Türmə və "A" nın dostu

778 41 4
                                    

Heç dəqiq bilmirdim hansı türməyə salmışdılar. Ora çatanda artıq gecə düşmüşdü.
Hər halda dəmir türmə mənəvi türmədən yaxşı idi. Özümü barmaqlıqlar arasında
çox rahat hiss edirdim.
Türmədə qəribə bir şey var. İçrədi də heç kəs özünü günahkar saymır. Hərənin
etdiyi cinayətə görə bir bəhanəsi var. Onlar haqsız olaraq saxlanıldıqlarına
inanırlar, polislərdən də zəhlələri gedir.
Mənimsə polislərlə işim yox idi. Gündəliyimi doldururdum. Buradakı boş
vaxtımdan səmərəli istifadə edə bilərdim. Türmə dünyaya çox böyük şəxsiyyətlər
verib. Elə Adolf Hitleri götürək. O ən məhşur əsərlərdən biri olan “Mayn Kampf“ı
türmədə yazıb. Bundan sonra demək olar ki, bütün dünyanı dəyişib. Bəlkə mən də
burada nə isə kəşf edə bildim. Yanımda bir oğlan da vardı. Üz-gözündən heç
cinayətkara oxşamırdı. Bütün günü kitab oxuyur, arada qəhqəhə çəkib gülür, arada
isə deyirdi - “bilirdim ki , belə olacaq. He-he”.
Adı Azad idi. İlk günlər o qədər də danışmasaq getdikcə söhbətimiz çoxalırdı. O da
bura birinci dəfə düşmüşdü. Onu da haqsız olaraq salmışdılar. Küçədə üstünə
düşən bir sərxoşu döydüyünə görə bura düşmüşdü. O mənim problemimi
soruşanda mən də öz hekayəmi danışdım.
Azad soruşdu:
- Sən də bezmisən hər şeydən?
Başımla təsdiqlədim.O sakitcə danışmağa başladı:
- Bilirsən , sistem özü lap əvvəldən səhv qurulub. Bax, yadına sal Babili.
İnsanlar bir gün uca bir bina tikmək qərarına gəlirlər. Bina ucaldıqca onlar
onu daha da uca etmək , Allaha çatmaq istəyirlər.Bütün xalq bu işə qoşulur.
Bəs Allah nə edir? Binalarını uçurur, özlərini də cəzalandırır - ayrı –ayrı
millətlərə bölüb dillərini dəyişir ki, bir də Allahdan uca olmaq fikrinə
gəlməsinlər. Ya da Misirlilər, adi insanları Allahlaşdırırdılar. Və yaxud inkivizisiya dövrü , xristianlıq sxolastikası. Alimləri edam edib, həkimləri
cadügər adlandırırdılar. Birinci dünya müharibəsi , ikinci dünya müharibəsi.
Bunların hansı doğru olub? Hansı ədalətli və düzgün olub? Heç biri. Amma
fikir ver o dövrdəki insanların hamısı doğru yolda olduqlaını düşünürdülər.
Necə ki , biz indi doğru yolda olduğumuzu düşünürük. O zaman da insanlar
çoxluğun etdiyini edir, böyük dövlətlərin yolunu gedirdilər. Biz də elə.
Müasirlik, inkişaf. Amma deyəsən dəmirlər insanlardan daha tez inkişaf edir.
Əvvəl zəif avtomobillər tez sınırdı. İndi daha davamlı , müvazinətini saxlayan
avtomobillər düzəldirlər. Amma insanlar hələ də yollarını azır. Raketlər
kosmosu kəşf edir, Aya uçur, yeni planetlərlə tanış olur. Amma insanlar öz
qapı qonşularıdan ulduzlar qədər uzaqdırlar. Telefonlar artıq məftilsizdir və
istənilən yerdən danışmaq olur. Amma danışılan yenə də qiybət, yalan və
yaltaqlıqdır.
Azadın fikirləri mənim fikirlərimlə üst-üstə düşürdü.
Bir gün soruşdum:
- Sən bu fikirləri hardan deyirsən? Sənə bunları kim danışır?
Azad cavab verdi:
-Mən tək deyiləm. Mənə bunları “A” danışıb. A Başqalarına da maraqlı həqiqətlər
açırdı. Sonra biz hamımız birləşdik. İndi biz birlikdə bütün bu sualların cavabını,
bütün bu tələlərdən çıxış yolunu axtarırıq. Əgər istəsən burdan çıxan kimi səni A
ilə tanış edərəm. Özün onunla danışarsan. O mənim dostumdur.
- İstəyərdim. Amma deyəsən burda hələ çox qalacağıq.
