Çingiz Qarabağ qaçqını idi. Onun bütün ailəsini Xocalıda qırmışdılar. O vaxtlar Çingizin 7
yaşı olardı. Amma ailəsi heç yadında qalmamışdı. Xocalının nə bir daxması nə bir ağacı. Heç
nə .... Düşmən hücuma keçəndə mərminin biri düz Çingizin yanında partlamışdı. Çingiz də
bütün uşaqlığını bu partlayışdan sonra unutmuşu. Yaddaşında ancaq qarlı yollar, atəş səsi və
ölülər var idi. Qaçqın şəhərciyində onu digər yetimlər kimi ailələrə bölüşdürmüşdülər. Yazıq
uşağın hansı şəraitdə böyüdüyünü heç təsəvvür də etmək olmazdı. Yad şəhər, evsiz-eşiksiz.
Vətəndən didərgin. Atasının, anasının qanı yerdə.. Amma o heç nə edə bilmirdi. Ailəsindən
bircə yadigar qalmışdı. O da anasının şəkli. Balaca buzovun başını sığallayan müqəddəs ana.
Anası şəkildən ona baxırdı. Çingiz bütün uşaqlığını bu şəkillə keçirmişdi. Əlindəki şəklə baxıb
anasını nə qədər çox sevirdisə alçaq ermənilərə də bir o qədər nifrət eləyirdi. Qaniçən, insafsız,
yırtıcı ermənilər. Çingiz onlara nifrət edirdi. Bu nifrət də onu gücləndirirdi. O böyüdükcə
içindəki nifrət daha da artırdı. Çingiz özünə söz vermişdi ki, bir gün bütün erməniləri məhv edəcək. Uşaq vaxtı döyüşlə məşğul olmuş, məktəbdə tarix dərslərini hamıdan yaxşı
oxumuşdu. Əsgərliyini çəkmiş və hərbçi olmaq qərarına gəlmişdi. Çingiz silahdan ayrılmırdı.
Hər gecə yuxuda ermənilərin kəndlərinə hücum edib evlərini yandırırdı. Erməni kişilərini
güllələyib, qadınlarını zorlayır, uşaqlarını boğurdu. Dostları ilə görüşəndə onları da müqəddəs
müharibəyə hazırlayırdı. Çingiz deyirdi:
-Dostlar, biz həmişə unutqan xalq olmuşuq. Biz türklərin ən böyük səhvi
unutqanlığımızdadır. Biz bu erməniləri vaxtında qırmalıydıq. Ey türk, kəndinə qayıt. Sən
özünə qayıdanda güclü olursan. Biz seçilmiş millətik. Dünyanı türklər idarə etməlidir. Bizim
düşmənlərimiz heç vaxt bizi rahat yaşamağa qoymayacaqlar. Ona görə biz birləşib onlar məhv
etməliyik. Ermənilər həmişə alçaq olublar. Əsrlərlə öz ikiüzlü, yaltaq siyasətləri ilə bizim
etibarımızı qazanıb, hər dəfə də bizə arxadan zərbə endiriblər. Onlara inanmaq olmaz. Onların
hamısı alçaqdır, hamısı ölməlidir. Uşaqlar da murdardır çünki onların qanında murdar qan,
oğru qanı axır. Ermənilərin hamısını yer üzündən silmək lazımdır. Sülh olmaz. Ancaq
müharibə. Onlar bizim qanımızı töküb, biz də onların qanını tökməliyik. Sonuncu erməniyə
qədər hamısı ölməlidir.
Çingizin çağırışları dostlarını da həvəsləndirirdi. Onlar hər yerdə bu fikirlərini yayır,
insanları erməni köpəkləri ilə mübarizəyə çağırırdılar. Məqsəd təkcə Qarabağı yox, bütün