Bölüm 10: Böyük qarşılaşma.

428 213 57
                                    

Bölüm 10: Böyük qarşılaşma

"Məni keçmişin deyil, indiki həyatın maraqlandırır."

Bütün gecəni düşündüyümdən gözümə yuxu getmədi. Buna görə səhər oyandığımda gözümün altında hər rəngi tapmaq mümkün idi.

Evdən tez çıxıb kursa gəlmişdim. Raul mənə "səni gözləyim yazanda?" artıq mən kursda idim. Raulda az öncə gəlmişdi.

Birinci dərs riyaziyyat idi. Amma mən heç cürə fikrimi dərsə verə bilmirdim.

"Nəsə olub?"- Raul lövhəyə baxaraq danışdı.

Məndə onun üzünə baxmadan dedim.

"Heç nə olmayıb".

Bir şəkildə fikrimi lövhə önündə dərsi izah edən müəllimə cəmlədim.

Birinci dərs bitdikdən sonra bufetə düşmüşdük. Evdən heç nə yemədən çıxmışdım amma heç də aclığım yox idi. Qarşımdakı sandiviç ilə baxışırdıq ki Raul sükutu pozdu.

"Danışmaq  insanı rahatladır. Məncə bu variant pis deyil nə deyirsən? "- deyib düz gözümün içinə baxdı.

"Danışmağa bir şey yoxdur axı. Nə danışım?"

"Məsələn, gözünün altındakı şişlikdən, üzündəki hüzünün səbəbindən başlaya bilərsən."-deyib sandiviçindən dişlədi.

O qədər bəlli idi?

Əslində düz deyirdi. Danışmasam beynimdəki məni yeyib bitirən bu fikirlərdən azad ola bilməzdim.

Araya girən bir dəqiqəlik sükütdan sonra çətin də olsa dilləndim.

"Mən övlad..."- deyərkən Raul əli ilə sözümü kəsdi.

Dişlədiyi  sandviçini boşqabına qoyub dedi.

"Məni keçmişin deyil, indiki həyatın maraqlandırır."

Aytac danışıb yəqin.

Başımı "yaxşı" mənasında yelləyib dedim.

"Mənə dünən bir nömrə yazmışdı... "- bu sözləri demək mənə heç də asan deyildi.

"Ən yaxşısı sən al telefonu özün oxu."-deyib telefonu Raula uzatdım.
İki dəqiqə sonra Raulu başını telefondan qaldırıb mənə baxdı.

"Lalə dediklərinin doğruluğuna nə dərəcədə inanırsan?"

"Ya dedikləri doğrudursa? Mən ora getməmiş bilə bilmərəm."

"Səni tək göndərəcəyimi sanırsansa yanılırsan."-mən sözünü kəsmək istərkən dedi .

"Lalə... Kimdir, doğru deyir yanlış deyir bilmirik. Səni tək buraxmayacağam. İndi isə yeməyini ye birazdan zəng vurulacaq"- Raul gülümsədi və qəmzələri məni salamladı.

***
Raulun maşını ilə "onunla" göreşəcəyimiz kafeyə gəldik. Anama evə gec qalacağımı, Aytac ilə görüşəcəyimi söyləmişdim. Aytacıda tənbehləməyi unutmamışdım. Hətta o bu "vəziyyətimizi" çox yerə yozsa belə fikir verməmişdim. Mənim fikrimdə bir az sonra görəcəyim o insan var idi.

Telefonu çıxardıb həmin nömrəyə yazdım.

Lalə: Gəlmisən?

+99450******: Hə, kafedəyəm qızım

Başımı telefondan qaldırıb Raula baxdım.

"Gəlib... Çox sağ ol"-deyib gülümsədim.

"Nə üçün?"- bir qaşını havaya qaldırıb üzümə baxdı.

"Mənimlə gəldiyin üçün."

"Sən sağ ol"

Maşından düşüb, kafenin qapısından içəri girdik. Ürəyim qəfəsindən çıxıb özgürləyə qovuşmaq istəyən quştək çırpınırdı.

Ətrafa göz gəzdirdim. Telefonumun səsi ilə SMS-ə daxil oldum.

"Qapının sol yanındakı masa"- başımı həmin istiqamətdə çevirərkən gördüyüm üzlə yerimdəcə donub qaldım.

Duyğularından, hissələrindən qurtulmuş biri olaraq masadan ayağa qalxıb gələn insana hissizcə baxdım.

Maraqlısı da budur ki, o insanı hər gördüyümdə üzümdə yaranan təbəssümdən indi əsər əlamət yox idi.

Düz gəlib qarşımda dayandı.

Gözlərimə hələ də inana bilmirdim.

Bu Səidə xanım idi.

___________________

Salam :)

Şok oldunuz hahaha

Fikirlərinizi alım.

Səidə xanımdan şübhələnəniniz heç olmamışdı amma :D

Bilirəm çox qısa deyəcəksiniz amma 400 kəliməlik bölüm idi. Gözümlə bağlı problemlərim olduğundan bölümləri uzada bilmirəm.

Oxuyarkən vote və şərh yazarsanız məni motivasiya etmiş olarsını.

Sevgi ilə qalın, hələlik ♡

Yağışın PıçıltısıDove le storie prendono vita. Scoprilo ora