Bölüm 27: Xəyal

154 25 36
                                    

Bölüm 27: Xəyal.

"Uşaqlıq xəyalının gerçəkləşməsi, yaşadığın bütün acıları xəfiflətmək gücünə malikdir."

-

"Sevdiyiniz insanın bürcünü, ətrini bilirsiniz amma qorxularından, peşmançılıqlarından, xəyal qırıqlıqlarından xəbəriniz yoxdur."

Kitabdan oxuduğum cümlə ilə gözlərimin dolması bir oldu.

Həyatımda qoxularımı, peşmançılıqlarımı bilən biri varmı? Var deyəsən. Raul... Bəlkə bürcümü, sevdiyim ətri bilmir amma ruhuma zərər verən hər şeydən xəbərdardı. Əsas da olan bu deyilmi? Göz önündə olan şeyləri hər kəs görə bilər, gərəkli olan gizlidə qalan ruhu tanımaqdır.

Raul, həyatıma girdiyi o gündən bəri hər an yanımdadır. Yaralarımı saran və məni düşdüyüm bataqlıqdan qurtarmağa çalışarkən özü də həmin bataqlıqda boğulan o idi.

Son danışığımızın üstündən bir həftə keçmişdi. Dediklərindən bir anlam çıxartmalımıyam bilmirəm amma bildiyim tək şey var idi ki, o sözlər heç də dostca deyilməmişdi. Dediklərinin altında dostdan ötə hisslər yatırdı.. Olduqca dərin mənaya malik olan bu sözləri anlamamaq üçün kor olmaq lazımdır. Bu dünyada hər kəsə qarşı kor olsam da ona qarşı kor ola bilmərəm. Nə qədər inkar etsəm də, mən də ona qarşı çox fərqli duyğular içində olduğumu hiss edirdim. Ən çətini də bu duyğuların, dilə gətirilmədiyi hər gün daha da dərinləşməsi idi.

Raulun varlığı mənə hüzur bəxş edirdi və onu itirmək, istəyəcəyim son şey belə deyildi.

Elə buna görə də ağlıma gələn fikirlə, heç düşünmədən telefonumu əlimə alaraq Raul ilə olan söhbətimizə keçdim.

Əllərim klaviaturanın üstündə gəzindi..

Lalə: 30 dəqiqə sonra, yaxınlıqdakı kafedə ola bilərsən?

Lalə: Çox önəmli bir mövzu haqqında danışmalıyıq.

Çox keçmədən ekrana ondan gələn ismarıclar düşdü.

Raul: Yaxşı Lalə.

Raul: Dediyin vaxtda orada olacağam.

Mesajı göndərdikdən sonra üzərimə bir şeylər geyinib, qapıdan çölə çıxırdım ki, telefonuma gələn bildiriş ilə dayandım. Gələn ismarıcı oxuduğumda gözlərimin dolduğunu hiss etmişdim.

Ekranda Tibb üniversiteti, cərrahiyyə fakültəsinə daxil olduğum yazılmışdı.

Mesajın doğru olub olmadığımı yoxlamaq üçün dəfələrlə oxuyurdum. Göz yaşlarım telefonun ekranına düşəndə gülümsədim. İlk dəfə idi ki, sevincdən ağlayırdım və bu mənim əməklərimin bəhrəsi idi.

Mən bacarmışdım, özümə verdiyim sözü tutmuşdum.

Uşaqlıq xəyalının gerçəkləşməsi, yaşadığın bütün acıları xəfiflətmək gücünə malikdir.
Mən də ən böyük xəyalımı gerçəkləşdirmişdim. Amma, həyatda xəyalıma gedən yolda heç təsəvvürümə gətirmədiyim bir insanla addımlamaq da varmış.

Məni yenidən yaşama döndərən Raul idi. Mən hər şeyi Raula danışmağı düşünəndə yalnızca özümü düşünərək buna qərar vermişdim. Olan bitən hər şeyi bildikdən sonra onun halı necə olardı, bax bunu düşünməmişdim. Mən nə vaxt bu qədər eqoist ola bilmişdim axı?

Dürüstlük... Əgər həqiqəti dedikdə başqası da zərər görəcəksə susmaq ən doğrusu idi. Buradakı "başqası" da Raul idi.

Beynimi ağuşuna alan fikirlərdən, hələlik telefonuma gələn zəng sayəsində qurtula bilmişdim.

"Alo?"

"Parkdayam, səni gözləyirəm."

"Gəlirəm mən də."

Zəngi bitirdikdən sonra pilləkənləri iki-iki düşərək binadan çıxdım.

***

Tam qarşımda oturan Raula baxışlarımı çevirməmək üçün böyük səy göstərirdim. Çünki, onun yaşıl gözlərinə baxsam, təslim olacağımi bilirdim.

"Bu gün imtahan cavabları çıxdı."

Başımı tərpətdim.

"Mənim də imtahan cavablarım çıxıb."

Baxışlarımi çətin də olsa gözlərinə çevirdim.

Sual dolu baxışlarla üzümə baxırdı.

"Hara qəbul olmusan?"

Gülümsədim.

"Cərrahiyə"

Gözlərinin parıldadığını, üzünə yerləşən gülüşünü, və qəmzəsini gördüyümdə gülümsəməm böyümüşdü.

"Bu ki, mükəmməl xəbərdir."

Ən azı öz nəticəsini öyrənən bir nəfər qədər xoşbəxt idi. Doğrudan, özü hara qəbul olmuşdu?

"Sən öyrənə bildin cavabları?"

Başını uşaq kimi aşağı-yuxarı yellədi.

Gözlərinin işıltısı, üzündəki gülümsəməsi hələ də silinməmişdi.

Deyəsən, o da yaxşı yerə qəbul olmuşdu.

"İkinci mükəmməl xəbəri eşitməyə hazırsan?"

Gülümsəyərək qaşlarımı çatdım.

"Mən də cərrahiyəyə qəbul olmuşam. Həmkar olacağıq."

Yanağımın islandığını hiss etdiyimdə asta səslə güldüm. Bu gün ikinci dəfə idi ki, sevincdən ağlayırdım.

Oturduğum stuldan ayağa qalxdığımda o da eyni şəkildə mənimlə birgə ayağa durmuşdu.

Qollarım boynuna dolandıqda, bir neçə saniyə sonra o da qollarını belimə sardı.

"Biz bacardıq."

Fısıltılı çıxan səsimə onun səsi də qarışdı.

"Bacardıq gözəlim."

***

Salamm, 4 ay sonra axır ki, gələ bildim.

Semestr və kəsr imtahanları... Hamsı bir birinə qarışmışdı. İmtahanlarım bitəndən sonra da özümü sosial həyatdan uzaq tutmağa çalışdım..

Mənim burda olmadığım vaxtlarda kitabımız bir yaşını tamam etdi. Hətta hal hazırda, 1 yaş 3 aylıqdır. :')

Bölümləri əlimdən gəldikcə tez tez yayımlamağa çalışacam.

Mizah və texting oxumağı sevənlər profildən digər kitabıma baxa bilərlər.

Vote verməyi unutmayın.

Hələlik. 💖

Você leu todos os capítulos publicados.

⏰ Última atualização: Aug 13, 2021 ⏰

Adicione esta história à sua Biblioteca e seja notificado quando novos capítulos chegarem!

Yağışın PıçıltısıOnde histórias criam vida. Descubra agora