Bölüm 23: Çarəsizlik.
"Elə bil bir bataqlığa batmışam, və hər çırpınışımda daha da dərinə batıram...."
Hər zaman düşünmüşəm ki, bu həyata bir dəfə gəldiyimizə görə hər kəs öz həyatını özü yönləndirərək, qərarları da özü verməlidir. Amma mənim həyatımda qərarları mən yox, başqaları vermişdi. Doğulduğum gündən bəri, bütün həyatımı alt üst edəcək qərarların bədəlini ödəyirdim.
Raul qarşımda durmuş, donuq ifadə ilə üzümə baxırdı. Əmin idim ki, soruşmaq istədiyi bir çox şey var idi, amma o hardan və necə başlayacağını bilmirdi. Amma mən ona yalan demək məcburiyyətindəyəm. Çünki mən sonsuz uçurumun kənarında durmuşam, ya hisslərimi bu uçurumdan aşağı tullayıb, dəyər verdiyim insanları yaşadacam ya da mənə oynanılan bu oyunda heç kimsəni itirmədən qazanan mən olacağam. Lənətə gəlsin ki, mən artıq özümü tükənmiş hiss edirəm, sanki bütün ümidlərim öldürülüb. İşin sonu necə bitərsə bitsin, bildiyim tək şey, bu qarmaqarışıqlıqlar həyatımda bütün gerçəkliyi ilə həmişəlik var olacaqdır. Həmişəlik...
"Necə xilas oldun o adamın əlindən?"
Asta səslə soruşduğu suala cavab vermək əvəzinə, oturduğum şabalıdı rəngli skamyadan ayağa qalxdım. Raul da etdiklərimi təkrar etdi. Heç tərəddüd etmədən, qollarımı ona dolayaraq, bərk bərk qucaqladım. Nədənsə, içimdəki hissə məğlub olmuşdum. Düzünü deyim; bu məğlubiyyət mənim xoşuma gəlirdi.
Boyum ondan çox balaca olduğundan, başım ürəyinin üzərinə çatmışdı və buna görə də sürətlənən qəlb döyüntülərini asanlıqla eşidə bilirdim.Heç vaxt dadmadığım duyğular bədənimi ağuşuna aldıqda, istəmədən də olsa Raulun bədənini saran qollarımı geri çəkdim və gözlərimi yaşıl gözlərində birləşdirdim.
Baxışları ilk öncə gözlərimdə, sonra saçlarımda gəzirdi. Daha sonra gözlərini boynuma endirdiyində qaşlarını çatdı.
"Nə olub boynuna? O şərəfsiz edib?"
Dodaqlarımı aralayıb, ona verəcək cavab axtarırdım.
"O edib, amma önəmli deyil. Önəmli olan, burda olmağımdır. "
Cavabının onu sakitləşdirəcəyini güman edirdim amma, əksinə Raulun gözlərində qəzəb görürdüm. Ona heç cür deyə bilmərəm ki, bütün bunları atan edib. Yanımda olanları qorumaq üçün, buna məcburam. Məndən olsa bütün həqiqətləri ona heç tərəddüd etmədən danışardım. Çünki, ondan bir şey gizlətmək, qəlbimə isti bir xəncəri saplamağa bərabər idi. Eyni cür ağrıdırdı.
"Necə yəni önəmli deyil? Saçlarını da o kəsib hə?"
Başım ilə dediyini təsdiqlədiyimdə əlləri ilə saçlarıma toxundu, nəvazişlə oxşadı və məni özünə çəkib, saçlarımın arasına öpüşünü bəxş etdi. Etdiyi bu hərəkət ilə, ürəyimi dişləyən qarışqalar aylar sonra özlərini büruzə verdilər.
"O şərəfsizi tapacam, sənə söz verirəm. Bu etdiklərinin bədəlini də ona ödədəcəm."
Gerçəkləri bilmədən çox asanlıqla danışırdı. Görəsən hər şeyi bilsə yenə də belə davranardı? Görəsən atasına haqq verərdi, ya da atasına rəğmən mənim yanımda olardı? İç səsimin suallarına cavab tapa bilmirdim.
Göz yaşlarım Raulun mavi köynəyini islatdıqda bədənimi ondan ayıraraq, parkın çıxışına tərəf yönəldim. Arxadan adımı səsləsə belə durmadım, sürətli addımlarım məni mavi dənizin ev sahibliyi etdiyi səssiz və hüzur dolu sahilə gətirdi.
Həfif əsən külək saçlarımı bir birinə qarışdırdıqda, gözlərimin qarşısına gələn saç tellərimi əlim ilə qulağımın arxasına itələdim. Saçlarımdan aşağı süzülən ovuclarım iki saniyə sonra heçliyə qovuşdu. Saçlarımın uzunluğuna o qədər öyrənmişdim ki, bu hiss mənə çox qəribə gəlirdi.
