Misirdə hamı FİRONUN yaradıcı olduğuna inanırdı. Onlara deyilirdi ki, hamı həyatına görə
Firona borcludur. Hindlilərin allahı inəkdir. Onlar inəyə borcludurlar. Ona görə inək istədiyi
vaxt istədiyi dükana girib oranı dağıdıb tökür. Sonra xoşladığı meyvələrdən dişləyib
çıxmamış dükanın içində qəşəngcə batırır da. Gedəndən sonra isə dükanın yiyəsi pərt olmaq
əvəzinə yerdəki peyinə baxıb sevinir ki, bu da müqəddəs allahın hədiyyəsidir. Daha bilmirəm
yeyir onu ya yox, amma yüz faiz sevinir. Ya millətçilər, əsgərlər, onlar vətənə borcludurlar.
Ona görə ölməyə hazırdılar. Ona görə də özləri uzaq dağların başında hansısa siyası
maraqlara görə qanlarını tökəndə arvadları qonşuluqdakı kişilərlə yatır. Vətəndaşlar dövlətə
borcludurlar. Ona görə hər dəfə vergi verməlidirlər. Hətta öz evinin damında Günəş
batareyası qoyub elektriki özün istehsal edib dövlətin işığını işlətməsən də ona görə səndən
vergi alacaqlar. Çünki sən onların günəşindən işıq götürürsən. Görürsünüz biz həyata nə
qədər borcla gəlirik?
Amma izahlı lüğətdə BORC sözü belə izah olunur.
"Kimdənsə xahiş olunub alınan və vaxtında qaytarılacağı haqda söz verilən bir mal".
İndi gəlin baxaq - biz doğulanda kimdənsə xahiş etmişik? Mənim yadıma gəlmir. Yoxsa biz
doğulanda demişik ki, bizi saxlayın, biz də sizə borcumuzu qaytaracağıq? Yox. Elə bir şey
olmayıb. Qaytarılması danışılmayan bir şey isə hədiyyədir. Hədiyyə bizə məxsusdur. O bizi heç
kimdən asılı etmir. Hədiyyəni biz qaytarmaq məcburiyyətində deyilik.
Təsəvvür edin ki, kimsə sizə bir hədiyyə verir. Bir il sonra onu geri istəyir. Siz o adama
necə baxarsız? Mən deyərəm ki, gicdi yəqin.
Indi də elədir. Hamı bizə nə isə verir və bizi borclu çıxarır. Amma mən deyirəm. BİZ HEÇ
KİMƏ BORCLU DEYİLİK, ÇÜNKİ HEÇ KİMDƏN BORC İSTƏMƏMİŞİK.
Həyatımızı necə istəyiriksə elə də yaşayaq. Heç bir kontrakt yoxdu. Hətta ən qeyri-demokratik
məhkəmə belə bizi cəzalandıra bilməz. Çünki hər bir "sənə filan şey veriblər" cümləsinə
cavabınız var -"verməzdilər, xahiş eləməmişdim".
Çox bu mövzunu çürütmək istəmirəm. Onsuz da hərə öz fikrində qalacaq. Sadəcə mən demək
istəyirəm ki, məni borclu çıxartmasaydılar həyatımda daha çox risq edib daha çox şey qazana
bilərdim.
Qərargah gizli yer idi. Qapısında nə bir yazı vardı, nə bir işarə. Uşaqlar çalışırdılar ki, diqqət cəlb
etməsinlər. Mən qapını döydüm, az sonra bir oğlan qapını açdı. Məni süzüb dedi:
- Sən təzə gələnsən? Keç içəri.
Qərargahda bu dəfə adam az idi. Otaqları bir-bir gəzib Azadı axtardım. Kinozaldan Aslan məni