- Yox, bu günlərdə buradan çıxırıq. A artıq hər şeyi fikirləşib.Bax, o biri
kameradakı namaz qılan oğlanı görürsən?
- Hə, nədir ki?
- O da bizim qrupdandır. Aslan. Biz onunla eyni vaxtda bura düşdük. Mən sərxoşu
vuranda o da yanımda idi. Həmin gün A adamlarını göndərdi. Onlar da Aslana
səccadə verdilər ki, namazlarını rahat qılsın. O gündən Aslan namaz qılır.
Mən başa düşmədim:
- Nə olsun ki namaz qılır? Burdan çıxmağa nə dəxli var?
- Aslan mənim uşaqlıq dostumdur.Mən hələ onun namaz qılmağını görməmişəm.
İndi isə özün görürsən bütün günü səccadənin üstündən qalxmır. Məncə burda nə
isə bir iş var. Yüz faiz nə isə bir iş var.
Mən Azadın bu şübhələrinə o qədər fikir vermədim. Hər halda Aslan namaz
qılmaqla nə edəcəkdi? Mələkləri bölməyə tökən deyil ki. Amma Azada dedim ki,
çıxanda onlarla getmək istəyərəm.
Yenə Dünyanın haqsızlıqlarından danışırdıq.O da hər dəfə danışanda misal gətiridi.
A belə deyir, A elə deyir, A deyir ki əslində, A-nın dediyinə görə... bu mənə çox
qəribə gəlirdi. Nə demək idi A? Niyə A? Bu sualları içimdə düşünürdüm.
Son söhbətimiz mənəvi inkişafın təzadlarından idi.Azad deyirdi ki
- İzahlı lüğətlərdə bir dəfə sifətlər, insani keyfiyyətlər bölməsinə bax. Bütün
sifətləri bir yerə yaz. Sonra köhnə bir lüğətə bax, paxıl , utancaq, yazıq, pis, acgöz
sözlərini keçmiş lüğətlərdə axtar. Görəcəksən ki, bu sözlər 5 əsr əvvəl də olub,
5000 il əvvəl də olub. Deməli bu xüsusiyyətlər insanlarda hər zaman olub. Keçmiş lüğətlərdə elə bir insan xasiyyəti yoxdur ki, sonradan arxaikləşsin. Yəni ki
gündəlik həyatda işlənməyib köhnəlsin. Əgər bütün o sözlər işlənirsə deməli hələ
də insanlarda o xüsusiyyətlər, pis xasiyyətlər var. Köhnələn sözlər isə sadəcə
alətlər, rütbələr və ölkə adlarıdır. Belə çıxır ki, əsrlər boyu dəyişən yalnız formadır.
Mahiyyət isə dəyişmir. 21-ci əsr isə artıq boş formanı qırarağa tullayıb mahiyyəti
dəyişmək əsridir. Biz bunu etmək istəyirik.
Onun danışdıqları mənə çox maraqlı gəlirdi. Söhbətimizin ən şirin yerində
dedilər ki, yanıma gələn var. Həmin klip çəkən rejissor idi, yanında da paqonlu bir
yekəpər durmuşdu. Rejissor barmağı ilə məni göstərib dedi:
-De budu xanımınızı qaçıran.
Paqonlu pəzəvəng mənə baxdı:
- Gədə, çox böyük zibilə düşmüsən. Səni sabahdan aparırıq öz bölməmizə. Başına
oyun açacam sənin.
Sonra Pəzəvəng gözətçilərə nə isə dedi, onlar cəsarət eləyib kişinin üzünə də baxa
bilmirdilər. Deyəsən çox samballı adam idi. Paqonlardan da başım çıxmır ki, bilim
kimdi, nəçidi.
Onlar gedəndən sonra bir müddət özümə gələ bilmədim. Sabah məni aparıb nə
istəsələr edə bilərdilər. Təzəcə həyata həvəsim yaranan vaxt ölmək istəmirdim.
Bilirəm bu alçaqların işini adamı döyüb döyüb öldürərlər, adını da qoyarlar ki,
yemək yeməyə gedəndə pilləkəndən yıxılıb. Çox təəssüf ki, paqonlar nə dövlətin
qanunlarına əməl edir, nə də ki Allahın. Çox qorxmuşdum. Azad da məni
sakitləşdirirdi ki, başını qoy yat, hər şey düzələr. Elə xəyalımda məni necə
çırpacaqlarını təsəvvür edə-edə yuxuya getdim.
