Bölüm 17: İmtahan

362 203 50
                                    

Bölüm 17: İmtahan günü

"Sən varsan, sənin üçün..."

Yazardan...

Bu qədər əziyyətin bəhrəsini görməyin vaxtı gəlib, çatmışdı. İmtahan günü Lalə gözlərini günəşli səhərə açdı.
Saata baxarkən, tez oyandığını anladı, yenidən yatağa qayıtmaq əvəzinə, hamam otağına keçib işlərini həll etdi. Çəhrayı rəngli pijaması ilə mətbəxə keçdi. Anası Şəfəq xanım, səhər yeməyi hazırlayırdı. Qızını gördükdə üzünə isti gülümsəməsini yerləşdirib, saçından öpdü.

"Sabahın xeyir, anasının birdənəsi"- bunu deyərkən boşqabları masaya yerləşdirəndə, Lalə də stulu çəkib əyləşdi.

"Sabahın xeyir ana"

Şəfəq xanımda hazırladığı səhər yeməklərini süfrəyə yerləşdirdikdən sonra masada öz yerində əyləşdi. Kiçik masa, 2 nəfər və heç vaxt bitməyəcək sevgi...

"Həyacanlısan? Bax həyəcanlanıb, eləmə. Normal sınaq imtahanı kimi fikirləş, hər şey yaxşı olacaq..."-Lalə şokaladlı çörəyini yeyərkən, anasının sözünü kəsib ağzı dolu şəkildə dedi.

"Ana, narahat olma yaxşıyam bir az həyəcanlıyam o da normaldı." - Şəfəq xanım qızının sözlərini başı ilə təsdiqləyib, çayını içdi
***
Raul səhər yeməyini yedikdən sonra otağına keçdi. Telefonuna gələn bildirişlərə məhəl qoymadan, Lalə ilə söhbətinə daxil oldu.

Raul: Axır ki, həmin gün gəldi çatdı.

Raul: Sabahın xeyir.

Az keçmədi ki, Lalə cavab yazdı.

Lalə: Axır ki...

Lalə: Hər vaxtın xeyir.

Raul: Hazırsan?

Lalə: Sadəcə bir-iki mövzu təkrarlayıram, hələ imtahan vaxtına 2 saat var.

Raul: Alimlər deyir ki, imtahana 1 həftə qalmış kitabın üzünə belə baxmayın, sən imtahana bir neçə saat qalmış hələ də təkrarlıyırsan.

Lalə: Mənim yaddaşım zəifdi.

Raul: Sənin də eybin bu olsun :D

Lalə: Nə demək istəyirsən?

Raul: Boş ver.

Raul: Bir saat sonra binanın həyətində ol.

***
Lalə Raulun nə demək istədiyini anlamasa da fikirləşmədən üstündən keçdi düşüncələrinin. Çünki bu gün onun üçün ən önəmli günlərdən biri idi. Bundan sonrakı həyatı bu gündən asılı idi. Ona görədə kitabların içərisindəki mövzulardan, düsturlardan başqa heç nə düşünməyəcəyinə dair söz vermişdi özünə.
Yazı masasının üstündəki ailəsi ilə birlikdə çəkilmiş olan şəklinə baxaraq gülümsədi. Yaşlar azad olmaq üçün yanaqlarına süzülmək istəsə də, Lalə onları bugünlük gözlərinə həbs etmək məcburiyyətində idi.

Atasının gülən üzünü incə əli ilə oxşayıb, dedi:

"Atacan, bu gün həmin gündür. Səninlə birgə qurduğum bütün xəyallarımızı gerçəkləşdirməyə ilk adımlarımı atıram bu gün. Kaş səndə yanımda olsan, saçlarımı öpüb bacara biləcəyimə inandırsan məni... Yaxşı, yaxşı bu dəfə ağlamayacam. Sənin kimi güclüyəm məndə... Amma mən güclü olmaq istəmirdim ata. Mən xoşbəxt olmaq istəyirdim, yanımızda olmağını istəyirdim... Olmadı, istədiyim kimi olmadı... Xatırlayıram ki, mən 2ci sinifdə oxuyarkən, yaşadığımız mənzildən köçməli olduğumuzu söyləmişdin. "İndi oxuduğun məktəb köçəcəyimiz yerə çox uzaq olduğundan burada oxuya bilməzsən" demişdin mənə. Məndə göz yaşları içində, buradakı dostumu,müəllimərimi buraxa bilməyəcəyimi demişdim sənə. Sənsə cavab olaraq indiyə qədər unuda bilməyəcəyim sözlər söyləmişdin... Unutmamışam.

Yağışın PıçıltısıOù les histoires vivent. Découvrez maintenant