Biz sonun əvvəliyik.
Bizim tərbiyəmiz bizə qarşı qoyuldu.
Bizim arzularımız bizə düşmən edildi.
Bizim azadlığımız bizim zəncirlərimizə çevrildi.
Bizim adımız qorxu ilə çəkilib nifrətlə unudulacaq.
Biz özümüzdən sonra heç nə qoymayacağıq.
Biz tikməyə yox, sökməyə gəldik.
Bizə bağışlanma yoxdur, deməli biz azadıq.
Qəşəng oğlan, deyəsən bu gecə əylənmək istəyirsən? Mən necəyəm, xoşuna gəlirəm?
- Hə, pis deyilsən. 150 bəs edər?
- Hələ artıqlaması ilə, hara gedirik?
- Mənim evim var, indi boşdur. Otur maşına...
Biz çölün ortasında gözləyirdik. 10 dəqiqəyə Araz maşınla gəldi. Arxa qapını açıb fahişəni yerə
tulladı. Biz onun yanına çatdıq. Fahişəyə heç nə deməyə ehtiyac yox idi. O özü bilirdi ki, nəyə
görə onu döyəcəklər. Azad bircə cümlə dedi:
- Cındır, sənə görə neçə ailə dağılıb hə? Neçə qıza xəyanət olunub? Bax o qədər də dişin bu gün
sınacaq.
Uşaqlar onu vururdular. Mən vura bilmirdim. Ürəyim gəlmirdi bəlkə. Bilirdim ki, zibildir,
fahişədir. Amma əlim gəlmirdi. Uşaqlar isə bütün acıqlarını ondan çxırdılar. O vaxta kimi başqa
maşında Adil qız gətirmişdi. Onu da maşından yıxıb vurmaq istəyəndə o qaçdı, mən onun
saçından yapışıb yerə çırpdım. İlk dəfə idi fahişəyə əlim dəyirdi. Mən indi başa düşdüm ki, bu
doğrudan da insan deyil. O nəslimi söyməyə başladı. Mən də təpiyi ağzının üstündən ilişdirdim.
Onu öskürək tutdu. Nəfəsindən spirt və nikotin iyi gəlirdi. Yarı çılpaq bədəninə zərbələr
endirirdik. Uşaqlar onu da əhatə etmişdilər. Mən o biri fahişəyə yaxınlaşdım. Onun sağ
yanağında qırmızı yanıqla “A” yazılmışdı. O bizə baxırdı. Amma qara kapüşonda
olduğumuzdan üzümüzü seçə bilməzdi. Biz onlara dərs verirdik. Onlar bir də çətin bu işlə
məşğul olsunlar. Amma bizim dayanmaq fikrimiz yox idi. Böyük təmizləmə başlamışdı. Və A-
nın planları həyata keçirdi. Həmin gecə biz səhərə kimi 7 fahişəni möhürlədik. Kimsə deyə bilər
ki, onlar da insandır. Nə olsun fahişədirlər, onunların da öz hissləri, öz arzuları var. Bəlkə də içdə
yaxşı insandırlar. O adamlara demək lazımdır ki, onda türmələrdəki manyakları da azadlığa
buraxın da, onlar da insandır. Arzuları, hissləri var!
Bizim üçün zaman donub.
Biz günahlarınızın cəzasıyıq.
Bizi cinayətkar adlandıracaqsınız, amma biz sadəcə özümüzü axtarırıq.
Sizi insanlar adlandırırdıq.
Amma siz sadəcə insancıqlığınızı gizlədirdiniz.
Həmin həftə bu işi bir az da peşəkarlaşdırdıq. Artıq avtomobili fahişəxanadan bir az uzaqda
saxlayırıq ki, heç kəs maşının nömrəsini görə bilməsin. Çalışırdıq ki, bir gecədə
möhürləyəcəyimiz fahişələrin hamısı eyni yerdən olsun. Əgər bir gecədə bir neçə pritona getsəydik onda xəbər tez yayılardı amma təsiri az olardı. Bu dəfə biz bir avtomobildə 4 qız
gətirirdik. Deyirdik ki, evdə ad günüdür dostlarımızın yanına aparırıq. Avtomobilin nömrəsinin
üzərinə isə xüsusi zərli məhlul tökmüşdük. Adi gözlə heç nə görünmürdü. Amma nömrələrin
yanına ultrafiolet rəngli kiçik lampalar qoymuşduq. O lampa yananda zərlər parıldayır və
nömrədəki rəqəmləri seçmək olmurdu. Bu çox effektli üsul idi. Lampa o qədər kiçik idi ki,
polislər onu nömrənin qırağında görə bilmirdilər. İşığı yandırmaq üçün düymə isə sükanın
yanında yerləşirdi. Görəndə ki, polis gəlir tez o işığı söndürürdük. Polisin heç xəbəri də olmurdu
ki, bizdə belə bir şey var. Əsas odur ki, fahişələr maşının nömrəsini görməsinlər. Bundan başqa
Abbas xüsusi bir məhlul vermişdi. Bu məhlul kiçik iynələrin ucuna sürtülürdü. Kimə batsaydı
həmin adam on dəqiqəlik tərpənə bilmirdi. Fahişələrin üzünü yandıranda biz bundan istifadə
edirdik. Onların iniltisi bütün aləmi bürüyürdü. Yanmış insan ətinin iyi qədər iyrənc bəlkə heç
bir şey ola biləməzdi. Amma mənə bu ləzzət eləyirdi. 10-ca günün içində biz bəlkə 100-dən çox
fahişəni eybəcər günə salıb cəzalandırmışdıq. Onları bu sifətlə heç bir kişi götürməzdi. Bakının
ən məhşur qəzetləri bu xəbəriləri yazırdı:
Bakıda gözlənilməz bir ekstremizm. Fahişə ovuna çıxan kimlərdi? Görəsən onlar hansı xarici
təşkilat tərəfindən yönləndirilirlər? Bu skinhedlərdi yoxsa radikal İslamçılar? Bu Vəhabilərdi
yoxsa MTN agentləri? Kütləvi zorlama müxalifətçilər tərəfindən edilir yoxsa dövlətin gizli
planıdır?
Bizim haqqımızda isə heç nə yox idi. Çünki biz çox kiçik bir qrup idik. Heç kəs düşünə bilməzdi
ki, 60 nəfər gənc bunu edə bilər. Həftənin sonu üçün qəzetlərin birində fahişəlik statistikası
göstərilirdi. Son həftə ərzində fahişələrin sayı 40 % azalmışdı. Bu inanılmaz göstərici idi.
Fahişələr tanımadıqları adamlarla getməkdən qorxurdular. Bəzi qəzetlər və televiziyada ayrı-ayrı
şəxlər bu hadisəni rəğbətlə qarşılayırdılar. Yeni həftə başlayanda isə cəmiyyət artıq bunu
tamamilə müsbət bir hadisə kimi qiymətləndirdi. Qəzetlərdə “Millətin namusu oyandı”,
“ƏXLAQSIZLARA ÖLÜM”, “Mənim arvadım fahişə imiş ki? Üzündə möhür var” kimi
müxtəlif məqalələr dərc olunurdu. Biz artıq qızları maşınlara mindirmir elə onların
pritonlarındaca, öz yataqlarındaca bircə dəfə iynəni batırıb onları keyidəndən sonra bıçağımızı
çıxarıb üz gözünü cırıq-cırıq edirdik. Səsləri də çıxmadığına görə hər şey çox sakit keçirdi.
Bundan sonra biz özümüz qəsdən onların eybəcər hala düşmüş bədənlərinin şəklini ya da
videosunu çəkib mətbuat orqanlarına anonim bağlamada göndərirdik. Onlar da ki, ölür
sensassiya üçün. Bu xəbər tezliklə bütün ölkəyə yayılırdı. Şəkillər bütün qəzetlərdə çıxırdı.