Gecə saat dörd olardı. Birdən qapı açıldı. Azad da, mən də yerimizdən dik
atıldıq. Aslan idi, əlində səccadəsi, qapının ağzında durmuşdu. Bizə sakitcə
yaxınlaşıb dedi:
- Durun, qaçmaq vaxtıdır.
Biz də yarı ayıq yarı yuxulu onunla getdik.
Gözətçilər daş kimi yatırdı. Aslan onların açarını götürüb dəhlizlə sağ tərəfə getdi.
Oradan da pilləkənlə aşağı endik. Zirzəmidə xüsusi bir çıxış yolu vardı. Aslan ora
kecib bizi də çağırdı. İçəridə polis paltarları hazır qoyulmuşdu. Biz geyindik. Sonra
yenidən dəhlizə çıxıb başqa bir yolla getdik. Beşcə dəqiqəyə polis maşınında
türmənin hasarlarını adlamışdıq. Bir az sonra maşını qaranlıq küçələrdən birində
saxlayıb piyada getdik. Bakının mərkəzindəki binaların birində bizi artıq
gözləyirdilər. Mənzilə daxil olduq. İçəridə iki oğlan vardı. Azad bizi tanış etdi:
- Tanış olun – bu, Anardı. Biz onunla türmədə bir yerdə qalırdıq. O da bizdən
biridir. Anar, bunlar isə Araz və Aydındır - bizim yaxın dostlarımız.
Sonra Azad üzünü Aslana tutub dedi:
- İndi isə danış görəy. Bunu necə etdin? Vallah nə qədər fikirləşirəmsə ağlıma
gəlmir. Bütün günü səccadədə oturmaqla belə plan qurmaq olar? Tez danış.
Aslan gülümsəyib dedi:
- Bəs bir həftədir mən səccadəyə baxıram. Heç fikirləşmədin ki, A niyə mənə
səccadə göndərib? Onun naxışlarına diqqətlə bax.
Biz səccadəyə baxdıq, qeyri-adi heç nə yox idi. Naxışlar, xəttlər .. Duruxduğumuzu görən Aslan dedi:
- Baxın burada sağdan sola əksinə yazılar yazılıb. İlk baxışdan naxışa bənzəyir.
Diqqətlə baxın. Sağdan sola, aşağıdan yuxarı.
“ Sabah sənə su gətirəcəklər, onu içmə. Gözətçilərdən gizli qıfılın üstünə tök. Bu
kimyəvi məhlul 3 günə qıfılı çürüdəcək. Cümə günü gözətçilərin yeməyinə dərman
qatırıq oyanmayacaqlar.Onda qıfılı qır. Bu xətlər türmənin sxemidir. Arasındakı
çiçəklər isə doğru yoldur. İlk yaşıl çiçəkdə paltarlar qoymuşuq. İkinci yaşıl çiçəkdə
maşın var. Qalanı da aydındır”.
Bizə isə bu səccadəyə heyrətlə baxmaqdan başqa heç nə qalmırdı. Aslan dedi:
- Gördünüz, həyatda belə şeylər də olur. He-he.
Azad dedi:
- Hə.. Bəs bizə niyə demədin? Ürəyimiz partlayırdı. Axırıncı gün o yekəpərin
hədələrindən sonra Anar lap dəli olmuşdu.
-Yox , sizə deyə bilməzdim. Eşidə bilərdilər. Nəzəri cəlb etmək olmazdı. Amma
qulağım sizdə idi. Danışdıqlarınızı eşidirdim. Anar, sən çox cəsarətlisən. Qız
günahkar olmasın deyə hər şeyi öz üzərinə götürdün.
Mən başımla yavaşca təşəkkürümü bildirdim. Sonra Azad dedi:
- Hə, Anar yaxşı oğlandı. Uşaqlar siz danışın görək. Bir həftədə təzə nə isə olub?
Bayaqdan sakitcə qulaq asan Aydın dedi:
- Hə qardaşlar. Biz Qərargahı ala bilmişik.
Bunu eşidən Aslan da, Azad da sevinclərini saxlaya bilmədilər.
“Əla!” , “Ola bilməz?!” , “Əla!”, ”Şükür Allaha!”
Mən nədən söhbət getdiyini bilmirdim amma haranısa almışdılar. Sonra Aydın nə
isə danışmağa başladı. Belə məlum oldu ki, səhəri gün biz hamımız ora gedə
biləcəyik.
Insanlar da Ağaclar kimidir. Onlar nə qədər yüksəklərə, işığa doğru can
atırlarsa kökləri bir o qədər yerə, aşağı, qaranlıq və dərinliyə enir.
(“Zərdüşt belə deyirdi”-Nitşe)

AWhere stories live. Discover now