Bölüm 12: Bir az vaxt

414 211 25
                                    

Bölüm 12: Bir az vaxt

"Mənim bu vəziyyətdə olmağımın tək günahkarı o mundar ermənilər idi..."

Çarpayıdan qalxıb pəncərəni açaraq payız mehinin otaqda dövrə vurmağına icazə verdim.

Daha sonra çarpayıma təkrar uzandım. Dünən olanlardan anama danışmamışdım. Hətta bir müddət dünən öyrəndiklərimdən ona bəhs etmək fikrimdə yox idi. Anamın o gün Səidə xanımı evə buraxmamaq səbəbini anlayırdım və haq verirdim. Nə də olsa anam məni düşünmüşdü.

Gözlərimi divarın künclərindən çəkib, tavana dikdim. O qədər yorulmuşam ki artıq yorğunluğumu sözlərlə ifadə edə bilmirəm. Danışmağa belə halım qalmayıb. Çox istərdim ki bir neçə il əvvələ dönmə şansım olsun. Uşaq vaxtı qaçarkən həmişə yıxılırdım. Dizimdən süzülən qanlara məhəl qoymadan yıxıldığım yerdən qalxıb, üst başımı təmizləyib gülərək yenidən qaçırdım. Çox yaxşı yadımdadır ki anam mənə "qız uşağısan az gül bir az" deyərdi. Anamın bu sözləri mənim heç vaxt xətrimə dəyməzdi. Şirinlik edib, yenidən gülərdim. Gülmək hobbimə çevrilmişdi artıq. Nə yalan deyim, anamın o sözləri üçün çox darıxıram. Zaman məni çox dəyişdirdi. İllər keçdi və o kiçik Lalənin xoşbəxtliyi gün keçdikcə artmaq əvəzinə daha da azaldı. Atam işlərində uğurlar əldə etdikcə, evə daha az gəlirdi. Hal belə olduqdada mənimlə vaxt keçirə bilmirdi. Biz əvvəlki kimi eyni masanın ətrafında oturub deyib gülərək şam edə bilmirdik. Çünki atam evə gələndə çox yorğun olduğundan tez yatırdı. Mən və anam onu çox yaxşı anlayırdıq. Amma mən Allahdan hər gecə atamın işlərini bir az daha ləngitməsini istəyirdim. Çünki atam işləri yoluna girdikdən sonra yeni və daha böyük evə köçəcəyimizi söyləmişdi. Elə də oldu. Mən ikinci sinifdə oxuyarkən yeni mənzilimizə köçməli olduq. Hətta getdiyim məktəbim, dostlarım və mühitim dəyişmişdi. Heç vaxt unuda bilmirəm məktəbdən ayrıldığım vaxt baxçadan bəri ən yaxın dostumla ağlayararaq vidalaşmağımızı... İllər illəri qovaladı və mən son bir ildə hər kəsdən uzaqlaşaraq özümü otağıma həbs etdim. Anamla belə arama keçilməsi çətin olan divarlar hörmüşdüm. Dörd tərəfimi saran divarların ortasında oturub sadəcə gözlərimdən axan yaşların intiharına şahid olurdum. Həmişə böyümək, üniversitetdə oxumaq xəyalı qurmuşam. "Kaş böyüməzdim, balaca qalardım" dediyim vaxtların isə sayı hesabı yoxdur.

Telefonuma gələn bildiriş səsi ilə düşünməkdən azad olub mesajı oxumağa başladım.

Səidə Xanım: Xahiş edirəm mənimlə əlaqəni bitirmə. Sənə hər şeyi danışdım. Bütün gerçəkləri artıq bilirsən. Sağlam düşüncədə deyildim. Bilirəm ki o körpüdən özümü aşağı atmaq ağılsızlıq idi. Amma səndə mənə haq verməlisən. Yaxınlarımı itirmişdim, ancaq səni bu dünyada tək qoymaü fikri doğru deyildi. Nə desən haqlısan. Amma bilki indiyə qədər yalanı yaşadığın bu həyatın günahkarı başından bəri o alçaq ermənilərdir. Əgər onlar bizim torpaqlarımızı işğal etməsəydilər sən gerçək ata ananın yanında böyüyərdin. Nə minlərcə insanın nə də sənin həyatın məhv olmazdı. Dünən sən yaxşı olmadığından sənə deməyi unutdum. Səni məni psixoloqun olaraq tanımağında qonşunuz Nərmin xanımın köməyi var. Şəfəq xanım məni evinizdən "qovduqdan" sonra binanın həyətində oturmuşdum. Nərmin xanım məni görüb halımdan narahat olduğu üçün nə üçün ağladığımı soruşdu məndə ona hər şeyi danışdım. O da mənə sənin üçün psixoloq axtardıqlarını söylədilər mənim də vəzifəm psixoloq olduğuna görə Nərmin xanıma vizit kartımı verib Şəfəq xanıma verməyini xahiş etdim. Sonrasını da bilirsən. Səndən tək istədiyim məni bağışlamağındır səni çox gec tapmışam bir daha itirə bilmərəm.

Oxuduğum cümlələrlə başımda ağrı hiss etdim. Haqlı idi... Mənim bu vəziyyətdə olmağımın tək günahkarı o mundar ermənilər idi. Ancaq onu bağışlamalı idimmi bunu bilmirdim. Ona haqq verirdim. Aldığı ölüm xəbərlərindən sonra beyni doğru fikirlər verməyib. Yenədə onu bağışlasam belə bu asanlıqla olmammalıdır.

Lalə: Söylədiklərini düşünəcəyəm mənə bir az vaxt ver.

Səidə xanım: Yaxşı qızım, amma səni çox sevdiyimi unutma.

Günorta saatları idi anam otağında yatırdı. Mətbəxə keçib ağrı kəsici alıb su ilə içdim. Otağıma çıxıb ev tapşırıqlarımı yerinə yetirdikdən sonra başımın ağrısı yenidən şiddətləndi . Bir az yatmasam bu ağrı keçəcəyə oxşamırdı. Odur ki, çarpayıya uzanıb gözlərimi qapadıb. Heç nəyi düşünməməyə özən göstərərək özümü dərin yuxuya təslim etdim.

_______________

Salam sizin üçün çox darıxmışam 💜💜💜

Bir həftədir ki bəzi problemlərimə görə yeni bölüm yazıb yayımlaya bilmədim. Yenidən qayıtdığımda uzun bölümlərlə gəlmək istərdim amma 600 kəliməlik bölümündə qısa olduğunu düşünmürəm.

Sizi gözlətdiyim üçün üzr istəyirəm :(

Oy və voteləriniz üçündə çox darıxmışam .

Bölüm haqqında fikirlərinizi bildirməyi unutmayın ^^

Hələlik <3

Yağışın PıçıltısıWhere stories live. Discover now