Bölüm 19: Qaçırılma
"Ürəyim sıxılır, o da ordadır, ona bir şey olar deyə qorxuram."
Şiddətli baş ağrısı ilə gözlərini açdı. İçəri qaranlıq olduğundan, heç nə görə bilmədi. Harda olduğuna dair heç bir fikri yox idi. Dünən gecəyə aid xatırladığı, Raul ilə binanın həyətində görüşmək üçün evdən çıxdığı idi. Sonra... sonrası yoxdur...
Oturulduğu yerdə qıvrılmağa başladı. Əllərinə bağlanmış ip biləyini incitdiyi üçün, ayaqlarını hərəkət etdirmək istədi. Etdikləri bir fayda vermədikdə, əllərinin və ayaqlarının stola bağlı olduğunun fərqinə vardı. Gözlərindən bir damla yaş axarkən fısıltı ilə dilləndi:
"Mən...qaçırılmışam"
***
Raul artıq iyirmi dəqiqədir ki, binanın həyətində oturmuş, Laləni gözləyirdi. Yazdığı mesajlara cavab ala bilmirdi. Narahatlığı ürək ağrısı ilə özünü göstərirdi. Fikirləşdi ki, yəqin ki evdən çıxa bilməyib, amma atdığı mesajların hamsına mavi xətt düşməsinə anlam verə bilmirdi.
"Lalə, niyə cavab vermirsən axı" söylənərək binaya daxil olacağı anda, yerdə olan telefon diqqətini çəkdi. Əyilib telefonu götürdü.
"Amma bu telefon... Bu telefon Lalənindir."İti addımlarla, Lalənin açıq qalan pəncərəsinə tərəf addımladı.
"Lalə... Lalə"
Çağırışlarına cavab gəlməyəndə, binaya daxil oldu. Liftdə vaxt itirmədən, pilləkənlərlə yeddinci mərtəbəyə qalxdı. Laləgilin qapısını döyüb, içəridən birinin çıxmasını gözlədi. Qapı açılanda, Şəfəq xanım təşviş içində, Raula baxırdı.
"Nə olub oğlum, xeyir ola?"
"Axşamının xeyir Şəfəq xala. Lalə, evdədir?"
Şəfəq xanım qaşlarını çataraq cavab verdi:
"Evdədir, evdədir amma nəsə olub?"
Raul çarəsiz halda dilləndi:
"Telefonunu həyətdə tapdım... Dəqiq evdədir? Evə baxa bilərsiniz?"
Şəfəq xanım, Raul sözünü bitirər bitirməz, Lalənin otağına getdi, lakin qapını açarkən, boş yataqla qarşılaşmağı gözləmirdi.
"Lalə, qızım hardasan?"- gözləri dolu halda otağa göz gəzdirdi.
Hamam otağına da keçdi, orada da Laləni tapmadığı üçün qapının önüdən gözləyən Raulun yanına gəldi.
Göz yaşları içərisində çətinliklə dedi:
"Raul..qızım yoxdur"
Sözünü bitirdikdə, Raulun qolları arasına, yıxıldı.
***
"Narahat olmağınıza ehtiyac yoxdur. Həyəcandan, təzyiqi qalxıb. Təzyiq dərmanı, və sakitləşdirici verdik. Bir azdan özünə gələr. Keçmiş olsun."
"Çox sağ olun" - Mehriban xanım, evə gələn təcili tibbi yardım işçilərini qapıya qədər ötürdükdən sonra, özüdə stolda oturan oğlunun yanına gəldi.
"Bəlkə hava almaq üçün çıxıb? Fikir eləmə, gələr"
Raul başını iki tərəfə yelləyib,, əsəbia dilləndi:
"Mənə görə oldu. Lənətə gəlmiş ürə.."
Sözünü yarıda kəsdi, "lənətə gəlmiş ürəy"indən anasına bəhs etmək istəmədi.
"Niyə özünü günahlandırırsan?"
"Yuxu tutmadı deyə, həyətə çıxdım. Sonra Lalənin də, pəncərədən çölə baxdığını gördüm, onunda yuxusu yox imiş... Söhbət eləmək üçün onu da aşağı dəvət etdim, gələcəyini dedi... Gözlədim, amma gəlmədi ana... Sonra da telefonunu həyətdə tapdım. Ona bir şey..."
"Sus, sus... Heç nə olmayıb Laləyə. Qurban olum, ürəyini sıxma."
