Qəribə Gün!!!

405 30 3
                                    

Mən, Aslan, Azad, Araz Episentrin baş zalında dəyirmi masa arxasında oturduq. Aslan


telefonun dəstəyini qaldırıb dedi:


- Biz hazırıq...


Sonra Azad dedi:


- Uşaqlar, bu gün biz hakimiyyəti ələ keçiririk. Anar, sən də kitabı bitirdin. Bu kitab


gözlədiyimizdən də güclü alınıb. Son Peyğəmbərin sonuncu kitabı. Bunun bu qədər hissiyyatlı


və həqiqi olacağına inana bilməzdik. Aslan, sənin də ideoloji çıxışlarınla istədiyimiz kütləni yığa


bildik. Abbasın verdiyi plana əsasən bu gün bizimkilər Milli Məclisi tuturlar. Sonra Prezident


Aparatını. Oradan Gürcüsandakılara xəbər veririk ki, bizdə hər şey hazırdı. Onlarda da hər şey


hazırdı. Siqnalı gözləyirlər. Bundan sonra Araz sənin uşaqların konstitutsiyanı Anarın kitabı ilə


dəyişəcər...


Mən dözməyib onun sözünü kəsdim.


- Bir dəqiqə, bir dəqiqə. Siz nə danışırsız? Bir də başdan başlayın. Nə dövlət çevrilişi, nə


konstitutsiya? Nə danışırsız?


Azad dedi:


- Anar, səndən çox şeyi indiyə kimi gizlədirdik ki, kitabı yaxşı yazasan. Ürəkdən yaza biləsən.


Amma indi sən də bilməlisən. Biz Azərbaycanı dağıdırıq..


Mən dedim:


- Necə yəni?


Azad davam etdi:


- Yadındadır sənin öz kitabında da o hissə var. Sərhədsiz, adsız, bayraqsız, himnsiz bir torpaq.


Amerikanın kəşfi kimi olacaq bu. Biz dünyada ilk qeyri-dövlət yaradırıq. Nə seçkilər var, nə


siyasətçilər, nə viza, nə sərhəd, nə dövlət adı, nə bayraq. Heç biri. Avropanın içində boş bir sahə.


Biz bunu edən kimi Gürcüstan da qoşulur. Sonra Rusiyanın bir hissəsi, sonra Türkiyə, getdikcə


bu boşluq bütün Avropanı tutacaq. Oradan da Asiyanı. Dünya birliyi başa düşürsən? Dünya


birliyi. Ərəb qəbilələri parça-parça qalmışdılar, Məhəmməd Peyğəmbər gəlib onları İslam adı


altında birləşdirdi. İndi də həmin şey. Dünya ilk dəfə olaraq qocalmış deputatların yox, gənclərin


əlində olacaq.


Mən qışqırdım:


- Eyy, özünüzə gəlin! Ağlınızı başınıza yığın. Nə dövlət çevrilişi, nə deputatlar? Biz azad


cəmiyyətik. Azad cəmiyyət olaraq da qalmalıyıq. Dövlətə hücum etmək olar?! Onlar bizi bir


saatın içində məhv edərlər. Bu sizinçün məhkəmə binasını yandırmaq deyil ee. İstəyirsiniz


vətəndaş müharibəsi olsun? Gül kimi təmiz saf uşaqlar idik indi nə olub? Niyə vəhşiləşmişik ki?


Başa düşmürsünüz? Dövlətin o boyda ordusu var, vertolyotlar, tanklar. Elə bilirsiniz ki, bu dəfə


də su maşınları ilə gələcəklər? HOST-a qoşulanlara baxın. Hamısı cavan uşaqlardı, onları tankın


qabağına verək? Biz burada kabinetdə rahat oturaq, onlar da güllələnsin? Sonra da növbə bizə

AWhere stories live. Discover now