Bölüm 22: Ədalət

300 155 63
                                    

Bölüm 22: Ədalət

"Yelləncək qursunlar deyə öz əllərimlə  verdiyim iplə, məni boğurlar sanki..."
-

"Mənim də bir qızım var idi. Nağıllardakı şəhzadələr qədər gözəl və saf. Amma onun yaşadığı nağılda xoşbəxt sonluq olmadı..."

Gözlərini tavandan çəkib, mənim yaşla dolu gözlərimə dikdi və gözümün içinə baxaraq qanımı donduran o kəliməni söylədi.

"Öldürüldü."

Boğazıma gələn tüpürcəyi səsli şəkildə udqundum.Qızının necə və kim tərəfindən öldürüldüyünü soruşmağa cəsarətim çatmadı. Çünki adamın gözlərindəki qəzəb hissi ilə bədənim ürpərmişdi.

"Qızım soyuq məzarda yatarkən, qızımın qatili həyatdadır. Mən qızıma sarıla bilməzkən, qatil hər gün isti qolları ilə qızını qucaqlayır. Mən qızımın gülüşünə həsrət qalmışam, o qatil isə qızı ilə birlikdə gülür."

Dişlərini sıxaraq söylədikləri sözlərə, gözümün içinə baxaraq davam etdi.

"Təəsüf ki, bu dünyada ədalət yoxdur. Amma mən Tanrının belə etmədiyi şeyi -  ədaləti bərqərar edəcəyəm. Sənin burda olmağının əsas səbəbi də budur."

Sözlərini bitirər bitirməz əlləri ilə saçımdan tutdu.

"Burax. Ah.. Ağrayır."

Saçımı daha sərt çəkdi və qulağıma yaxınlaşaraq fısıldadı.

"Ağrasın.. Mənim canım  üç ilin hər günü ağrayır. Hələ bu etdiyim azdır sənə."

Başımı sərt bir şəkildə arxaya itdi və, əllərini saçımdan çəkərək otaqdan çıxdı. Çox çəkmədən əlində metal rəngdə bir qayçı ilə içəri daxil olaraq, iri addımlarla mənə yaxınlaşdı. Əllərini saçlarıma uzatdığında, başımı iki yana sallayaraq, onu saxladım.

"Yox. Eləmə-"

Sözlərimi dinləmədən, üzümə keçirdiyi sillə ilə göz yaşlarımı sərbəst buraxmışdım.

"Qızımın uzun, günəş kimi sarı saçları var idi. İpək kimi də, yup-yumuşaq idi."

Söylədikləri ilə gözlərinin dolmasını sezmişdim. Çox keçmədən yaşla dolu  gözlərinin yerini qəzəb və nifrət aldı.

"Hər gecə oxşadığım, bəzən isə incinər deyə toxunmağa qıya bilmədiyim saçları indi qara torpağa qarışıb."

Əlindəki qayçını saçıma keçirdi və digər əli ilə saçlarımı tutaraq boynumun arxasına gələcək şəkildə kəsdi.

Göz yaşları içində yerə düşən uzun qara saç tellərimə baxmaqla kifayətləndim.

Anam uşaqlığımdan bəridir saçıma heç vaxt qayçı vurmamışdı. İndi isə bu murdar insan məndən uşaqlığımı almışdı sanki. Bir vaxtlar anamın oxşadığı saçlarım indi ayaqlarımın altında qalmışdı.

Adamın üzünə tiksinərək baxdım. O isə mənim tam əksimə döşəməyə tökülmüş saçlarıma üzündəki təbəssüm ilə baxırdı. Üzünə tüpürdüyümdə isə bu üzündəki gülüşünün yerini çatılmış qaşları aldı.

"Anan kimi sən də ləçərsən!"

Yenidən üzümə sillə vurduqda, qızaran üzümə əhəmiyyət vermədən dilləndim.

"Sənin psixoloji problemlərin var, normal biri deyilsən! Nə dərdin var anamla, hə? Atamı günahlandırdığın yetmədi, indi də anama palçıq atırsan?"

Yağışın PıçıltısıWhere stories live. Discover now