Videolar saytlara yerləşdirilirdi. “A” hərfini onlar müxtəlif cürə yozurdular. Bəziləri deyirdi ki,
bu İslam terrorçularıdır. “A” isə Allahu Akbar kəliməsinin qısa rəmzidir. Onlar bu fahişələri
Qurban edirlər. Bəziləri yazırdı ki, “A” Antixrist deməkdir. Bu şeytanpərəstlərin işidir. Bəziləri
bunu Masonlarla bağlayırdı. Bəziləri feminist qadınların planı kimi qələmə verirdi. Çünki
feminist qadınlar da həmişə fahişəliyə, qadının kişidən aşağı bir varlıq kimi alınıb satıla
bilməsinə qarşı idilər. Amma Azərbaycanda heç feministlərin birliyi də yox idi. Ən maraqlısı isə
o idi ki, bizim bu işimizdən on gün sonra A fahişələrə qarşı təmizləməni qadağan etdi. Çox
qəribə idi. Hər şeyin yaxşı getdiyi bir vaxtda, biz yavaş-yavaş dünyanı dəyişirdik. Amma A qəti
olaraq bu işi unutmağımızı və tamam başqa bir işə keçməyimizi tələb etdi. Mən Adildən
soruşanda ki, bəs niyə belə oldu. Adil dedi :
- Anar bircə həftə gözlə özün görəcəksən.
Sonra mənə Ayseldən gələn növbəti məktubu verdi.
......MƏKTUB....
Anar haralardasan? Niyə heç nə yazmırsan? Yoxsa məni belə tez unutdun? Sənsiz bacara
bilmirəm. Bəlkə səni görməsəydim indi mənə daha yaxşı olardı. Mən əvvəllər elə bilirdim ki, əsl
sevgi yoxdur. Ona görə də bu haqda heç fikirləşmirdim. Ancaq musiqidən, incəsənətdən
fikirləşirdim. Amma indi sevgi bütün qəlbimi doldurub. Səndən başqa heç kimi fikirləşə
bilmirəm. Məni xilas elə. Məni bu əclafın əlindən qurtar.
......MƏKTUB.....
Aysel, bağışla məni. Sadəcə nə yazacağımı bilmirəm. Nə yazım sənə? Yazım ki zəifəm, heç nə
bacarmıram? Yazım ki, 10 gündür səni necə xilas edə biləcəyimi düşünürəm amma heç nə
ağlıma gəlmir? Yazım ki, sənin şahzadən gücsüzün biri imiş? Nə yazım, canım? Ürəyim
partlayır. Bilmirəm səni necə çıxarım ordan. Boş-boş sevgi sözləri yazmaqla da heç nəyi dəyişə
bilmərəm. Beş dəfə sənin evinin yanından fırlanıb keçmişəm. Ev hər tərəfdən qorunur. Mən heç
cürə səni oradan çıxara bilmərəm. Indi bu dəqiqə də gözlərim dolub. Hər gecə. Hər gecə sənin
onunla bir yatağa uzandığını təsəvvür edəndə yastığımı yumruqlamağa başlayıram. Hər gecə
istəyirəm ki, bir silah tapıb sizin evə hücum edim. Amma bu uşaqlıq olar. Səni bu cür xilas edə
bilmərəm. Başqa yol tapmalıyam. Məni bağışla...
Bir həftə sonra Adil hamını zala yığıb dedi:
- Yəqin hamıya maraqlı idi, niyə A bizi dayandırdı? Mənə də maraqlı idi. Bu gün mən başa
düşdüm. Buyurun qəzetlərə baxa bilərsiziniz.
Biz də qəzetləri bir-birimizə ötürməyə başladıq.
“Fahişə ovu davam edir, dünən daha 5 fahişənin üzü möhürlənib. Fahişələr bu haqda heç nə
danışmaq istəmirlər. Onlar daha çox polislərin niyə bu işə qarışmadıqlarından şikayələnirlər.
Əslində yəqin ki, dövlət özü də onlara qarşı mübarizə apardığı üçün Oğrudan oğurlamaq
oğurluq deyil prinsipinə əməl edirlər. Düzdü bir çox Avropa təşkilatları və İnsan hüquqları ilə
bilavasitə bağlı olan bir çox orqanlar bu işi cinayət və qanunsuzluq adlandırıb. Amma konkret
olaraq bu işə qarşı heç bir tədbir görülmür”.
“Bu həftə ərzində daha 8 fahişə cəzalandırıldı. Xalqın yeni qəhrəmanları, qaçaqları bu dəfə də
namussuzluq və əxlaqsızlığa qarşı mübarizəni davam etdirirlər”.
Bu xəbərlər bizi bir az çətinliyə salmışdı. Mən Adilə dedim:
- Axı bu həftə biz heç nə etməmişik? Bu nə məsələdir?
Adil əlini əlinə vurub gülməyə başladı:
- Bəs A bilmir nə edir? Görürsünüz, bu işləri biz etməmişik, artıq hansısa ayrı-ayrı gənclər də bu
işə qoşulublar. Mən deyirdim ki, bizim kimi düşünənlər çoxdu, sadəcə onları bir araya toplamaq
lazımdır. Bu işin bizlə heç bir əlaqəsi yoxdur. Bununla həm də bizim izimiz itəcək. Biz insanlara
problemdən çıxış yolunu göstərdik. Onların gözü açıldı. Gördülər ki, bununla fahişəliyin sayı
azalır. Gördülər ki, dövlət də bu işlə bağlı susur. Heç kəs buna görə cəzalanmır. Ona görə də
bizim işimizi indi başqaları davam etdirəcək. Bizimsə daha böyük işlərimiz var.
Sonra Adil universitetlərdən danışdı. Tələbələrin arasında birliyin olmaması onları qoyun
sürüsünə çevirirdi. Universitetlərdə rüşvət baş alıb gedirdi. Amma bunu dayandırmağın yolu
vardı. Biz bölünüb müxtəlif universitetlərdə gənclərlə görüşüb onları mübarizəyə səsləyirdik.
Onlar da təhsillərindən və artıq qocalmış müəllimlərdən narazı idilər. Yeni nəsil , savadsız nəsil
yetişirdi. Bəzi müəllimlər ümumiyyətlə keçdiyi dərsləri bilmirdi. A deyirdi ki, əsl müəllim
bilmədiyimizi öyrətməməli. Əsl müəllim hər kəsin içində olan gizli istedadı üzə çıxarmağı
bacarmalıdır.
Amma buradakı müəllimlər sadəcə öz mühazirələrini oxuyub dərs saatlarını yola verməklə
məşqul idi. YOLA VERMƏKlə. Bizim cəmiyyət belədir. Hamı bir-birini yola verir. Müəllim
şagirdi, şagird müəllimi, uşaq valideyni, valideyn iş yoldaşlarını, onlar müdirlərini, müdirlər yol
polislərini, yol polisləri nazirləri, nazirlər Prezidenti, Prezident dövləti, dövlət Avropanı, Avropa
Amerikanı, Amerika Roma Papasını. O da sadə camaatı yola verirdi. Hərdən bir müəllimin sinifə
girib bütün uşaqları təhqir etməsi elə gülünc olurdu ki, adam bilmirdi uşaqlara yazığı gəlsin
yoxsa desin ki, elə bu cür qoyun uşaqlara belə də lazımdır. Bu lap qoyun sürüsü ilə canavarı
xatırladırdı. Bir canavar bir qoyundan güclüdür. Bir canavar 10 qoyundan da güclüdür. Amma
bir canavar 100 qoyundan güclü ola bilməz. Onlar canavarı ayaqlarının altına salıb sürüyərlər.
