Bəzən xilas olmaq üçün məhv etmək lazımdır

417 31 3
                                    

Mən Abbasın nə demək istədiyini indi başa düşdüm. Doğrudan da tarixə baxanda inqilablar


insanlığa ancaq xeyir gətirib. Roma dağıldı - quldarlıq məhv oldu. Kəndlilər üsyan etdi -


feodallar məhv oldu. Xalq birləşdi - monarxiya məhv oldu. Ətrafımızakı yumurtanı sındırmadan


xoşbəxt ola bilmərik.


Azad gələndə məni kənara çəkdi:


- Anar, sənə maraqlı xəbərlərim var. Ayseli tapmışam.


Bu adı eşidəndə içimdən qəribə bir titrəyiş keçdi. AYSEL AYSEL AYSEL. Kaş hamı yox


olaydı. Dünyada tək onunla qalaydım. Adəmlə Həvva kimi. Onun mavi gözlərinə baxaydım.


Ömrümün sonuna kimi onunla qucaqlaşıb dalğaların səsini dinləyəydim. SEVGİ...


Ozon qatından tutmuş molekullara qədər hər şeyin sirri açılmışıdı. Amma sevgi hələ də dünya


üçün ən böyük sirr olaraq qalırdı.


SEVGİ NƏDİR?


Niyə onun adını eşidəndə ürəyim titrəyir? Niyə onu qucaqlamaq istəyirəm? Niyə başqa qızlar


gözümdə yox olur? Niyə mənim özümdən zəif bir varlığa ehtiyacım var? Qızların sevgisini


haradasa başa düşmək olar. Oğlan qızdan güclüdür, qüvvətlidir, onu saxlayır, əzizləyir, qoruyur.


Qızın oğlana ehtiyacı var. Bu qəribə deyil. Amma oğlan nə üçün özündən zəif bir varlığı


qorumaq istəsin ki? Niyə bizdən qat-qat gücsüz bir qızın qarşısında diz çökməyə hazırıq? Necə


olur ki, bir qızı sevirik, o birini yox? Bu nədən asılıdır? Gözəllikdən, xasiyyətdən, ağıldan,


zövqdən, yoxsa hamısı bir yerdə? Bəlkə Allah qadınlara xüsusi bir sehrbazlıq verib və onlar bizi


tilsimləyirlər. Sadəcə bunu özümüzdən gizli saxlayırlar ki, onlara etibarımız itməsin.. Bəlkə


sevgi şeytan əməlidir, o bizi dəliliklər, ağılsız hərəkətlər etməyə vadar edir? Bəlkə də biz


taleyimizlə qarşılaşırıq? Bəlkə sevgi heç yoxdur. Sadəcə o qədər hamı danışıb ki, biz də


inanmışıq ki, doğrudan da belə bir şey var?


Amma nə də olmasa mən Ayselin adını eşidəndə ciyərlərimdə hava donub qalır, ürəyim daha tez


döyünməyə başlayırdı. Buna mən sevgidən başqa ad verə bilmirdim. MƏN AYSELİ


SEVİRDİM!!!


- Heyy, Məcnun, ay kişi, nə oldu sənə fikirə getdin? Eyy...Anar, Anar, kosmosda vəziyyət


necədir? Siz bizi eşidirsiz?


-Hə Azad, Aysel haradadır? Bu dəqiqə gedirəm onu gətirməyə. Yox, özünə gəl. Bu bir az çətin olacaq. Sən Ayseli qaçırandan sonra div bir addım da qızdan


uzaqlaşmır.


- Heç nə olmaz, mən o divə göstərərəm.


- Ay qardaş, mən əlimdən gələn köməyi eləməyə hazıram. Amma bir az səbrli ol. O div sən


girən kollardan deyil. Səni də, Ayseli də bir günün içində yox eləyər. Onu qaçıra bilməzsən.


- Bəs onda niyə deyirsən ki, Ayseli tapmısan?


- Onunla əlaqə saxlaya bilərsən. Aysel indi Divin villasında qalır. Onu heç yana buraxmırlar.


Deyəsən qaçırılma prosesi Ayselin reytinqini qaldırıb.


- Azad, uzatma ürəyim üzüldü. Necə əlaqə saxlaya bilərəm?


- Villaya girmək mümkün deyil. Onu 7-8 cangüdən qoruyur. Ayselin telefonunu da əlindən


alıbar. Amma biz həmin evin xadiməsini tapmışıq. Təmizlik işlərinə baxır. Çox vaxt Ayselin


yanında olur. Həftədə 3 dəfə. Özü Adilgilin qonşusudur. Sən məktub yaza bilərsən. Biz xalaya


demişik o da razılaşıb. Deyir ki, yazıq qıza zülm edirlər. Eşidəndə ki, onun sevgilisisən iki əlli


razı oldu. Sən məktubla əlaqə saxla. Hələ ki, onu çıxara bilməzsən. Amma bir azdan bizim


gücümüz artacaq. Bu biqeyrətlərin hamısının belini qıracağıq. Dünya gənclərin əlindədir. Bir


azdan gənclər də bizim tərəfimizdə olacaq. Onda görəcəyik kimdi güclü.


- Düz deyirsən. Məktubu Adilə verim hə?


- Hə, hə, Adilə ver. O çatdıracaq.


Sonra biz zala keçdik. Uşaqlardan kimsə yenə öz dərdini danışırdı. İşıqlar sönmüşdü. Hamı


diqqətlə dinləyirdi.


"İstəmirdim ki, anam bilsin. Amma məktəbdə məni döyürdülər. Evdə deyirdim ki, yıxılmışam.


Axı desəydim anam məktəbə gələcəkdi. Hamı mənə güləcəkdi həmişəki kimi. Onlar mənim uzun


saçlarımı dolayırdılar. Mənə qızbibi deyirdilər".
A bir çox əlifbaların ilk hərfidir. Finikiya mənşəlidir. Piramidanın rəmzidir. Xristianlıqda


müqəddəs üçlüyü bildirir. A Pentaqrammda (İnsan və kainatın rəmzi olan - çevrədə beş


güşəli ulduz ) hər bir güşədə oxunur. Rəqəmsal anlamı "1", potensial enerjidən


aktuallaşmaya keçiddir. Xristian teologiyasında İsanın beş yarasının göstəricisidir.


Yunanlarda Alfa hər şeyin başlanğıcı mənasındadır. Slavyanlarda A əlifbanın ilk hərfi


olub "Mən"-i bildirir. Hinduların inancına görə "Aom " kəlməsi dünyanın yaranmasına


səbəb olub.


Lomonosova görə A məkanın sonsuzluğudur. Əlkimyada A hər bir şeyin əvvəlidir. Dəmiri


qızıla çevirir. Kainatın varlığıdır.


A - Eqonun simvoludur.

ADonde viven las historias. Descúbrelo ahora