Bölüm 26: Qaranlıq

216 58 70
                                    

Bölüm 26: Qaranlıq.

"Mənim qaranlığım sənin işığını söndürər Raul..."

Lalə'dən.

Uşaq vaxtı hər şey necə də saf idi. Xəyallar aləmində yaşayırdıq və hər şeyin böyüdüyümüzdə də istədiyimiz kimi olacağını düşünürdük. Sizin həyatınızda hər şey xəyal etdiyiniz kimi gerçəkləşdimi? Məndə yox. Böyüdükcə həyatım şirin yuxulardan tamamilə uzaqlaşmış, qorxulu kabuslara çevrilmişdi. Oyanmaq istədikcə, yenidən dərin yuxuya gedirdim. Amma hər kabus bir gün bitər elə deyil? Bitəcək.  Çünki hər qaranlıq gecədən sonra günəş çıxdığı kimi, hər kabus da bir gün şirin yuxularla əvəz olunacaqdır.

Səidə xanıma qarşı heç vaxt davranmadığım, və davranacağımı da düşünməyəcəyim qədər çox sərt olmuşdum. Mənim o cani insanın əlində olduğumu bilə bilə, heç nə olmamış kimi həyatına davam etməsi hər nə qədər  məni əsəbləşdirsə də, mənim belə etməyim düzgün deyildi. Mən bu deyildim. Etdiyim səhvi anladığımda telefonumla ona zəng etdim lakin, zənglərimə cavab olaraq operator qız, telefonun ya söndürüldüyünü ya da əhatə dairəsi xaricində olduğunu dedi. Güman edirəm ki, başına pis bir hadisə gəlməmişdir.

Otağımdan çıxıb anamın yanına getdim, və bir az hava almaq üçün binanın həyətində gəzəcəyimi dedim. O da istəyim ilə razılaşdıqdan sonra həyətə çıxdım. Ən yaxın skamyada oturdum. Dərin bir nəfəs alaraq havanı ciyərlərimə çəkdim. Gözlərim Raulun sürətinə sataşdı. Məni görər görməz yanıma yaxınlaşdı və o da əyləşdiyim skamyanın bir küncündə oturdu.

"Necəsən?"

Necəyəm? Pis? Tükənmiş?

Raulun gülümsəyərək ünvanladığı sualına baxışlarımı uzaqlara çevirərək cavab verdim.

"Dibdəyəm... Dərin bir bataqlığın ən dibində."

Raul dediklərimin üstünə bir söz deməkdə tələsmədi, üzümün hər santimetrini incələdikdən sonra dedi:

"Ən dibdəsənsə bu o deməkdir ki, bundan artıq da dibə bata bilməyəcəksən. Ayağa qalx, çıx oradan, və  itirdiklərini geri al."

"İtirdiklərimi qazanmağa gücüm yoxdur. Qaranlığa həbs olmuşam. Bir daha günəşi görə bilməyəcəm."

Bunu dedikdən sonra üzümü Raula çevirdim. Ürkəkcə əlimi ovuclarının arasına alıb, yaşıl gözləri ilə gözlərimin içinə baxdı. Gözlərinin dərinliyində qeyb olmaq mümkünsüz idi.

"Hər qaranlığın bir işıqlı sabahı var... İzin ver o işıqlı sabahları mən əvəz edim. Həyatına yenidən günəşi gətirim."

Dedikləri ürək döyüntülərimi sürətləndirərkən Raulun atasının, Rəşidin sözlərini xatırladım.

"Raul ilə də, əlaqəni ən qısa zamanda bitir. Onsuz da yenidən Amerikaya qayıdacayıq. Əgər əlaqəniz qopmuş olsa, mənim axmaq oğlum da mənimlə birgə, əvvəlki həyatına geri dönəcək."

Gözlərim dolarkən əlimi Raulun ovuclarından çəkib, baxışlarımı qaçırdım.

"Mənim qaranlığım sənin işığını söndürər Raul..."

Dediklərimə bir cavab verməsini gözləmədən, ayağa  qalxaraq Raulun yanından uzaqlaşdım və binaya daxil oldum. Yol boyu göz yaşlarım kirpiklərimdən süzülürdü, Raulun dedikləri isə beynimin içində dövrə vururdu. Onda da mənim hisslərimə qarşılıq var idimi? Əgər belədisə, hər şey ikimiz üçün çox çətin olacaq. Çox çətin...

_________

Çox qısa oldu, idarə edərsiz artıq. ☺️

Vote ?

Hələlik. ❤️


Yağışın PıçıltısıWhere stories live. Discover now