Hərəsi canavara bir təpik vursa canavar cırıq-cırıq olar. Amma bu heç vaxt olmur. Çünki
qoyunlarda birlik hissi yoxdur. Hərə ancaq öz canının sağlığını güdür. Ona görə də canavar bir
sürünü parçalayıb gedir. Burada da bir müəllim bir sürü tələbəni parçalayırdı. Amma biz onlara
maraqlı bir təklif vermişdik. Tutaq ki, bir müəllim tələbələrdən rüşvət alır, dərs keçmir, təhqir
edir, haqsızlıq edir. Elə müəllimdən rektora şikayət etmək lazımdır. Amma bunu etmək üçün
cəsarət gərəkdi, çünki həmin müəllim rektorun yaxın dostu da ola bilər. Şikayət edən tələbə isə
min cür bəhanə ilə qovula bilər. Yəni hər bir tələbənin haqqını tələb etməməsinin səbəbi
qorxmasıdır. Çünki müəllimlər onları həmişə imtahanlarda kəsə bilərlər. Ona görə də heç kəs
buna cürət etmir. Amma biz bir universitetdə olan problemlərin həllində başqa bir universitetin
tələbələrindən istifadə edirdik. Tutaq ki, Bakı Dövlət Universitetinin tələbələri İqtisad
universitetindəki rüşvətxor müəllimlərin qarşısına çıxıb onlara təzyiq göstərirdilər. Belə olanda
İqtisad universitetindən onları heç kəs qova bilməzdi, çünki onlar orada heç oxumurdular. Onları
heç kəs orada tanımırdı. Eləcə də başqa universitetlərdə ya məktəb uşaqları ya da universiteti
bitirmiş məzunlar mübarizə aparırdılar. Xüsusi qruplarla rüşvət alan müəllimlərin rüşvət almasını
gizli videoya yazırdıq, onların təhqirlərinə qarşı döyüb qaçırdıq, ya hədə-qorxu gəlirdik. Bizim
üstünlüyümüz onda idi ki, biz tələbə deyildik. Həmin universitetdə tələbə deyildik. Ya da ki
həmin məktəbdə. Ona görə də bizə heç kəs heç nə edə bilməzdi. İstədiyimiz vərəqələri siniflərdə
paylayıb istənilən axmaq müəllimin dərsini pozurduq. Getdikcə bu uşaqlarda da daxili bir
ayılmaya gətirib çıxarmışdı. Onların gözlərinin qabağında it kimi qorxduqları rüşvətxor, qiymət
kəsən, xəbərçi bir müəllimin mühazirəsi zamanı sinif qapısını iki qara geyimli oğlan açıb həmin
kişinin başına bir verdə qırmızı rəng töküb qaçandan sonra aləm dəyirdi bir-birinə. Ya başqa bir
müəllimin otağına göndərilən anonim hədiyyə bağlamasının içindən iylənmiş balıq başları,
hörümçəklər çıxırdı. Rüşvətxor müəllimlərin adı divarlarda böyük söyüşlərlə yazılırdı. Onların
avtomobillərinin təkərləri boşaldılırdı, qapıları mıxla cızılırdı. Bəzən həmin müəllimləri liftdə öz
dərmanımızla keyidib anadangəlmə soyundurub dəhlizə buraxırdıq. 70 yaşlı qoca kaftar kişilər
lüt eybəcər bədənləri ilə bütün tələbələrin qarşısında əlacsız qalırdılar. Hərdən biz uşaqlara bəzi
fəndlər öyrədirdik. Məsələn istənilən sinfin döşəməsindən bir kiçik parketi qaldırıb içinə iki
yumurta qoymaq kifayətdir ki, səhəri gün həmin sinifdə dərs keçmək mümkün olmasın. Sinfi elə
iyrənc iy bürüyürdü ki, heç kəs bu iyə tab gətirə bilməzdi. İki yumurtanı 10 yumurta ilə əvəz
etdikdə isə ümümiyyətlə dözülməz bir şey olurdu. Amma ən yaxşısı bunu zəhləniz gedən
müəllimin otağında edin. Yumurtanı hər yerdə gizətmək olar. Masanın siyirtməsi, şkafın arxası,
vazanın içi. Onsuz da iyin haradan gəldiyini müəyyənləşdirmək çox çətin olur. Amma yenə də
ən effektli mübarizə roqatkalar idi. Biz qurğuşundan kiçik daşlar hazırlayırdıq. Onları roqatkadan
atdıqda çox ağrıdırdı. Çox vaxt qanadırdı. Bir neçə güllə həmin insanın bütün həftəsini ağrılarla
keçirməsinə səbəb olurdu. Amma içimizdən yalnız 10 nəfərdə tapanca vardı. Mən də bu
siyahıda idim. Bu tapancaları Abbas Koreyadan sifariş etmişdi. Onların üstün cəhəti o idi ki ,
tapancalar iki hissədən ibarət idi. Birinci hissə adi əl fənəri digər hissə isə alışqan idi. Lakin
bunlar xüsusi olaraq elə düzəldilmişdilər ki, onları birləşdirəndə tapanca alınırdı. Həmin tapanca
alışqanın qığılcımı fənərin içindəki boşluqda yerləşən atıcı dəmiri hərəkətə gətirirdi. Güllələrsə
lap adi xırda daşlar da ola biləri. Onlar çox bərk ağrıdır, yaralayır, başa tuşlandıqda isə öldürə də
bilərdi. Həm də səssiz idilər. Amma hələ ki, heç kəsi öldürmək lazım deyildi. Ən müsbət cəhət o
idi ki, bu Koreya tapancaları yalnız bizim üçün buraxılmışdı. Abbasın köhnə tələbə
yoldaşlarından biri orada oyuncaq zavodunun sahibiydi. Tapancanı da özü kəşf etmişdi. Polislər
tutsaydı heç vaxt buna görə cəzalana bilməzdik. Çünki bu qurğuları birləşdirmək çətin məsələ
idi. Heç kəsin ağlına gələ bilməzdi ki, onları birləşdirmək olar. Çünki materialları da rəngləri də,
firmaları da fərqli idi. Xüsusi instruksiya isə yalnız bizdə idi. Həm də onları birləşdirmək çətin
olsa da bir-birindən ayırmağa bircə saniyə bəs edirdi. Bircə toxunuş. Və iki fərqli əşya. Bu
tapancalarla şəhərin mərkəzində gəzirdik. Xoşumuza gəlməyən bütün hadisələrə öz təzyiqimizi göstərirdik. Hansısa qeyrətli bir kişinin qızı dalı-başı açıq-saçıq gəzməyə çıxanda, dalını
burcuda-burcuda gedəndə birdən dik atılır. Sonra yanından qan axmağa başlayır. Bu çox kiçik
bir yara onun bütün xarizmasını pozur. Camaatı cəlb edən yarı açıq dalındakı yarasından yapışıb
ətrafına baxır. Bunu kim etdi? Axı şübhəli heç kəs yoxdu? Elə həmin an ikinci bir güllə çılpaq
baldırından dəyir. Qız bu dəfə aradan çıxmağa başlayır. Biz isə yolun qırağındakı kafedə
gülüşürük. Çünki bu bizim xoşumuza gəlir. Azad bu dəfə barmağı ilə yoldan keçən “mavi”ni
göstərir. Biz tapancalarımızı hazır edirik. Bəzən hədəfimiz adi oğlanlar da olur. O oğlanlar ki
bütün günü şəhər mərkəzində sülənib qızlara söz atırlar. Bu xüsusi bir fəsilədir. Biz onları “Ə”
adlandırırıq. “Ə” yox, “ƏƏƏ”. Bu uşaqlar avaralar, bekarlar, qanacaqsızlardır. Onlar
fahişələrdir. Yəni ki, bütün qadınlara fahişə kimi baxanlar. Onlar üçün ana, bacı, dost anlayışı
yoxdur. Onlar çox vaxt məhəllə uşaqları olur. Çaqqallar kimi dəstə ilə gəzirlər. Tək olanda heç
birinin səsi çıxmaz, bir yerdə onlar bütün dünyadan öz axmaqlıqlarının acığını çıxmaq istəyərlər.
