Bölüm 2: Kabuslar
"Onlar məni rahat buraxmır...""Gəl"- Səidə xanımın səsi ilə az əvvəl döydüyüm qapını açdım və içəri daxil oldum. Səidə xanım əli ilə qarşısındakı kresloda oturmağımı işarə etdi. Kresloya keçib oturduqdan sonra boğazımı təmizləyib "Salam" dedim. O da məni salamladı. Səidə xanım 1.55 boylarında, 45-50 yaş arası sarışın bir qadın idi. Gözlərini üzümdə gəzdirdikdən sonra qaşlarını çatdı.
"Gözlərin şişib. Ağlamısan... Niyə?"
Heç nə demədən başımı aşağı salıb gözlərimi xalçaya dikdim.
"Deyəsən sonunda atanı ziyarətə getdin".
Hardan anlamışdı bilmirəm. Bu sualı ona vermədən başımla təsdiqlədim. Sonra başımı yerdən qaldırmayıb danışmağa başladım.
"Atamla danışmaq məni rahatlatdı. Hər nə qədər o danışmasada." Gözlərim dolmuşdu. Buna əhəmiyyət vermədən sözümə davam etdim.
"Ona hər şeyi danışdım. O isə məni dinlədi. Mən ona söz verdim yaxşı olacağam"- başımı yerdən qaldırıb, dolu gözlərimi psixoloqomun gözlərinə dikib gülümsədim.
"Bu danışıq sənin üçün çox yaxşı olub. Silkələnmisən hər halından bəllidir. Güclü idin, indi isə gücünə güc qatmısan. Əminəm ki mənə danışmadığın, içində saxladığın hər şeyi söyləmisən."
"Hə." Deyib yenə gözlərimi xalçaya dikdim.
"Lalə, anan mənə bir neçə gündür yenə kabuslar görüb yuxudan oyandığını söylədi. Gördüyün kabusları mənə anlada bilərsən?" - Başımla təsdiqlədim. Gördüyüm yuxu yenə gözümün qarşısında canlandıqda boğazım zəhər kəsmiş kimi oldu. Əlimi boğazıma götürüb gücsüz səslə su istədim. Səidə xanımın mənə uzatdığı suyu içdikdən sonra stəkanı önümdə duran jurnal masasına qoydum.
"Əgər yaxşı deyilsənsə danışma. Amma yuxularınla üzləşməlisən".
Başımla təsdiqləyib danışmağa başladım. O yuxunu gözümün önündə canlandırmaq mənim üçün nə qədər çətin olsada danışmalı idim. Başımla təsdiqləyib danışmağa başladım.
"Təxminən 6 ay əvvəl gördüyüm kabusları 1 həftə olar ki, yenidən görməyə başlamışam.
Yenə bir parkda yelləncəkdə oturduğumu gördüm. 5-6 yaşım var anam yenə məni o kiçik yelləncəkdə uçurur. Və mən iki əlimi açıb sevincdən qəhqəhələr atıram. Küləyi hiss edirəm iliklərimə qədər. Küləyi o qədər gözəl hiss edirəm ki, sanki külək mənim ən yaxın dostum imiş kimi. Sonra hava qaralır, məni uçuran yelləncək yavaşlayır, külək əsmir, ağaclar məndən uzaqlaşır. Məni uçuran anama tərəf dönürəm, arxama baxıram. Yoxdu, əllərindən tutub parka gəldiyim qadın yoxdur. Gözlərim dolur, dodaqlarım titrəyir. Danışa bilmirəm, boğazım düyünlənib, sanki bütün hıçqırıqlarımı udmuşam. Yelləncəkdən enirəm. Dəli kimi parkda qaçırım, hər tərəfə baxıram yoxdu, mənim əlimdən tutub parka gətirən qadın, anam yoxdur. Bədənim özünü daha çox ayaqda tuta bilmir, xəyallarımdan vaz keçmişcəsinə, bədənim yerə yıxılır. Sonra kabusdan oyanıram, hər dəfə gördüyümdə sanki bu anı