"Ürəyim sıxılır, o da ordadır, ona bir şey olar deyə qorxuram." - deyə bilmədi.
Mehriban xanım oğlunu ilk dəfə bu halda görürdü. Oğlunun narahat olma səbəbini anlamışdı. Onu təsəlli etməyi isə özünə borc bilib, oğlunu qucaqladı.
"Burada oturmaqdan bir şey olmaz. Yaxınlıqdakı parklara, bax. Olmadı polisə müraciət edərsən? Mən inanıram ki, Lalə yaxşıdır. "
Oğlunun üzünü əlləri arasına alıb dilləndi.
"Get və Laləni tap"
***
Göz yaşları bir-bir yanağına süzülərkən, üşüdüyünü hiss etdi. Ətrafdakı səssizlik isə ürpərməyinə səbəb olurdu. Qorxmurdu amma narahat idi. Kim bilir indi anası nə halda idi. Fərqinə varmışmıydı qızının qaçırılmasından? Bəs Raul? İndi özünü günahlandırırdı çox güman..."Bir yolu olmalıdır" deyə fısıldayıb gözlərini qaranlıq otaqda gəzdirdi. Stulu hərəkət etdirməyə çalışdı amma mümkün olmadı. Bir neçə dəqiqə də cəhd etdikdən sonra stolun döşəməyə sabitləndiyini anladı. Çarəsiz idi. Buradan kim bilir necə halda çıxacaqdı. Kim bilir onu bura qapadan və ya qapadanlar nələr edəcəkdi ona. Ən yaxşı ehtimal ölməsi idi. Ölməkdən qorxmurdu, amma belə alçaq ölümü özünə sığışdırmırdı. Daha da önəmlisi, arxasında onun üçün üzüləcək insanlar var idi. Az da olsa var idi...
Bir fayda olmadığını bildiyi halda, bağlı olduğu stulda yenidən qurcalanmağa başladı.Gözləri dolmuşdu, boğazında yaranan düyüm ilə, bir hıçqırıq çıxdı dodaqlarının arasından.
Buraya qapadılma səbəbini düşünməyə başladı. Kimə nə etmişdi axı? Heç kimə bir zərəri dəyməyən bir insanın burada olması haqsızlıq idi. Bəlkə də kiminsə günahının bədəlini ödəyirdi. Səbəbləri fikirləşməyi buraxıb, onun burada olmasına səbəb olan şəxs və şəxslər gələndə necə davranmalı olduğunu düşündü. Zəif görsənməməli idi. Onlardan mərhəmət dilənməyəcəkdi. Çünki əgər insanı hisslərə sahib olsaydılar onu qaçırtmazdılar. Bu halda da onlara yalvarmaq ağılsızlıq olardı.Sükutu pozan, qapadıldığı yerin qapısının açılması idi. Addım səslərinin yaxınlaşması, onu qaçıran və qaçırtan insanın yaxınlaşmasının sübutu idi. Dərin bir nəfəs alıb burnunu çəkdi. Eşitdiyi ayaq səsləri, qəlb ritminin sürətlənməsinə səbəb olarkən, bir tərəfdən "zəif görsənmə" deyib özünü sakitləşdirirdi.
Olduğu otağında qapısı açıldıqda, qaranlıqda üzü görsənməyən insan siluetinə baxışlarını çevirdi. Həmin şəxs otağın işığını yandırması ilə, gənc qız qarşısında duran adama nifrətlə baxmağa başladı. Dodaqlarının arasından sadəcə bir kəlmə çıxdı.
"Sən..."
___________
Lalədə ağlamaqdan betər oldu :(
Bölüm az idi, gələn bölüm bunun iki qatı olacaq.
• Sizcə Laləni kim qaçırıb?
• Nə üçün qaçırılıb?
Fikir bildirməyi və vote verməyi unutmayın.
Allaha əmanət olun. ❤️
ESTÁS LEYENDO
Yağışın Pıçıltısı
Chick-LitGizlədilən bütün həqiqətlər açığa çıxdıqda, həyatı alt üst olan 19 yaşlı qızın və ona yaxşı gələn bir gəncin hekayəsi... Yağışın Pıçıltısı- kitabın tək melodiyası. [ Qeyd: bu mənim ilk hekayəmdir, ilk bölümlərdə olan yazı səhvlərini mühakimə etməməy...