Ona görə özlərindən varlılara söz atır, özərindən ağıllıları təhqir edir, bütün qızların dalınca
düşüb onların da nifrətini qazanırlar. Belə çaqqallara görə çox vaxt şəhərdə gəzənlərin əsəbləri
pozulur. Onlar cəmiyyətə heç bir xeyri dəyməyən avaralardı.
Əvvəlcə bizim sıralarımızdan bir nəfər onlara yaxınlaşır və söhbət təxmini belə olur.
- Salam uşaqlar, bayaq yoldan iki qız keçdi ee, siz onlara niyə söz atdınız?
Böyükləri tək gələn oğlana baxıb xox gəlməyə başlayır:
- Ala , sən kimsən ki, o qızlara atviçatsan?
Bizim uşaq səsini qaldırmadan cavab verir.
- Qardaşlar, axı o qızların geyimləri də ədəbli idi, özləri də kiminsə bacısıdır, anasıdır bəlkə.
Niyə söz atırsınız ki?
Bizim uşağın sakit olduğunu görəndə çaqqallar məzələnməyə başlayır:
- Uç burdan , uşaxx.. Bizə ağıl öyrədənə bax.
Onda bizim uşaq qırağa çəkilib deyir:
- Vurmayın məni yoxsa bacılarıma deyərəm gəlib sizi döyərlər.
Bu sözdən çaqqallar qaqqıldamağa başlayır.
- Buna bax ee , bacılarıma deyərəm. He he he.
Sonra bizim uşaq çıxıb gedir. Axşam üstü çaqqallar bir-bir evlərinə dağılışanda bizim qızlar işə
başlayır. Hə yadımdan çıxmışdı deyim ki, HOST-da indi qızların sayı artıb. Biz tez-tez idman
zallarına gedib qızları HOST-a cəlb edirdik. Karate ilə məşğul olan 15-ə yaxın qızımız var.
Onlara “mələklər” deyirik. Axşam çaqqallar evlərinə gedəndə bizim mələklər onları əhatəyə alır.
Mələklərimizdə beşbarmaq, taxta, daş, şüşə, bıçaq və başqa soyuq silahlar da olur. Həmin axşam
çaqqallar eşşək kimi döyülür. Onlar üçün bundan pis heç nə ola bilməz. Çünki qıza döyülmək
ümumiyyətlə inanılmaz bir rüsvayçılıqdır. Onlar içdən sınırlar. Həm də bizim mələklər bərkiyir.
Sözsüz ki, biz onları tək qoymuruq. Biz həmişə özümüz qıraqdan baxırıq. Qızlara kömək lazım
gələndə biz hücuma keçirik. İşlərimizi görəndən sonra hamımız maşınlara doluşub qərargaha
gedirik. Orada günün hesabatı yazılır. Bir gün ərzində kimə nə yaxşılıq etdik. Hansı pislikləri
aradan qaldırdıq. Ertəsi gün isə xəbərlərdə bizim haqqımızda danışırlar. Bu bizim çoox
xoşumuza gəlir.
....MƏKTUB. ...
Aysel, bir azca da döz. Özünü öldürüb eləmə. Qaçmağa da çalışma. Deyəsən səni oradan
çıxarmağın yolunu tapmışam. Mənim məktubumu gözlə. Heç nə eləmə.
Sənin tabe olduğun qanunları sənin kimi insanlar yazır.
Sən onları sevirsən, sən onların təsirindəsən.
Sən onlardan qoruxursan, onlar səni sevir.
Onlar səni sevirsə deməli səni məhv ediblər.
Kazım dayının çoxlu pulu var idi. Yazıq Kazım dayı ömrü boyu əziyyət çəkib bir təhər üzə çıxa
bilmişdi. Kazım dayı yaxşı adam idi. Qohuma-qardaşa əl tutardı, yetimləri oxudub adam
eləyərdi. Oğlu Qoşqar isə atasına oxşamırdı. Qoşqar doğulandan pul içində olub, əzab-
əziyyətdən xəbərsiz idi. Qoşqarın günü gecəsi barlarda, restoranlarda, çimərliklərdə keçirdi.
Dostlarının yanında lovğalanıb, kasıblara yuxarıdan aşağı baxan Qoşqar atasının gül balası idi.
Amma atası ona heç nə demirdi. Çünki Kazım dayı Qoşqarda öz itirdiyi cavanlığını görürdü.
İstəyirdi ki, oğlu gəncliyin dadına baxsın, kef eləsin, əylənsin. Oğlunun yaşında o daş daşıyırdı.
Amma oğlu bu əziyyətləri görməməlidir. O Qoşqarın xoşbəxtliyini istəyirdi. Hər il oğluna yeni
avtomobil hədiyyə edir, hər həftə 2000 manat cib xərci verirdi. Qoşqar da pulu sağa-sola
xərcləyirdi. Ən bahalı geyimlər, ən gözəl avtomobillər, ən cazibədar qızlar. Bir gün ona daha
yaxşı bir şey təklif etdilər. Bu iynənin içindəki cənnət idi. Onu damara vuran kimi Qoşqar
dünyanın sahibinə çevrilirdi. Bu ona ləzzət eləyirdi. Qısa bir vaxtda Qoşqar narkotikə alışır və
atasından daha çox pul almağa başlayır. Hər dəfə Kazım dayı evə gələndə oğlu onu qarşılayıb
əlindən öpür, qucaqlayırdı. Atasına onu çox sevdiyini deyirdi. Sadəlövh kişi də inanırdı. Yuxuya
gedəndə də oğlu gizlincə cibindən pulları əkişdirib heroinə xərcləyirdi.
Amma bu gün ata ilə oğul tamam başqa vəziyyətdə idilər. Onlar qaranlıq bir otaqda üzbəüz
duran iki dirəyə qalın kəndirlərlə bağlanmışdılar. Ata ilə oğul üz-üzə durmuşdular. Ikisini də
bərk bağlamışdılar. Oğulun əlində tapanca da vardı. Tapanca iplə Qoşqarın əlinə sıx bağlanmış,
atasına tərəf tuşlanmışdı. Onu yerə ata bilmirdi. Kazım dayı fikirləşirdi. Dünən saunada hiss
elədi ki, gözü qaralır. İndi də tanımadığı qapalı bir yerdə oğlu ilə üzbəüz. Bu nə məsələdir?
Qoşqar da qorxurdu:
- Atacan, bura haradır? Biz haradayıq?
- Bilmirəm. Bizi niyə bağlayıblar? O tapanca nədir?
- Atacan, xəbərim yoxdur.
Elə bu an otağın qapısı açıldı və içəri qara geyimli bir adam daxil oldu.
- Atalar və oğullar. Heh. Atalar və oğullar. Maraqlı şouya hazırsınız?
Kazım dayının gözləri bərəldi.
- Nə şou? Bura haradır? Sən kimsən? Heç bilirsən kimi tutmusan? Mən burdan çıxan kimi sənin
başını kəsdirərəm!
- Hmm. Sən burdan çıxmayacaqsan.
- Nə?
- Səni oğlun öldürəcək.
Otağa sükut çökdü. Ata oğula baxırdı, oğul qara geyimi adama, sonra əlindəki tapancaya, atasına
sonra... Heç nə başa düşmək olmurdu.
Qoşqar dedi:
- Yox, nə danışırsan? Nə istəyirsən bizdən?
Qara geyimli otaqda gəzişə-gəzişə dedi:
- Mən sizdən heç nə istəmirəm, amma Qoşqar bir azdan məndən bir şey istəyəcək.
Bu sözü deyib qara geyimli maye ilə dolu şpritsi küncdəki masanın üzərinə qoydu. Sonra dedi:
- Kazım dayı, yəqin xəbəriniz yoxdu ki, oğlunuz narkomandır. İndi bilirsiniz. Oynayacağımız bu
oyunda səmimi olmaq lazımdır. İndi mən Qoşqarın tapancasına bir güllə salacağam. Sonra qonşu
otaqda uzanıb kitab oxuyacam. Bir müddətə Qoşqar narkotik istəyəcək. Qoşqar, görürsən də o
masadakı ləzzətli iynəni. Bəh-bəh-bəh. Bu ləzzəti sənə ancaq mən verə bilərəm. Təbii ki, bir
şərtim var. Sən gülləni atanın alına vurmalısan. Onsuz da elə tətiyi çəksən güllə alına dəyəcək.
