BALU və SUTA

489 26 3
                                    

Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta
dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü
yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :
- Suta, iki üstəgəl bir neçə edir?
Suta cavab verir:
- Üç.
Balu gülüb deyir:
- Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.
Suta deyir:
- Yox, üç edir.
Balu deyir:
- Beş.
- Yox, üç.
- Yox! Beş.
Nə isə, bunların mübahisəsi uzanır, uzanır. Axırda başlayırlar dalaşmağa . Bir-
birlərini yerdə sürütləyərkən müəllim içəri girir. Onları ayırıb nə baş verdiyini soruşur.
Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir - sən cəzalanırsan. Keç otağına, üç
gün bayıra çıxma.
Bir həftə idi ki, Ayseldən məktub gəlmirdi. Çox darıxırdım. Nigaran idim. Həm də o
qədər maraqlı şey olurdu ki, hamısını Ayselə danışmaq istəyirdim. Biz fikirlərimizi,
ideologiyamızı kiçik kağızlarda gənclərə paylayırdıq. Sayımız getdikcə artırdı. Məktəblərdə,
universitetlərdə haqqımızda söhbətlər gəzişirdi. Gənclər çoxdan belə bir şeyin baş verməsini
gözləyirmişlər. Onlar bu daxili boşluğu hiss edirdilər. Ona görə bütün ümidsizlər və tənhalar, romantiklər və şizofreniklər bizə qoşulurdu. Qərargah iki hissəyə bölünmüşdü. Bir hissədə
əvvəldən gələnlər idi. Bir hissədə isə təzə gələnlər yığışırdı. Onlara ilk tapşırıqlar verilirdi.
Birinci iş olaraq hər kəs küçədə tanımadığı bir adama yaxınlaşıb ona bütün həyatını danışmalı
idi. İnsanlar çox vaxt bizdən çəkinirdilər. Elə bilirdilər ki, indi bu manyakalar onları
bıçaqlayacaq. Hər birimiz Qara kapüşon geyinirdik. İsti havada qara köynəklərdə olurduq. Bizim
işarəmiz isə qırmızı Pentraqramm idi. Lakin bu Satanistlərin Pentaqrammından fərqli olaraq
onun əksinə çevrilmiş forması idi. Bununla biz Şeytana və pisliklərə qarşı olduğumuzu
bildirirdik. İkinci tapşırıq - etmək istədiyimiz lakin edə bilmədiyimiz bir şeyi etmək idi. Bu
əslində daha maraqlı idi. Bəzən kimsə şəhərin mərkəzində dombalaq aşırdı. Kimsə dərsin
ortasında sevgilisinə çiçək bağışlayırdı. Kimsə gecə qəbirstanlıqda yatırdı. Kimsə tanımadığı
adamların toyuna gedib ürəkdən rəqs edirdi. Kimsə heyvan dükanından meymun alıb sinfə
buraxırdı. Kimsə saçını qırmızı rəngə boyayırdı. Kimsə tatuaj vururdu. Bu, içimizdəki uşağı
yenidən oyadırdı. Bizi şəhərdə barmaqla göstərirdilər. Bəziləri bizi dolayırdı. Bizim onlara
sadəcə yazığımız gəlirdi. Çünki dolamaq artıq hər bir şeyi məhv olmuş insanlara məxsus
xüsusiyyət idi. Evdə bizi danlayırdılar, küçədə söz atırdılar, məktəbdə cəzalandırırdılar. Amma
biz fikir vermirdik. Növbəti tapşırıq dilənmək idi. Hər kəs bir gün dilənçi paltarı geyinib şəhərin
mərkəzində dilənməli idi. Bu bizim içimizdəki qüruru öldürürdü. Başa düşürdük ki , bizim öz
hörmətimiz yoxdu, yalnız paltarlarımıza görə bizi sevirdilər. Dilənən gün bir qız da mənə
baxmadı. Hər dəfə nahar etdiyim kafeyə isə girən kimi qovdular. Mən yenidən girmək istəyəndə
qoymadılar. Onda mən cibimdən 100 dollarlıq əskinazı menecerə göstərib dedim. Mənim pulum
var. İcazə verin nahar edim. Amma qarşımda duran düdük mənim paltarımı göstərib dedi:
- Bağışlayın, mən sizi bu görkəmdə içəri buraxa bimərəm. Bu o biri qonaqlara qarşı
mədəniyyətsizlik olar.
Mən səsimi qaldırıb dedim:
- Mədəniyyətsizlik olar? Bəs o bar fahişəsinin çılpağ baldırlarını qaldırmağı mədəniyyətsizlik
deyil? Ya o biri masada əyləşən bığlı daydayın əyilib ayaqqabısını silirmiş kimi fahişənin
tumanına baxması mədəniyyətsizlik deyil? Ya o yandakı mavinin geydirmə döşləri
mədəniyyətsizlik deyil? Ya sizin işçilərin pullu daydaylara hesabda atması mədəniyyətsizlik
deyil? Bəlkə menyudakı yeməklərin bəzilərini üzbəüzdəki ucuz kafedən alıb burda baha
satmağnız da mədəniyyətsizlik deyil? Yoxsa burda eşşək kimi içib kişilikdən, namusdan,
qeyrətdən, ana-bacıdan danışan qaqaşların evə gedib analarını söyməsi də mədəniyyətsizlik
deyil?
Düdük, sözsüz ki, mənim danışdıqlarımdan heç nə qanmırdı. Onun qulağının unitazı
çoxdan tutulmuşdu. Heç bir sözün xeyri yox idi. Onda Azad məni kənara çəkdi. Mən bir az əsəbi
idim. Azad dedi:
- Gəl bura vaxtını boş insanlara sərf etmə. Bu dəqiqə nə qədər dostumuzun bizə, bu
sözlərimizə ehtiyacı var. Sən isə qozbellərdən yapışmısan. Bunu bir dəfəlik yadında saxla.
A deyir ki, Çürümüş odundan ocaq olmaz. Cavanların üzərində işləyin. Yüz
əxlaqsızı düz yola gətirməyə sərf edəcəyiniz vaxtda min əxlaqlı da əxlaqsız olacaq.
Mən yenə də mübahisə etmək istədim. Onda Azad mənə BALU və SUTA-nın hekayəsini
danışdı.
"Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir sən cəzalanırsan. Keç
otağına, üç gün bayıra çıxma".
Hekayə bu sözlərlə bitir. Mən heç nə başa düşmürəm. Səbrim tükənir və soruşuram:
- Azad, nə mənasız nağıldı.
Azad deyir:
- Bu nağıl üç günlük nağıldı. Üç gün fikirləş...
3 gün sonra .. Suta üç gün qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta

AWhere stories live. Discover now