Bölüm 7 : Keçmiş

489 243 72
                                    

Bölüm7: Keçmiş

"Heç vaxt keçmiş unudulmur. Sadəcə həmin acı ilə yaşamağı öyrənirsən..."
    
                                   *  *  *

Səidə xanımla üzbəüz yerləşən boz kresloda keçib oturdum.

"Çay, yoxsa kofe?"

"Su, zəhmət olmasa"- Səidə xanım gülümsəyib yan otağa keçdi.

Bura hər gəlişimdə danışa bilməyib ağladığım, çarəsiz qaldığım anları xatırlayırdım.

"Nuş olsun"- bir stəkan suyu alıb qarşımdakı kiçik masanın üzərinə qoydum.

Sözə necə başlayacağımı, nə deyəcəyimi bilmirdim.

"Mən üniversitetə hazırlaşıram" - boğazımı xəfif təmizlədim.

Səidə xanım üzündəki çox isti gülümsəməylə dedi.

"Bilirəm qızım, Şəfəq xanım dedi mənə. Sənin adına inan çox sevindim."- bir anlıq gözlərində hüzün sezdim.

"Artıq özümü çox yaxşı hiss edirəm.  Seanslara gələ bilməyəcəyəm."

Yenə o isti təbəssüm ilə cavab verdi.

"Sən özünü yaxşı hiss etdiyinə əminsən? Keçmişi unutmusan? "

Keçmiş...

"Heç vaxt keçmiş unudulmur. Sadəcə həmin acı ilə yaşamağı öyrənirsən... Nə qədər yeri dolmayan biri olsa da..."- masanın üzərindəki stəkanı götürüb sudan bir iki qurtum  içdim.
"Dediyim kimi artıq özümü yaxşı hiss edirəm. Sizin sayənizdə... Sizə nə qədər təşəkkür etsəm  azdır. "

Ayağa qalxıb məni o bataqlıqdan xilas edən  insana sarıldım.

"Özünə yaxşı bax. Səni çox istəyirəm Lalə."

                                        * * *
Çarpayıma uzanıb tavanı izləyirdim. İçimdə adını qoya bilmədiyim hüzursuzluq var idi.

"Bipp" - sükunəti telefonumun bildiriş səsi pozdu.

Whatsapp'a daxil olub, mesaj səhifəsinə girdim.

Nömrəni tanımırdım.

+99450*******: Salam
 
Yazışma çubuğuna yazıb göndərdim.

Lalə: Salam, tanımadım sizi. Kim idi?

Bir dəqiqə cavab gəlmədi.

Onlayn

Yazır ...

Onlayn

Yazır...

+99450*******: Lalə, mən sənin ananam.

Oxuduğum o  cümlə ilə qaşlarımın çatılmasına əngəl ola bilmədim.

Bu necə bir zarafatdı?!

Anam salonda seriala baxır axı.

Üstəlik anamın telefonu servisdədi.

Yox,  bu sadəcə iyrənc zarafatdı.

Aha ,bircə sən əksik idin!

_________________

Salam, mən gəldim :))

Bu gün çox az bölümlə gəlmişəm.

Çünki sizdən küsmüşəm. :((

Sizin üçün uzun bölümlərlə gəlirəm hər dəfə, amma siz aşağıdakı o kiçik ulduzu mənə vermirsiz. :((

Şərhləriniz mənim üçün önəmli olduğunu bilə bilə yazmırsız. :((

Ona görə heç vaxt etmədiyim bir şeyi indi edəcəm.

Oy, şərh sərhəddi qoyuram.

30 oy, 30 şərhdən sonra bölüm gələcək.✓

Bölüm haqqında fikirlərinzi yazsanız məni çox sevindirərsiniz.

Sizcə bu mesaj kimdən gəlib, zaraftdır?

Yoxsa?

Ekşinlı bölümlə sizi baş başa buraxıram.

Hələlik <3






Yağışın PıçıltısıWhere stories live. Discover now