O adamın saçlarımı necə kəsdiyini ağlıma gətirdiyimdə, o anı sanki yenidən yaşayıram. Gözlərim dolduqda, göz yaşlarımın əsən rüzgar tərəfindən yönləndirilməsinə icazə verdim. Çarəsizəm... Elə bil bir bataqlığa batmışam, və hər çırpınışımda daha da dərinə batıram.... İnsanın özünə yazığı gələrmi heç? Mənim özümə yazığım gəlir. Əgər yaşadığım tamamilə bir roman və mən bir oxucu olsaydım, çox güman ki oturub ağlayardım. Çünki mənim əlimdən gələn şey təkcə ağlamaqdan ibarətdir.
Yanımda hərəkətlik hiss etdiyimdə, Raulun gəldiyini düşündüm. Baxışımı ona çevirmədən, qağayıların dənizin dalğası ilə necə savaşdığına izlədim. Dənizin dalğası qağayılardan güclü idi. Amma buna baxmayaraq ağ qağayılar qanadlarına güvənirdilər. Özlərindən güclü olan ilə savaş içərisində idilər. Özümü bir anlığa onlara oxşatdım. Amma məndən fərqli olaraq onlar azad idilər. Qanadlarını çırparaq,istədikləri yerə uça bilirlər. Və ən əsası da özlərini rüzgara təslim edərək, hər şeyi asanlıqla geridə buraxa bilirlər. Mənim isə güvənə biləcəyim heç nə və heç kim yox idi, güclü görsənməkdən, və çıxılmaz vəziyyətdə qaldıqda (müntəzəm olaraq) ağlamaqdan başqa əlimdən heç nə gəlmir.
"Səni qaçıranların üzünü görmədin, iki nəfər idilər."
Tanış səslə başımı sağ tərəfə çevirdikdə, nifrət hissi gözlərimdə yerini çoxdan almışdı.
"Sənin burda nə işin var?"
Raulun atası, üzümə gülümsəyərək baxırdı. Amma bu daha çox alçaldıcı gülümsəmə idi. Baxışlarını dənizin ləpirlərinə çevirərək sözünə davam etdi.
"Səndən qaçırılmağın haqda soruşulduqda, heç kimi görmədiyini, on iki gündür gözü bağlı bir otaqda saxlanıldığını deyəcəksən. Əgər tək bir səhvini görsəm, ananın ruhsuz bədənini sənə bəxş edərəm. Etmədiyim bir şey deyil, əmin ol."
İçimdəki nifrət və qəzəb hissini idarə edə bilmədiyimdən, əlimi qaldıraraq, qarşımdakı şərəfsizin mundar sifətinə sillə vurmaq istədim. İstədim, sadəcə. Çünki, havadaca qolumu tutmuş və dərimi barmaqlarının arasında sıxaraq aşağı buraxmışdı. Acı ilə üzümü buruşdurdum. Şərəfsiz!
"Raul ilə də, əlaqəni ən qısa zamanda bitir. Onsuz da yenidən Amerikaya qayıdacayıq. Əgər əlaqəniz qopmuş olsa, mənim axmaq oğlum da mənimlə birgə, əvvəlki həyatına geri dönəcək."
Başımı "yox" mənasında salladım.
"Bu dediyini etməyəcəm. Mənə əmir verməyə son versən yaxşı olar. Çünki, çox gülməli görsənirsən. Səndən qorxaraq, dediklərinə əməl edəcəyimi zənn edirsən? Neçənci əsrdə yaşayırıq? Polis deyə bir qürum mövcuddur.-"
Sözümü yarı yolda kəsərək şəhadət barmağını gözlərimin önündə salladı.
"Çox gülməli olan sənin məni təhdid etməyindir. Əgər polisə getmək kimi bir səhvi etmiş olsan, nəyin ki, Şəfəq hətta, Səidə belə haqqın rəhmətinə qovuşar. Məni həbs eləsələr belə, mənə sadiq olan bir çox insan var. Buna görə də kiçik beynindən mənə oyun oynamaq kimi bir düşüncə keçməsin, yoxsa oyunun sonunda zərər çəkən sən olarsan."
Baxışlarını məndən çəkib, arxasına baxdı. Mən də eyni istiqamətə baxdığımda, sürətli addımlarla bizə yaxınlaşan Raulu gördüm.
Rəşid ilə aramızdakı məsafəni bir az açdım və baxışlarımı göy üzü ilə birləşən, mavi dənizə çevirdim.
"Ata? Lalə? Nə edirsiz burada?"
____________
Vote, şərh?
Profilimdən yazdığım digər kitablara da baxa bilərsiniz. Özəlliklə, texting oxumağı sevən oxucular üçün Azərbaycanca texting yazmışam. Bir göz atın məncə. ;)
Hələlik.♥️
ESTÁS LEYENDO
Yağışın Pıçıltısı
Chick-LitGizlədilən bütün həqiqətlər açığa çıxdıqda, həyatı alt üst olan 19 yaşlı qızın və ona yaxşı gələn bir gəncin hekayəsi... Yağışın Pıçıltısı- kitabın tək melodiyası. [ Qeyd: bu mənim ilk hekayəmdir, ilk bölümlərdə olan yazı səhvlərini mühakimə etməməy...