Azad Gürcüstanda Çingizlə qaldı. Arazla biz qatara minib Bakıya qayıtdıq. Vağzalda Aslan
bizi qarşıladı. Amma rəngi tamam qaçmışdı. Elə bil ki, nə isə baş vermişdi. Bizə baxıb dedi:
- Uşaqlar, Abbası tutublar!
Qulaqlarıma inana bilmədim:
- Necə yəni tutublar? Kim tutub?
Aslan dedi:
- Siz Gürcüstana gedən gün Abbası tutdular. Polislər onu mağazanı yandıran yerdə apardı.
Əslində adam çox idi. Amma başda Abbas durmuşdu. Onlar da onu seçə bilmişdilər. 2 gündür
türmədədir. Sabah məhkəmədir. Hər şey sabah bilinəcək. Ya azadlıq, ya 10 illik həbs.
Araz dedi:
- Yaxşı gedəy Episentrə hamıya yayaq.
Aslan qışqırdı:
- Dəlisən? Necə hamıya yayaq? Hamıya desək kütlənin qarşısını almaq mümkün olmayacaq.
Onlar məhkəməyə hücum edərlər. Özün bilirsən ki, Abbası nə qədər adam sevir. Onlar öz
həyatlarından keçərlər ki, ona heç nə olmasın. Hücum edərlər.
Araz dedi:
- Hücum etsinlər də! Gör nə qədər tərəfdarımız var. Bu xəbər yayılsa sabaha məhkəmənin
qarşısına bir milyon adam gələr. Xalqın təzyiqi ilə onu buraxarlar..
Aslan dedi:
- Amma dövlət də var, yadından çıxarma. Onun ordusunun qarşısında bizim qara köynəklilər
heç nədir. İstəyirsən ki, bizi məhv etsinlər? Həm də bəlkə Abbası buraxdılar. Onlar da ağılsız
deyil. İstəməzlər ki, xalqın bu qədər inandığı insanı tutmaqla özlərinə olan etibarı itirsinlər.
Gəlin gedək Episentrə orada özümüz müzakirə edək. Bəlkə vəkil tutaq? Gəlin. Tez. Oturun
maşına. Görək A nə deyir?
Episentrə çatanda uzun dəhlizlə A-nın otağına yollanırdıq. Otağın qarşısında digər uşaqlar
növbəyə düzülmüşdülər. Biz gözətçidən soruşduq ki, niyə bu uşaqlar buradadır. Dedi A
seçilmiş uşaqları bir-bir yanına çağırıb. Onlarla nə isə danışır. Hansısa bir işi tapşırır. Otaqdan
çıxanların hamısı halsız vəziyyətdə qırağa çəkilirdilər. Bəzilərinin ürəyi bulanırdı. Bəziləri
huşunu itirirdi. Deməli mənim də huşumu itirməyim A ilə görüşə görə olmuşdu. Yəqin nə isə
var idi. Natamam kitabımın vərəqləri az qala çantamdan töküləcəkdi. Birdən arxadan kimsə
onları tutub saxladı. Mən dönəndə Ayseli gördüm. O mənə baxıb dedi:
- Ehtiyatlı ol.
Mən də ona baxıb nə deyəcəyimi bilmədim. Son həftələr onu demək olar ki, görmürdüm.
İndi isə biz üz- üzə gəlmişdik.
- Hə, çox saq ol. Az qala tökülmüşdü...
Aysel mənə yenə tərs-tərs baxıb dedi: