan ilə 1 il idi ki evli idim. Bətnimdə sən var idin qızım... Sonra evə gəldiyimdə atan məni çağırdı. Cəbhəyə gedib torpağımız uğrunda vuruşacağını dedi. Mən ona getmə deyə bilmədim. Çünki məndə onun yerinə olsaydım gedərdim. Amma kaş desəydim..."- əllərini üzünə tutub hönkürdü. Çarpayımın yanındakı masadan suyu  stəkəna  süzüb ona uzatdım. İçdikdən sonra sözünə davam elədi.

"Mənim anam bir əvvəl vəfat etmişdi. Atamın isə ermənilər tərəfindən əsir alındığını öyrəndim. Yaqubun- atanın sadəcə beş gün sonra ölüm kağızı gəldi."- söylədiklərindən sonra titrəyə-titrəyə  yarım qalan suyundan içti.

Mən nə hiss edirdim?

Sanki bir parçamı itirmişəm kimi yarım qalmışam kimi hiss eləyirdim. Eyni ilə atamın öldüyü gündəki kimi...

"Atanında ailəsi ermənilər tərəfindən əsir alınmışdı. Nəyinki bizim yaxınlarımız rayonun əhalisinin üçdə biri ya əsir düşmüşdü ya ölmüşdü, ya da ki, qaçmağı bacarmışdı.
Sənin ilə tək  başıma kimsəsiz qalmışdıq. Nə edəcəyimi bilmirdim. Sonra səni..." - gözümdən düşən bir damla yaş ilə sözünü kəsdim.

"Sən də məni atmağı seçdin hə"

"Nə olar elə demə "

"Nəyəm mən? Malam, əşyayam?"

"Nə olar məni anla...Sən dünyaya gələndən bir ay sonra səni bir parkda yelləncəyin oturacağına qoyub..."-sözünü davam edə bilmədi mən də arxasına qulaq asa bilmədim.

"Nəyi anlayım de görüm? Yuxularım mənə gerçəkləri söyləyirmiş. O parkda yaşadıqlarım kabus deyilmiş. Sənin ürəyin heç mi sızlamadı. Heç mi acımadın mənə? Mən atamdan danışanda, övladlıq olduğumu öyrənəndə sənin gözünün qarşısında ağladım. Necə dayana bildin hə? Mən sənə güvənmişdim. Sənin mənim dərdim olduğunu bilmədən dərdlərimi sənə danışdım mən. Güvəndiyim dağlara yenədə qar yağdı".

Ağladım həmdə hönkürərək.

"Məni tapmaq kimi bir əziyyətədə girmədin. İllər sonra qarşıma çıxıb necə acı çəkdiyimə şahid oldun. Kaş məni dünyaya gətirməsydin..."- başını əllərinin arasına alıb dedi.

"Mən özümü körpüdən atdım, hə bunu etdim. Bu ağılsızlığım məndən keçmişimi, xatirələrimi, atanı, səni aldı. Mən 19 il yaddaşımın bir gün geri qayıdacağı ümidi ilə yaşadım."- ayağa durub düz qarşımda dayandı.

"Bağışla qızım, xahiş edirəm məni bağışla"

_________________

Salam canlarım.

Lalənin ailəsi ilə bağlı bütün gerçəklər bu bölümdə açıqlandı.

Sizə deməyi unutduğum bir şey var. Bu kitabdakı hadisələr 2012-ci ildə cərəyan edir. Nə demək istədiyimi yəqin ki anladınız.

Bölüm haqqında kı düşüncələrinizi yazın.

Sadəcə 2 həftədə 1000 oxunmaya çatdıq. Hər birimizi təbrik edirəm ♥️

Vote verməyi unutmayın.

Sizi çox sevirəm <3

Yağışın PıçıltısıWhere stories live. Discover now