yaşamışam kimi hiss edirəm. İlk gördüyümdə sizə danışmasaydım hər gördüyümdə ilk dəfə gördüyümü sanardım. Çünki hər bu yuxunu görəndə ilk dəfə gördüyüm kimi oluram, oyandığımda nəfəs-nəfəsə qalıram. Kabuslar... Onlar məni rahat buraxmır. Qarşımda duran stəkanı götürüb sudan bir neçə qurtum içdim. Sonra Səidə xanımın üzünə baxıb gülümsədim."Lalə... Sən çox travmatik hadisə yaşamısan. Bu sənin psixologiyana çox ciddi təsir göstərib. Belə yuxular görməyində yaşadığın hadisələrin sənin beynində çox ciddi iz buraxdığını göstərir. Vəziyyətinə görə də belə kabuslar görməyin normaldır... 8 aya yaxındır səni tanıyıram və bilirəm ki, sən çox güclü qızsan. Hər dəfə hiss etdiklərini danışdıqdan sonra heç nə olmamış kimi gülümsəyirsən. Bu gülümsəmən qarşındakına "mən yaxşıyam daha da yaxşı olacağam çağırışını verirr... Amma mənim ağlımda bir sual yaranır. Mən sənə belə kabusları görməyə başladığın ilk gündən bəridir dərmanlar vermişəm. Sən dərmanlarını qəbul etməmisən?"
Bu sualı gözləmirdim. Başımı yenə xalçaya dikdim. Yanaqlarım qızarmışdı.
"Anladığım qədər ilə atmamısan. Səbəbi nədir? Axı sən yaxşı olmaq istəyirsən."
Gözümü döşəmədən ayırmadan danışdım
"İlk günlər sadəcə anamın məcburiyyəti ilə gəlirdim siz də bilirsiniz... O günlərdə siz mənə bu kabusları görməyim deyə dərmanlar vermişdiz. Mən o dərmanlar heç birini istifadə etmədim."- pəncərədən aşağı binanın həyətinə atmışdım. O zamanlar peşman olmasam da indi çox peşmanam.
"Gərək mənə söyləyəydin. Yaxşı yenidən həmin dərmanlardan sənə verəcəyəm, əminəmki bir daha belə bir şey etməyəcəksən."
Başımı razılıq əlamətində aşağı yuxarı hərəkət etdirdim. Çox şey yaşadım yetəri qədər ağladım, ağlatdım. Ruhum tükəndi, hər şey bitdi dedim. Amma bir şeyi unutmuşdum. Anamın yaşaması üçün mən də yaşamalıyam. Atam getdi, amma anam üçün əvvəlki kimi olacağam.
__________
Salam gözəl gözlülərim *-*
İnşallah yaxşısınız. Özüm yazmağıma baxmayaraq bölümü başdan aşağı oxuduqda çox qəribə oldum. Moodum yerlərdədir. =/
Burada sizə suallar verəcəm cavablandırsanız çox sevinərəm. ^^• Lalənin gördüyü kabuslar haqqında fikirləriniz?
• Psixoloq Səidə haqqında fikirləriniz nədir?
• Bölüm haqqında fikirləriniz?
Bir şeyi də söyləyim. Kitabın süjet xəttini ilk bölümlərdən anlamaya bilərsiniz. Amma bölümlər irəlilədikcə nədən bəhs etdiyimi anlayacaqsınız.
Hamınız öpürəm^3^
Aşağıdakı kiçik ulduzu mənə bəxş etsəniz məni çox sevindirərsiniz ๑˙❥˙๑
Bir sonrakı bölümə qədər hələlik ♡
YOU ARE READING
Yağışın Pıçıltısı
ChickLitGizlədilən bütün həqiqətlər açığa çıxdıqda, həyatı alt üst olan 19 yaşlı qızın və ona yaxşı gələn bir gəncin hekayəsi... Yağışın Pıçıltısı- kitabın tək melodiyası. [ Qeyd: bu mənim ilk hekayəmdir, ilk bölümlərdə olan yazı səhvlərini mühakimə etməməy...