Bölüm 6

536 241 57
                                    

Bölüm 6:

Havalar yavaş-yavaş soyuyurdu. Bu gündə yağışın damlaları buludlardan yerə enirdi. Yerdə yaranmış kiçik su gölməçələrində sərçələr bayram edir, sulu qanadları ilə göyə yüksəlirdilər.

Kursa getmək üçün hazırlaşıb, binadan çıxdım. Raulun maşını binanın qarşısında dayanmışdı. Buna məhəl qoymayaraq əlimdə şəmsiyyə illə keçib gedəcəkdim ki, arxamdan adımı səslədi.

"Lalə... " -Arxamı çevirdiyimdə maşından düşüb mənə tərəf gəlirdi.

"Sabahın xeyir"- dediyimdən sonra üzünə isti bir gülümsəmə yayıldı. Bu dəfə iki yanağında olan qəməzlərdə məni salamladı.

"Yağış yağır, gəl mənlə gedək. Onsuz da eyni yerə gedirik."

Yağışın altında gəzməyi çox sevirdim. Amma təəssüflər olsun ki, yağış heç də həzin yağmırdı. Məcbur olub qəbul edəcəkdim.

"Yaxşı. Amma yağış yağır deyə gəlirəm."

"Mən də ona görə dedim." - deyib gülümsədi.


* * *

Sinifə girəndə sadəcə arxada ikili parta olduğunu görər - görməz gedib oturdum. Raul da gəlib yanımda oturdu.

Bir neçə dəqiqə sonra sinifə orta yaşlı müəllim girdi. Hər kəslə salamlaşdıqdan sonra riyaziyyat müəllimi , adının Taleh olduğunu söylədi. Daha sonra ilk dərsi başa salmaq üçün elektron lövhənin yanında yerini aldı.

"Başa düşdün ? "- Raul lövhəyə baxaraq dedi.

Məndə onun üzünə baxmadan dedim.

"Hə, bu mövzuda yaxşıyam." - asta səs tonu ilə dilləndim.

"Mən də pis deyiləm " - dedikdən sonra üzünü mən tərəfə çevirib gözlərimin içinə o məşhur gülümsəməsini bəxş etdi. Doğrunu eşitmək istəyirsiniz? Hə, o çox gözəl gülür.

Yenidən dəftərə qeydlərimi almağa davam etdim. Gözucu Raulun da dəftərinə baxdım. Xətti çox yaxşı idi. Hərfləri, rəqəmləri ağ vərəqə bir-bir səliqəylə işləyirdi. Mənim xəttim bərbad deyildi, onun qədər gözəl də yaza bilmirdim.
Fikrimi yenidən lövhə qarşısında dərs izah edən müəllimə cəmlədim.

Qeydlərimi almağa davam edərkən müəllimin sinifdən çıxdığını gördüm. Dərs çox tez bitmişdi. Hətta zəngin səsini belə eşitməmişdim.

"Bəlkə deyirəm, aşağıda olan büfetə gedək. On dəqiqədən sonra zəng vurulacaq"- dedikdən sonra, gözlərimə baxıb deyəcəyim cavabı gözlədi.

"Səhər gələndə heç nə yeməmişdim. Düzünə qalsa çox acam"- deyib gülümsədim.

"Onda bu günlük məndən olsun sifarişlər"- qapıya tərəf gedərkən sözünü kəsdim.

"Yox, ehtiyac yoxdur"- koridorda gedərkən başımı aşağı saldım. Belə söhbətləri sevmirdim. Məktəb vaxtı uşaqlarla bir yerə gedəndə onları mənim hesabımı ödəməyə qoymurdum. Hər kəs öz yediyinin pulunu ödəsə daha yaxşı olar məncə.

"Ehtiyac olmadığını bilirəm amma...- bu dəfə də sözünü kəsdim.

"Raul belə şeyləri sevmirəm. Xahiş edirəm israr etmə."

"Yaxşı..." -

* * *

Boşqabda olan sandviçimdən bir dişlək daha alaraq ətrafı izləyirdim. İkimiz də susmuşduq, tək bir kəlimə belə etmirdik. Bu səsizliyi pozan mən olmaq istəmirdim.

Yağışın PıçıltısıDonde viven las historias. Descúbrelo ahora