MƏKTUB

514 25 8
                                    

Salam Aysel, heç bilmirəm necə başlayım. Bu mənəm Anar. İnanırsan, qələmi götürənə qədər


çox şey yazmaq istəyirdim, amma indi hər şey yadımdan çıxıb. İnana bilmirəm ki, səni


tapmışam. Yadındadır, səninlə yolda fərqli cəmiyyətdən danışırdıq. Bilmirəm necə oldu, amma


mən elə bir yerə düşmüşəm ki, burada hamı tam biz istəyən kimidir. Heç kəs heç kəsdən sirr


saxlamır. Hamı fərqlidir. Amma birlikdə hamı bərabərdir. Burda cəmiyyətin ədalətsizliklərinə


qarşı mübarizə aparacağıq. Kapitalizmin, demokratiyanın səhvlərini aradan qaldıracağıq. Bilirsən


biz təkcə öz ölkəmizi yox, bütün dünyanı birləşdirmək istəyirik. İnsanları nə irqinə, nə dilinə, nə


də millətinə görə bölürük. Hər kəs insandır. Kommunistlərdən fərqimiz isə ondadır ki, biz Allaha
inanırıq. Fərqi yoxdur hansı dinə mənsubdur. Əgər kimsə Allahın varlığına inanırsa bu bizim


üçün bəsdir. Bir də hər kəsin fərqli olduğunu qəbul edirik. Burda mənasız insanlar yoxdu. Heç


kəs maddi şeylərin dalınca qaçmır. Biz nə bahalı geyim istəyirik, nə də ki qır-qızıl. Bizim


fikrimizcə dünyanın ən mənasız addımı qızılı qiymətli hesab etməsində olub. Ətrafımızda


gənclər çoxalır. Dünyanı əxlaqsızlıq və cinayətlərdən xilas etmək istəyirik. Bizim başçımız var.


Amma onu hələ görməmişəm. Elə bir insandır ki, heç kəs onun qarşısını ala bilməz. Onun böyük


planı var. Amma heç kəs bilmir bu plan nədən ibarətdir. Cəmiyyət özünü HOST adlandırır. Hava


Od Su Torpaq. Bunun dərin mənaları var. Bir məktubda yazmaq olmaz. Məqsəd köhnə sistemi


tamam dağıdıb yerinə sistemsizlik gətirməkdir. Tam Azadlıq. Sərhədlər yox, dillər yox. Biz hər


kəsi bərabər edə bilməyəcəyik. Bu utopiyadır. 6 milyard insanı bərabər etmək olmaz. Lap pulu


bərabər bölsək də, hüquqları bərabər bölsək də heç vaxt gözəl ilə çirkini bərabər edə


bilməyəcəyik. Sosializmin ağılsız səhvi bunda idi. Heç vaxt gözəl ilə çirkin, uzun boy ilə qısa


boylu, kök ilə arıq bərabər ola bilməz. Biz deyə bilmərik ki, hər kəsin gözü qara rəngdə


olmalıdır. Kimsə yaşıl gözlə doğulubsa qaraya dəyişsin. Başqalarından gözəl olmasın.


Mənzərəni dəyişə bilməyəndə ona başqa cür baxmağa başlayırsan. Biz beyinləri


dəyişəcəyik. Biz düşüncəni dəyişəcəyik. Günəş üçün fərqi yoxdu kim varlıdır kim kasıb. O


hər kəsə eyni qədər işıq verir. Hava Od Su Torpaq da bu deməkdir. Onlar qədər fərqli bərabər.


Bir-birini təkrarlamayan, sadəcə tamamlayan və heç biri digərindən üstün olmayan fərqli, amma


bərabər ünsürlər. Evdə də məni bir az danladılar. Amma indi hər şey yaxşıdır. Yəqin başa


düşdün ki türmədən qaça bilmişəm. Bu da çox qəribə bir əhvalatdır. Eeee mən nə yazıram,


Aysel, sevirəm səni, sevirəm səni, çoxx, çox, çox sevirəm. Dayana bilmirəm sənsiz. Balaca, çox

AWhere stories live. Discover now