Ən dar günümdə də məni tək qoymayan
Taylerin xatirəsinə..
Bəziləri deyirdi ki, o heç vaxt yatmır. Bəziləri deyirdi ki, anası uşaq vaxtı onu
zibil yeşiyinə atıb. Bəziləri deyirdi ki, o, bütün ölkələri gəzib və bütün
sirlərdən xəbəri var. Kimsə düşünürdü ki, o bir adam deyil - bir neçə yerə
bölünə bilir. Kimlərsə deyirdi ki, o peyğəmbərdi.
Bəziləri isə sakitcə pıçıltı ilə deyirdilər: "O şeytandır" .