Qoşqarın sağ əli - tapancalı əli düz atasının alnına tuşlanmış şəkildə başqa bir dirəyə bağlı idi.
Ona görə Qoşqar tapancanın istiqamətini dəyişə bilmirdi. Onu tərpədə bimirdi, tətiyi çəksəydi
atası öləcəkdi. Qarageyimli davam etdi:
- Qaydalarla tanış oldunuz. Qoşqar tətiyi çəkir, sizi öldürür, mən ona narkotik verirəm. Oyun üç
gün davam edəcək. Əgər üç gün ərzində oğlunuz sizi öldürməsə ikinizi də azadlığa
buraxacağam. Söz verirəm. 3 gündən sonra azadlığa çıxırsınız. Ona görə mehriban olun.
Bu sözü deyib qara geyimli tapancaya bir güllə salıb otaqdan çıxdı. İrəlidə üç gün var idi. adına keçirib. Kaftarı vurursan, iynəni verirəm, əlavə olaraq bank hesabına da 7 milyon dollar.
Necədi? Əlində də əlcək var. Tapancada heç barmaq izin də qalmayacaq.
Kazım dayı bağırdı.
- Alçaq bəs dedin, 3 günə buraxırsan? Sabah buraxmalısan bizi. Sabah səhər açılan kimi.
-Yaxşı, oldu söz vermişəmsə buraxacam.
Bu sözü deyib qarageyimli otağı tərk etdi.
Qoşqarın damarları qaşınırdı. İynə iynə iynə iynə, ata, iynə, iynə, ləzzət, ata, vicdan iynə, pul,
kef, 7 milyon, iynə, ata, iynə iynə..
“Oğlum necəsən? ” iynə iynə, “ Qoşqar eşidirsən məni? Ağlını itirmə “iynə iynə” Bala 5 -6 saat
qalıb”
- Bilirəm də nə qədər qalıb. Qoyun deyiləm ki, nə qışqırırsan?
- Mən sənin atanam.
- Mən də sənin oğlun, çox şad oldum tanışlığımıza. Nə olsun. Atama bax. Mənə öyrətmə nə
etmək lazımdır. (iynə iynə iynə iynə, vur onu bütün pullar sənin olacaq) özüm bilirəm (iynə ev
maşın pul)
- Oğul əlini çək tətiydən. Bala, bağışla atanı, bağışla.
- Nə? (iynə, heç kəs bilməyəcək. Deyəcəm məcbur ediblər.)
- Qoşqar, qurban sənə, qurban olsun atan sənə. Oğlum mənim canım balam, gözümün işığı bircə
oğlum.
....“PART”.......
Qara rəngli Makarın gurultulu səsi Qoşqarın qulaqlarını batırdı. Tapancanın lüləsindən süzülüb
çıxan tüstüdən gözəl barıt ətri gəlirdi. Otağa qara geyimli girib iynədəki narkotiki Qoşqarın
damarına vurdu. Qoşqar gözlərini yumub sakitləşirdi. Kazım dayının isə gözləri bərələ qalmışdı.
Onun baxışı oğluna yönəlmişdi. 20 il əzizləyib böyütdüyü oğluna. Kazım dayı heç nə eşitmirdi
çünki eşidə bilmirdi, Kazım dayı heç nə görmürdü çünki baxa bilmirdi. Dodaqları donub qalmış,
nəfəsi kəsilirdi. Oğlu ona atəş açmışdı. Qara geyimli adam Qoşqarın qollarını açdı amma o ləzzət
içində olduğundan yerə yıxıldı. Sonra Kazım dayının qollarını açdı. Kişi ayaq üstə donub
qalmışdı. Qara geyimli otağı tərk etdi. Uzaqdan avtomobil mühərrikinin səsi yerə sürtünən təkər
səsinin uğultusunda yox oldu. İndi otaqda iki nəfər qalmışdı. Yerə uzanıb ləzzət alan oğul və
ayaq üstə durub oğluna nifrətlə baxan ata. O oğluna baxıb iyrənirdi. Nə deyəcəyini bilmirdi.
Tapancaya qoyulan güllə boş olduğundan ataya heç nə olmamışdı.. Sadəcə gurutulu səs çıxaran
tapanca atanı mənəvi cəhətdən yaralamışdı. Oğul ləzzət içində atasına baxır və elə bilirdi ki, bu
onun gözünə görünür. Əslində isə ata sağ idi. Ata sağ idi. Amma bu gündən onun üçün oğul
ölmüşdü.
Sənin gözlərin kordu.
Çünki görmək istəmirsən.
Sənin tanımadıqların sənə özgədir.
Sənin bilmədiklərin sənə yaddır.
Sən öyrəşdiklərindən iki əlli yapışırsan.
Sən anasına sarılmış uşaq kimisən.
Böyüməkdən qorxursan.
Ayseli qaçırmağın yolunu tapmışdım. Silahlı hücumla heç nə etmək olmazdı, qaçmaq da
mümkün deyildi. Darvazanı gözətçilər qoruyurdu. Hasarlar da hündür idi. İşçilər gəlib gedəndə
vəsiqələrini təqdim edirdilər. Aysel darvazadan bayıra ancaq Divin özü ilə çıxa bilərdi. Amma o
da yanında cangüdən gəzdirirdi. Qız qaçsaydı onu tutardılar. Aysel qaça bilməzdi amma onu
qova bilərdilər. Ona görə qələmi götürüb Ayselə sonuncu məktubumu yazdım.
Məktub
Aysel, canım, gözüm, səni xilas etməyin yolunu tapmışam. Bazar günü səhər saat 11-də villanın
həyətində fəvvarənin qırağında oturarsan. Div ilə çəkdirdiyin şəkilləri də gözəl bir albomda yerləşdirib özünlə gətirərsən. Onun sənə aldığı bütün bər bəzəkləri, üzükləri də tax. Cazibədar
geyin, çox gözəl olmalısan. Parlaq bir şey geyin. Ən vacib şeyləri vəsiqəni zadı, özünlə götür.
Qayıtmaq imkanı yoxdur. Saat 12-nin yarısı üçün bir qonaq gələcək. Özünü çox həyasızcasına,
hörmətsiz apar. Gələn qonağın bütün suallarına acı, sərt cavab ver. Nə soruşsa “hə” cavabını ver.
Sonra albomu qonağa göstər. Qonaq əsəbiləşən kimi cangüdənlərə de ki onu sənin villandan iti
qovan kimi qovsunlar. Səni Qara BMW-də gözləyəcəm. Bağışla ətraflı yaza bilmirəm. Divə
görə narahat olma. Bazar günü şəhərdə olmayacaq. Öpürəm, sevirəm, güclü ol balam, güclü ol.
BAZAR GÛNÛ
Səhər saat 10-da Abbasın tapdığı nömrəni yığdım. Bir az gözlədikdən sonra telefonu bir qadın
götürdü.
- Alo?
- Alo, Rasimə xanımdı danışan?
- Bəli, siz kimsiniz ki?
- Rasimə xanım, sizdən çox-çox üzr istəyirəm amma sizinlə danışmalıyam.
- Siz kimsiniz ki?
- Xanım, məni tanımırsınız. Mən ərinizin köhnə işçilərindənəm. Adım Tofiqdir.
- Bəli, Tofiq müəllim, buyurun.
- Rasimə xanım, sizin ərinizlə bağlı bir şey bilirəm. Amma bilmirəm bunu sizə necə deyim. Əgər
mümkün olsa sizinlə görüşmək istəyərdim. Sizi bir yerə aparmaq istəyirəm. Ərinizin ikinci
evinə.
