Başlanğıc

2K 79 13
                                    

Hər şey mənim səyahətə çıxmağımla başladı. Şənbə günü portfelimi çiynimə atıb

evdən çıxdım. Heç kimə heç nə demədən, telefonumu da evdə qoyub getdim.

Bayır qapısını yavaşca örtdüm ki, heç kəs oyanmasın. Sonra pilləkənləri enib

həyətdən çıxdım. Özümü bu qədər həyəcanlı hiss etməmişdim. Portfelimdə qələm,

dəftər, diş fırçası, köynək, bir də fotoaparat. Mənə başqa heç nə lazım deyildi.

Həyatımda ilk dəfə olaraq gedirdim. Doğrudan gedirdim. Hiss eləyirdim ki, hər bir

addım azaddır, hər bir döngə doğmadır. İlk dəfə idi ki, düşünmədən, haraya

gedəcəyimi bilmədən gedirdim. Onda doğrudan da hər küçə sənin yolunun bir

hissəsi ola bilir. Bəlkə düz getdim, bəlkə yarı yolda sağa döndüm, bəlkə avtobusa

mindim, bəlkə hansısa uşağın velosipedini əlindən alıb sürdüm. Mən sadəcə

getmək istəyirdim.

Yəqin ki, filmlərə baxırsınız. Biz hamımız elə filmləri xoşlayırıq ki, orada

hadisələr çox təhlükəli, inanılmaz olsun. Həmişə gözlənilməz sonluqları sevirik.

Amma hərdən elə filmə baxırsan ki, lap ətin tökülür - süjet xətti çox zəif, aktyorlar

sadə, və filmin ilk on dəqiqəsində başa düşürsən ki, sonluq necə olacaq. Elə

filmlərə baxa bilmirəm.Yarısında məni yuxu tutur. Həyata da marağım buna görə

öldü. Bir gün başa düşdüm ki, öz həyatımı film kimi çəksəydilər yarısında yuxuya

gedərdim.Ya da söndürüb deyərdim ki, bu Hollivud da hər zibil ssenariyə film

çəkir. Son 3 ildə hər şeyə həvəsim öldü. Əvvəlcə işdən bezdim. Qəzetə məqalələr

yazırdım - siyasi, mədəni, ictimai, yəni nə oldu. Amma hamısında da eyni şey idi

əslində. Filan nazir filan ölkənin filan nazirləri ilə görüş keçirib. Ay Pentaqon belə

gəldi, BMT belə getdi. Ay filan deputat belə dedi, təzə çıxan müğənni belə yadda

qaldı. Ya da bilirsinizmi, Avstraliyada kenquruların müəyyən bir növü var ki,

onlar elə deyil, başqa cürdü. Ya da yeni tikililər şəhərin arxitekturasına böyük

zərbə endirir... Belə-belə gic-gic , lazımsız şeylər yazırdım. Həyat tərzimi

dəyişmək istəyirdim. Görürdüm ki, axına düşmüşəm. Hamı axına düşüb. İş-ev, ev-

iş, iş-ev. Nə qədər olar? Həyatımız hər gün qısalır. Hər ürək döyüntüsü ölümə

doğru atılan addımın səsidir. Hərdən işimlə bağlı arxivlərdə müxtəlif insanların

bioqrafiyalarını oxumalı olurdum. 70 il yaşamış Filankəs Filankəslinin bioqrafiyası

cəmi 2 səhifə. Demə, 70 illik həyatdan ikicə səhifə qalır. Əvvəllər buna çox fikir

vermirdim. Həyatın qanunları həyatın qanunlarıdır. Həyat belə qurulub. Hamı necə

yaşayırsa sən də elə yaşa. Həyatın nizamını poza bilmərik ki? Həyat, həyat ..həyat

AWhere stories live. Discover now