Bölüm 23: Ümid

266 124 77
                                    

Bölüm 23: Ümid.

"Heç ümid olmadığını düşündüyün anda belə ümid vardır. Çünki ümid, sonda ölür."

Yazardan:

Yağış damlaları şiddətli bir şəkildə buludlardan torpağa axırdı. Torpaq isə acgözlüklə suyu içinə çəkirdi. Açıq qalan balkon qapısından içəri daxil olan yağışın qoxusu otağı doldurarkən çarpayıda uzanan Raulun üzündə yarımçıq bir təbəssüm yarandı. İçəridəki yağış və torpaq aromalı qoxunu dərin bir nəfəs alaraq içinə çəkdi.

"Lalənin qoxusu.. "

 Gözlərini qapadı, nəfəsi daraldı bir anlığına.

"Görəsən indi necədir? Şərəfsizlər zərər veriblərmi ona?"

Narahatçılığı beyninə işgəncə edərkən uzandığı çarpayıdan qalxaraq, eyvana yaxınlaşdı. Şalvarının cibindəki siqaret qutusundan birini götürərək dodaqlarının arasına yerləşdirdi. Siqaretin ucunu yandıraraq çıxan tüstünü ciyərlərinə çəkdi. İlk dəfə on beş yaşında maraqlandığı üçün dadmışdı və xoşlamadığı üçün davam etməmişdi. Siqaret çəkən şəxslərlə rastlaşdıqda həmişə fikirləşirdi: "İnsanlar  iyrənc dadı olan tüstüdə nə tapıblar axı?"

İllərdir fikirləşdiyi sualın cavabını bir neçə gündürki tapa bilmişdi. Siqaret çarəsizlik idi.  İnsanlar onda çarə tapmağa çalışırdılar  amma o ölümün  özü idi. Raul indi düşünürdü ki, dodaqlarının arasından ciyərlərinə qədər çəkdiyi tüstü, bütün dərdlərini ona unutduracaq. Bir qutu, iki qutu... Dərdlər azalmır, əksinə çoxalırdı. Raul özü isə bunun fərqində deyildi.

Dodaqlarının arasında olan siqaret kötüyünü balkondan aşağı tulladı, içəri daxil olacaqikən, həyətdə olan mühafizəçini görər görməz, balkonun dəmirlərinə yaxınlaşdı. Binanın həyətində olan mühafizəçi Rafiq gərgin şəkildə telefonla danışırdı. Əllərini başına vuraraq danışığını sonlandırdı. Raul kişinin bu hərəkətlərindən nələrinsə yolunda getmədiyindən əmin idi.

"Tərs psixologiya" 

-  üzündəki gülümsəmə ilə otağına daxil oldu və üzərini dəyişdirdikdən sonra evdən çıxdı.

***
Lalə'dən:

Həyatımda heç yara almadan yaşamağı çox istəyərdim. Ya da aldığım yaraların ailəm dediyim insanlar tərəfindən sağaldılmasını seçərdim. Amma tam tərsi, hər dəfəsində ailəm dediyim insanlar tərəfindən sağalmaz yaralar aldım. Atam... Əgər həyatda olsaydı, ondan niyə qumar kimi çirkli işlərə bulaşdığını soruşardım. O isə yoxdu, amma sualımın cavabını verə bilməsə də təxmin edirəm. "Hər şeyi sizin üçün etmişəm." "Sənə yaxşı gələcək vermək üçün" və s. Amma heç bir şey, ona haqq qazandırmır. İndiki vəziyyətimə baxdıqda eqoist olmamaq əlimdə deyil. Burda olmağımın günahkarı o olduqda ona haqq qazandırmaq edə biləcəyim son şey olar. Amma bilsəydi ki, bütün bu etdiklərinin nəticəsi olaraq gələcəkdə bir stulda əlləri və qolları bağlı vəziyyətdə olacam, əminəm ki,  lənətə gəlmiş bu işlərin heç birinə bulaşmazdı.
Səidə xanım... Adamın dedikləri, onun qatil olmasını təsdiqləmir amma əminəm ki, bu məsələnin altında da bilmədiyim sirrlər yatır.

Önümdəki qurumuş çörəkdən bir dişlək alaraq, su şüşəsini acgözlüklə başıma çəkdim. 10 gün! İlk dəfə idi ki, bu qədər müddətdə ac və susuz qalmışdım. Normalda yemək saatı keçəndə aclıqdan öləcəyimi düşünən biri idim. İndi isə bu vəziyyətdə haradan oxuduğumu xatırlamadığım bir cümlə yadıma düşdü. "Bir ağrını unutmağın  yolu  başqa bir ağrı yaşamaqdır." Bu cümlənin doğruluğunu yaşayaraq anlamışdım.

Yağışın PıçıltısıOù les histoires vivent. Découvrez maintenant