- İkinci ev?
- Bəli, Rasimə xanım, o sizə xəyanət edir. Mən dəqiq ünvanı bilirəm. İstəyirsinizsə sizi apara
bilərəm.
- Siz haradasınız ki?
- Elə sizin həyətdəyəm. Qorxmayın sizi aldatmıram. Sadəcə istəmirəm ki, sizin kimi alicənab
xanımı kimsə aldatsın.
- Hmm..Yaxşı, indicə gəlirəm.
- Gözləyirəm.
Saat 11 üçün Rasimə xanım artıq Ayselin villasının qarşısında idi. Onu taksi ilə gətirmişdim.
Əlimlə darvazanı göstərib dedim:
- İndi sizin əriniz burda deyil, amma onun məşuqəsi buradadır. Özünüz əmin ola bilərsiniz.
Aysel, fəvvarənin qırağında oturub tez-tez saata baxırdı. O bilmirdi nələr olacaq. Amma
dediklərimin hamısını yadda saxlamışdı. Albomu fəvvarənin qırağına qoyub özünü hansısa vacib
bir görüşə hazılayırdı. Cangüdənlər ona baxıb nə üçün səhər-səhər bura gəldiyini anlamağa
çalışırdılar. Saat 12-yə işləyirdi. Aysel heç kəsin gəlməyəcəyini düşünürdü. Amma yenə də
mənim sözümü yerə salmaq istəmirdi. Son ümid hələ də vardı. Albomda Divlə şəkillərinə baxıb
özünə nifrət edirdi. Yalançı gülüşlər, süni xoşbəxtlik. Həyatının ən gözəl illərini bu əclafla
itirəcəyini düşünürdü. Birdən darvazanın zəngi çalındı. Gözətçilər ekrandakı şlyapalı nəhəng
qadına baxan kimi əsməyə başladılar. Bu rəisin arvadı idi. Onlardan ikisi tez tələsik onu
qarşıladılar. Rasimə xanım içəri girib gözətçilərə baxdı. Onların bir neçəsini tanıyırdı. Gözətçilər
də onun sərt xasiyyətinə bələd idilər. Rasimə xanım, onlara baxıb dedi:
- Bıyy. Siz indi burada işləyirsiniz?
Onlar baş əyib gülümsədilər :
- Bəli Rasimə xanım, bəli.
- Necəsiniz, iş necə qane edir?
- Əladır xanım, şükür Allaha, hər şey yaxşıdır.
Rasimə xanım lovğa-lovğa həyətə daxil oldu:
- Hmm, pis deyil. Çox gözəl bağçadır. Çox gözəl. Bəs bu qız kimdir? Qızım, sən kimsən? Aysel artıq rola girmişdi. O heç ayağa qalxmadan tərs-təsr baxıb dedi :
- Mən kiməm? Əvvəlcə de görüm sən kimsən?
Rasimə xanım yavaş-yavaş Ayselə yaxınlaşırdı. Gözətçilər heç nə edə bilməzdilər. Rəislərinin
arvadı onlar üçün toxunulmaz idi. Xanım Ayselə baxıb soruşdu.
- Yaxşı sən kimsən?
- Mən Ayseləm.
- Sən mənim ərimlə tanışsan?
Bu sualdan Aysel qarşısındakının kim olduğunu bilib bir az da ürəkləndi.
- Mən sənin ərinin sevgilisiyəm.
- Sən bilirdin ki,onun arvadı var?
- Hə.
- O buranı səninçün tikdirib?
- Hə.
- Nə utanmaz qızsan... Fahişə. Fahişə..
- Buyurun bu Albomu. Görün nə qədər şey itirmisiniz.
Rasimə xanım albomu vərəqlədikcə gözləri dolurdu:
- Alçaq, məni aldadıb. Alçaq.
- Xanım, mən sizin nazınızla oynamaq istəmirəm. Gedirəm cakuziyə çimməyə. Siz artıq
qocalırsız. Başa düşmürsüz? O məni sevir.
- İt qızı it. Səni bilirsən nə edərəm?
Aysel vaxtın çatdığını görüb dedi:
- Gözətçilər, qovun bunu burdan iti qovan kimi.
Bu sözü eşidən Rasimə xanımın gözləri bərəldi. O dişlərini sıxıb dedi:
- Sənin evindi, ay əski, ay cındır. İtin balası. Məni qovsunlar? Məni ərimin evindən qovacaqlar?
Gözətçilər, qovun bu fahişəni burdan. Tez eliyin bunu gözüm görməsin. Ərim gələnə qədər onu
burada gözləyəcəyəm. İt qızı it. Rədd ol burdan. İtil gözümdən.
Qapıçılar gəlib Ayseli tutdular. Rasimə xanım gözünü yerdən çəkmədən sakitcə dedi:
- İşdən qovulmaq istəmirsinizsə bir kəlmə demədən atın bu zibilçəni bayıra.Tez!
Yekəpərlər Ayselin incə qollarından yapışıb onu darvazaya tərəf sürütləməyə başladılar. Aysel
yalandan ağlayırdı.
Onlar çox pis vəziyyətdəydilər. Rəisin arvadının sözündən çıxa bilməzdilər. Bir fahişə az bir
fahişə çox. Amma arvad, ailə bir dənədir. Rəis bilsə ki, onun arvadına qarşı çıxıblar, onların
bellərini qırardı. Ona görə də Ayseli sürüyüb darvazadan bayıra atdılar. Aysel iməkləyə-
iməkləyə onlardan uzaqlaşdı. Sonra ayağa qalxıb yavaş-yavaş getməyə başladı. Qaçsaydı ondan
şübhələnə bilərdilər. Arxadan Rasimə xanım bağırdı: “İtil burdan, bir də səni gözüm görməsin”.
Aysel də ürəyində dedi “inşallah”.
Mən Qara BMW-ni Ayselə tərəf sürdüm. O, avtomobilin qapısını açıb yanımda oturdu. Tez
maşının nömrəsinin yanındakı işığı yandırdım. İndi o parıldayırdı və nömrə görünmürdü.
Yaxında polis yox idi. Amma gözətçilərin nömrəni bilməsi təhlükəli olardı. Sürəti artırıb dar
küçələrlə Villadan uzaqlaşırdım. Aysel isə dizlərini qucaqlayıb ağlayırdı.
...
Avtomobili düz şəhərdən kənara dənizin sahilinə sürdüm. Sevgilimi 100 ildir görmürdüm. Onun
mavi gözləri mənimçün bu dənizdən qat-qat gözəl idi. Həyatımın yeganə sevinc işığı yanımda
idi. Biz əl-ələ sahilin kənarı ilə gəzirdik. Belə yerdə sözlərdən istifadə etmədən də hər şey aydın
olur. Bu gözəl sükutu pozmaq istəmirdik. Bir az sərin torpağın üzərinə yıxılıb öpüşməyə
başladıq. Onun isti nəfəsi, titrək əlləri, ipək saçları, dəniz, səma... Sevgi ağlımı başımdan
almışdı. Aysel mənə indi əvvəlki kimi baxmırdı. İndi o mənə qəhrəman kimi baxırdı. Mən onu
xilas etmişdim. Mən onu sevirdim. Zaman donmuşdu. Dodaqlarımızın qeyri-iradi rəqsində ehtirasla bərabər inanılmaz bir
harmoniya və rahatlıq var idi. Bu öpüş susmurdu. Bu öpüşlə biz hər şeyi bir-birimizə danışırdıq.
