Bu əxlaqsız sənət lap qədimlərdən qalıb. Hindlilərdə, Babildə, ermənilərdə, eskimoslarda
və digər xalqların tarixi yazılarında fahişəlik qürurla vurğulanırdı. O dövrlərdə bu xalqlar xüsusi
məbədlərdə əxlaqsız qadınları saxlayırdılar. Həmin qadınlar ölkəyə gələn səyahətçilərlə yatırdı.
Bu adət həmin ölkədəki qonaqpərvərliyin göstəricisi idi. Misirdə fahişəlik ən müqəddəs
peşələrdən biri olub. Hətta Misir Fironu Xeopsun ehramı onun qızının fahişəlikdən qazandığı
pullarla tikilib. Fironun qızı ehrama qoyulan hər daşa görə quldarlarla bir dəfə yatırmış.
Yəhudilərdə istənilən ata aldığı borc əvəzinə öz qızını bir müddətlik başqa kişilərə sata bilərdi.
Qədimdən gələn bu ənənələr isə yalnız MUSA peyğəmbərin vaxtında qadağan olundu.
"Yer ləkə və çirkabla dolmasın deyə, qızlarını satma " (K. Levit. XIX)
BMT nin bu günkü hesabatına görə isə dünyada 9.000.000 qadın fahişədir.
Abbas bir axşam iclasda dedi: Uşaqlar, A artıq bir neçə dəfə hücuma keçib. Burada gizli heç nə qalmasın deyə deyirəm.
Mən özüm də daxil olmaqla beş altı nəfər bir neçə dəfə hücum etmişik. İndi isə bu işi bir az
genişləndirmək lazımdır. Boş-boş məsləhətlərlə, gic-gic tərbiyəvi verilişlərlə, həftədə bir dəfə
məsciddə, kilsədə xütbələrlə dünyanı xilas etmək olmaz. Biz onları onların silahı ilə
öldürməliyik. Cəmiyyətin birinci ən böyük problemi ailədir. Aslan sizə bu haqda danışmaq
istəyir.
Aslan əlindəki kağızı qırağa qoyub sözə keçdi:
- Xahiş edirəm kimin ailəsində hər şey yaxşıdırsa əlini qaldırsın. Ya da kim ailədə hər
kəsin xoşbəxt olduğunu bilirsə əlini qaldırsın. Hmm. Mən elə də bilirdim ki, heç kim xoşbəxt
ailədə yaşamır. Bilirsiniz niyə? Çünki xoşbəxt ailə qalmayıb. Xoşbəxt ailələr indi ancaq diş
pastası reklamlarında olur. Əslində isə hər şey acınacaqlıdır. Statistikaya görə Azərbaycan
kişilərinin 70 faizi arvadına xəyanət edir. Dünyadan isə heç danışmağa da dəyməz. Bəs niyə belə
olur? Niyə ailələr dağılır? Əgər iki nəfər bir-birini sevib evlənirsə niyə ortaya xəyanət çıxır. Niyə
kişi öz halal arvadı ilə olmaqdansa gedib pul verib başqa qadınlarla əlaqədə olur? Çox adi bir
məntiqlə indi izah edəcəm. Əgər bu xəstəlikdirsə deməli bunun səbəbləri var. Qayıdırıq kişilərin
cavanlıq illərinə - Hər cavan oğlan çox qəribə bir adət ənənə olan bazlığa getməlidir. Bu onu kişi
edir, bu onun artıq böyümüş sayılması deməkdir. Hər bir gənc bu yoldan keçməlidir. Bu kefdir
ki? Bundan yaxşı nə ola bilər? Qırxca manata qadın sənin olur. Heç evlənmək də lazım deyil.
Amma burda çürük bir məntiq var, oğlanın cinsi əlaqəsi kişilik, qızın cinsi əlaqəsi isə əxlaqsız
sayılır. Niyə bu belədir? Niyə biz bir dəfə də olsun başqası ilə olmuş qızla evlənmək istəmərik?