...

794 44 13
                                    

Amma uzaqdan gələn səs bu möcüzəni pozdu.

“EEEyyy, eeyyy. Neyləyirsən? Bu o deyil. Aysel, bu o deyil!” Bu sözləri

eşidəndə şahzadə geri çəkilib təəccüblə mənə baxdı. Mən də donub qalmışdım.

Sonra soldakı dağın başına baxdı. Orada dörd kişi vardı. Qabaqlarında da ştativ,

kamera və s.

Onlardan biri yenə bağırdı.

-Aysel, neyləyirsən sən? Demədik ki, oğlan ağ atda gələcək? Sən nə edirsən?

Şahzadə bir də mənə baxdı, sonra atıma baxıb qışqırdı.

-Bəs hanı oğlan? Niyə gəlmir? Bu kimdi bəs?

Dörd kişidən ikisi bizə yaxınlaşdı. Mən heç nə başa düşə bilmirdim.

- Ay qız, nə bilim bu kimdi. Çobandı nədi. Hər halda bizim oğlan deyil. Hər

gördüyünü öpməlisən?

Şahzadə dedi:

- Nə bilim eee, dediniz ki, oğlan gələcək mən də onu öpməliyəm. Nə bilim

bu deyil? Heç qoydunuz ki, aktyorlarla tanış olum.

Kişi dedi:

- Vaxt yoxdu hamınızı tanış etməyə. Əhh. Bir klip çəkiriy. Başımıza oyun

açılır. Əhh, axırncı işimdi mənim. Oğlan qalıb dee o təpənin başında. Atı sürə

bilmir gic oğlu gic.

Bu sözləri deyib üzünü mənə tutdu.

- Bəs sən kimsən ?

Bilmədim heç nə deyim. Deyəsən çox pis vəziyyətdəydim.

- Mən Bakıdan gəlmişəm. Səyahət eləyirəm.

Kişi üzünü turşudub dedi:

-Bakıdan gəlib. Əhh. Bəyəm Bakıda hamı tanımadığı qızı basıb öpür?

Xəstəsən nəsən? Görmürsən burda çəkiliş gedir? Bakıdan gəlib.. Buna bax..

-Mən.. ıı..- deyəsi sözüm yox idi. Onda qız dedi:

-Yox, onun günahı yoxdu. Mən onu öpdüm. Həm də özüm bilərəm.

İstəyirəm öpürəm. Sizin aktyor gecikib. Siz onun dərdini çəkin.

Kişi ikimizə də baxıb dedi:

- Yaxşı, yaxşı o biri hissəni çəkək hələlik. İşıq qaçır. Sən də zəhmət olmasa

çıx meydançadan.

Mən kənara çəkildim. Amma getmək fikirim yox idi. Şahzadə ya Aysel,

fərqi yoxdu. Mən həyatımın mənasını tapmışdım. Möcüzə ya reallıq... Amma nə

isə baş vermişdi. Mən təsadüflərə inanmırdım. Bu qədər gözəl və qeyri-adi təsadüf

ola bilməzdi. Gözümü qıza zilləyib qıraqdan baxırdım. Operator da yanımdaydı. O

gülümsəyib dedi:

- Çaşıb vurulub eləyərsən haa, özünü zibilə salma, bu qızı bilirsən kim

saxlayır? Mən fikirləşmədən cavab verdim:

AWhere stories live. Discover now