Tənha soyuq gecələrdən, göz yaşı ilə dolu məktubları yadıma salıb onu daha da bərk, daha da
bərk öpürdüm. Qollarım onun uzun saçlarının içində itmişdi. O da mənim ağır çiyinlərimin
altında qısılıb qalmışdı. Biz bir yerdə idik. Bu gündən sonra bizi heç kəs ayıra bilməzdi. Gün
batana kimi qucaqlaşdıq. Hava sərinləşəndə mən avtomobilə keçməyi təklif etdim. O da sözə
baxan uşaq kimi əlimdən tutub maşına mindi. Dənizin dalğaları artmışdı. Külək ləpələri uzaqakı
qayalara çırpdıqca ürəyimin onlardan daha bərk çırpındığını hiss edirdim. Qəribə bir özündən
razılıq vardı içimdə. İndi başa düşmüşdüm ki, nə üçün insan yaradılanaların ən üstünüdür. Ürəyə
görə. Bir ürək, günəşdən də isti, buzdan da soyuq, qayadan da sərt, dənizdən də çılğın, bulaqdan
da təmiz, səmadan da uca, ulduzdan da parlaq, çiçəkdən də incə ola bilərdi. Həm də bu hər an
dəyişirdi. Mən bunu sevəndə anlayırdım.
Ikinci qanadım yanımda idi. Bəlkə ona görə bu qədər yüksələ bilmişdim.
Aysel sükütu pozub dedi:
- Hələ də inana bilmirəm ki, məni xilas elədin. Elə bilirəm ki, yuxudur.
Onu yavaşca dişlədim.
- Ayy. Neyləyirsən, dəli, incidir axı.
- Görürsən, yuxu deyil deməli.
- Avara, necə darıxmışdım bu gicliylərinçün. Anar, bəs indi nə olacaq?
- Nə olmalıdır ki?
- Biz hara gedəcəyik? Maşında qalacağıq?
- Heh, maşında niyə qalırıq? Gedirik qərargaha.
- Ora haradır?
- Gedəndə görəcəksən. Qısaca belə deyim “YENİ DÜNYA”.
Məntiq elmində A universal pozitiv düşüncənin simvoludur- “ bütün x-lər y - ə
bərabərdir”
Hindistanda A uşaqların baxması qadağan olan filmlərin işarəsidir.
Kart oyunundan A tuzu bildirir.
Siyasətdə A anarxizmin işarəsidir.
Qərargaha çatanda hər kəs əsas otaqda yeni gəlmiş bir oğlanın hekayəsini dinləyirdi. İşıqlar
sönmüşdü. Ayselə başa saldım ki, qaranlıqda insanlar sirrlərini, etiraflarını daha rahat danışa
bilirlər. Oğlanın səsində həyəcan hiss olunurdu:
- Mən bir qızı sevirdim. Bu mənim ilk və son məhəbbətim idi. Gecə gündüz onu ağlımdan çıxara
bilmirdim. Hər gün onu universitetin həyətində görəndə ürəyim az qala yerindən çıxırdı. O çox
qəşəng idi. Mən də kasıb oğlan. Heç nəyim yox idi. Universitet kitablarını da almağa pulum
çatmırdı. Evdə ancaq qoca atam işləyirdi. O da az maz maaşla yeməyimizi güclə təmin edirdi.
Qızın sinifi bizim siniflə üzbəüz idi.Öyrənmişdim ki, səhərisi gün ad günüdür. Nə isə alıb axır ki
ona yaxınlaşmağa qərar vermişdim. Mənim də pulum yox. Heç olmasa bircə dəstə gül
olsaydı.Uşaqlar, bilirəm yəqin ki, sizə bu maraqsızdır, amma vallah, mənim sevgimi anlaya
bilsəydiniz görərdiniz ki, bu mənim üçün necə böyük faciə idi. 3 il sevdiyim qıza yaxınlaşa
bilmirdim. Yolda bir bahalı maşın dayanmışdı. İçəridən çıxan oğlan maşının sağ tərəfinə baxıb
söyməyə başladı. Mən də maşının sağına baxdım ki, görüm nə olub. Heçç. Boş bir şey bir az
palçığa batmışdı. Adi ləkə. Amma oğlan elə baxırdı ki, elə bil dünya dağılıb. Sonra mənə baxıb
dedi :
- Qaqaş burda bilmirsən harada moyka var? Mən cavab verdim ki, yaxınlarda yoxdu. Gərək Yasamal tərəfə gedəsən. O da saatına baxıb
dedi:
- Vayy nə zibilə düşdüm. Mənim cəmi, 10 dəqiqə vaxtım var. Mən də dedim ki, əski götürüb
silsin də burda nə var ki, lap kiçiy ləkədir. Palçığdı da, boya deyil ki.
O gülümsədi:
- Yoox, mən durum maşın silim? Dəli olmusan? Ayıbdı.
Onda mən köməyimi təklif etdim. O da razılaşdı. Mənə əski ilə xüsusi maye verdi. Dedi ki, 10
dəqiqən var. Mən dizim üstə çöküb maşının qırağını təmizləməyə başladım. O da maşının içində
oturub açığ pəncərədən tələsməyimi əmr edirdi. Deyirdi ki, bu gün bir qızı dərsdən götürməlidir.
Sonra qəhqəhə ilə deyirdi ki, bu gecə onunla çox əylənəcək. O artığ onun maşınında oynadığı
18-ci qız olacaq. Onunla yatan kimi keçəcəy 19 –a ..Cavanlıqdı daa.
Mən ləkəni silib ayağa qaxdım. O da mənə çox sağ ol əvəzi 10 manat uzatdı. Mən dedim ki:
- Pul lazım deyil.
Amma ürəyimdə arzuladım ki, o bir dəfə də təklif etsin. O ikinci dəfə təklif edəndə pulu
götürdüm. Tez cumdum çiçək dükanına. Bir dəstə gül alıb sevgilimə ad günü hədiyyəsi etməyə
gedirdim. Universitetdə dərslər 5 dəqiqə əvvəl qurtarmışdı. Siniflər boş idi.Onda gül dəstəsi ilə
həyətə düşdüm. Orada da yox idi. Universitetdən çıxıb küçədə onu axtardım. Amma heç yerdə
yox idi. Nə isə sonra yəqin başa düşdünüz onu harda gördüm . Həmin oğlanın maşınına
minmişdi. Oğlan da onunla həmin gecə əylənəcəkdi. Bilirsiz, sizi tanımırdım o vaxtlar. Özümü
öldürmək istəyirdim. Mənim sevgilim mənə tərəf heç baxmırdı. Amma hansısa cındırın əlində
oyuncaq olmağa hazır idi. Böyük maşınlarda oğlanlar yəqin olduqlarından böyük görünürlər.
Mən avtobusla gedib gələn uşağam, mənim elə şeylərdən başım çıxmır. Hərdən fikirləşirəm ki,
yəqin səhv düşünürdüm. Bəlkə o oğlanla o qız xoşbəxt olacaq? Nə bilim bəlkə də xoşbəxt
olacaq. Heh... Amma o heç mənim adımı da bilmir... Hmm. Başqa heç nə danışmaq istəmirəm.
Bağışlayın. Özümü pis hiss eləyirəm.
Qaranlıqda kimsə qışqırdı. “O sənə layiq deyil.Yadından çıxart”. Sonra başqa bir qız səsi gəldi.
“İstəyirsən mən sənin sevgilin olum”. Sonra hamı gülüşdü. Azadın səsini eşitdim - “Qardaş sən
tək deyilsən, özünü öldürməyi ağlından çıxart. Çox sağ ol ki, dərdini bizimlə bölüşdün”. Sonra
başqa bir oğlan çıxıb öz hekayəsini danışdı. Sonra başqası. Bu davam edirdi. Dəqiq deyə
bilməzdim sayımız nə qədər olub. Amma ən azı 400-ü keçmişdi. İşıqlar yananda Ayseli Aynurla
tanış etdim. Aynur onu qızların otağına apardı. Ayselin parlayan gözlərini görürdüm. Ona bütün
bunlar çox qəribə gəlirdi. Lap özümün ilk günlərim yadıma düşürdü. Amma o vaxtdan artıq 5 ay
keçmişdi. Mən HOST-un əsas üzvlərindən biri idim. Amma hələ də A ilə görüşə bilməmişdim.
Belə başa düşdüm ki, o ancaq xüsusi adamlarla görüşür. Yəqin istəmir ki, onu üzdən çox adam
tanısın. Bəlkə elə bu dəqiqə uşaqların içində oturub? Bəlkə o xüsusi bir otaqda gizli
kameralardan bizi izləyir? Hər halda o çox ağıllı idi. Qısa vaxtda özünə bu qədər tərəfdar toplaya
bilmişdi. Bütün şəhər ondan danışırdı.
Ayseli xilas edəndən sonrakı 3 ay mənim həyatımın ən xoşbəxt ayları idi. Bu 3 ayda biz tez-tez
Qərargahda qalırdıq. Onunla xoşbəxt idim. HOST inkişaf edirdi. Sayımız hər gün artırdı.
Uşaqlarımızın öz mahnıları, öz rəsm sərgiləri, öz tamaşaları olurdu. Bəzi uşaqlar birlikdə kafe
açmışdılar. Digərləri jurnal çap edirdilər. Bakının mədəniyyət aləmində vacib simalardan birinə
çevrilirdik. Elə adi cinayətkarlardan da bizi ayıran mədəniyyət və incəsənət idi. Biz bir pislik
edəndə (əslində o da yaxşılıq idi) bir dənə də yaxşılıq edirdik. 3 ay ərzində elə şeylər baş
vermişdi ki. Bizim ideologiya bütün Baki gənclərini öz ətrafında birləşdirmişdi. Qısa bir vaxtda
bütün şəhər qara geyimə keçmişdi. Bizim xüsusui köynəklərimiz satılırdı. Üzərində yumruq
işarəsi var idi. Bu mübarizənin və birliyin rəmzi idi. Bakıda bir dənə də fahişəxana yox idi.
Müəllimlər rüşvət almırdı. Açıq-saçıq paltarda heç kəsi görmək olmazdı. Hərdən bizə deyirdilər
ki, bu səhvdi. Biz də deyirdik - Hə, səhvdi. Amma yenə də öz bildiyimizi eləyirdik. Evdəkilərlə demək olar ki, danışmırdım. Hərdən anam
göz yaşlarını silib deiyirdi ki, artıq mən onu sevmirəm. Mən də heç nə deyə bilmirdim. Çünki
doğrudan da anamı sevə bilmirdim. Nə anamı, nə atamı. Çünki onlara artıq təkcə valideyn kimi
yox, həm də tarixin bir hissəsi kimi baxırdım. Onlar aciz idilər. Bizim də acizlərdən zəhləmiz
gedirdi. Əsl acizlər öz acizliklərini gizlədənlərdi. Əgər bir dəfə atam mənim yanımda ağlayıb
desəydi ki, xoşbəxt deyil, bəlkə onu başa düşə bilərdim. Amma o deyirdi ki, bala ağlını başına
yığ. Gedib gic-gic adamlara qoşulursan. Günlərlə evdə tapılmırsan. Haralara gedirsən? Bəlkə
narkomansan? Bəlkə cinayətkarsan?
Mən isə cavab vermirdim. Qərargahda mənə böyük adam kimi baxırdılar. Mən HOST-un əsas
üzvlərindən biri idim. Azadla türmədən qaçmağımız indi dastana çevrilmişdi. Ayseli villadan
qaçırmağımız haqda hekayələr yazılırdı. Mahnılarda bizim adımız çəkilirdi. Özü də artıq bir yox,
bir neçə qərargahımız vardı. Daha dəqiqi 9 qərargah. Pullar haradan gəlirdi? Düzü heç
bilmirdim. Abbas nə isə danışırdı. Amma dəqiq başa düşə bilmirdim. HOST-a daxil olanlar hər
ay fonda 3 manat ödəyirdilər. Əvvəl bu az idi. Amma indi say artmışdı. Aya 20000-ə yaxın pul
gəlirdi. Həm də disk satışları, jurnal, qəzet, oğurluq. Hə oğurluq. Oğrudan oğurlamaq oğurluq
deyil. Çox vaxt barlara hücum edib, içəridəki aparaturanı, qızların bəzəklərini oğurlayırdıq.
Özlərini də çırpışdırırdıq. Bizə deyirdilər ki, bu səhvdi , biz də deyirdik ki, hə bu səhvdi. Amma
yenə də bildiyimizi edirdik. Müəyyən bir hissəmiz şantajla məşğul idi. Pullu daydaylar qəşəng
qızlarla yatmağı xoşlayırdı. Amma hərdən öpdükləri qəşəng qızlar donlarını çıxaranda məlum
olurdu ki, onlar kişidir. Həm də transvestit. Həm də gizli kameralı. Sonradan bu adamlara
məktub gəlirdi. Onlar da bu biabırçılıqdan qaçmaq üçün bizə yaxşı pul verirdilər. Pulları alandan
sonra biz ikinci məktubu göndərirdik. Burada həmin məbləğdə əlavə pul qarşılığında həmin
transvestitin ünvanını satırdıq. Beləcə bir daşla iki quş. Bizə deyirdilər ki, bu əclaflıqdı. Biz də
deyirdik ki, hə əclaflıqdı. Amma yenə də bildiyimizi edirdik. Boyunbağılar, qızıllar, bilərziklər
bunları içi boş qadınlar taxıb özlərini qiymətli göstərmək isəyirdilər. Amma kasıblar acından
ölürdü. Boyundan sallanan o qır-qızıl başqa bir ailənin 3 ay dolanmasına kömək ola bilərdi. O
bilərziklə balaca oğlan məktəb kitablarını alıb dərslərini öyrənə bilərdi. Soyuq gündə ata
daxmalarının damındakı qırıq şiferi dəyişə bilərdi. Day yuxarıdan yağış yağanda otağa su
tökülməzdi. Ana həmin bilərziyin puluna uşaqlarına meyvə ala bilərdi. Balaca oğul dərsdən gəlib
dadlı şirin portağalı soyub ləzzətlə marçıltı ilə dilim-dilim ötürərdi. Balaca bacısı ilk dəfə
portağalla tanış olardı. Amma indi o qızıllar kiminsə yarıçılpaq döşlərini daha da qabardır. Ona
görə biz oğurlayırdıq. Oğurlayırdıq ki, kasıblara paylayaq. Bizə deyirdilər ki, bu ədalətli deyil.
Biz də deyirdik ki, hə, bu ədalətli deyil. Amma ədalətin özü də ədalətli deyil.
Aysel Qərargahdakı qızlarla dostlaşmışdı. Onlar birlikdə qadınlar üçün jurnal çap
edirdilər. Bu jurnalda daha seksual yox daha sevimli olmağın sirrləri öyrədilirdi. Burada uzun
burunu əməliyyatla kəsdirmək yox, uzun burunu başqalarının işinə soxmamaq öyrədilirdi.
Arıqlamaq üçün də bahalı trenajorlar, dərmanlar lazım deyildi. Sadəcə hərdən öz eviniz təmiz
olandan sonra qonşuya da otağlarını təmizləməkdə xalçalarını yumaqda kömək etmək kifayət
edərdi. Hər şey çox yaxşı gedirdi. Əvvəl elə bilirdim ki, bizim tərəfimizdə heç kəs olmayacaq.
Amma bir il ərzində bu qədər gəncin bizimlə eyni düşüncəli olduğunu görəndən sonra mən artıq
əminəm ki, biz dünyanı dəyişə bilərik.
Abbas da elə bunu deyirdi.
Uşaqlar Bakı bizim əlimizdədir. Sayımız artıq günlə yox saatla artır. Hər bir sivilizasiyanın
inkişafında bir dayanma nöqtəsi olmalıdır. Artıq dünyada hər kəsin xoşbəxt yaşaya biləcəyi
qədər texnologiyalar kəşf olunub. Biz bu gün buradan səsimizi dünya çatdırırıq. Və deyirik.
Bəsdir. STOP.
Həyat çay stəkanı kimidir. Onun içinə qaynar su doldururuq. Amma həddini aşmadan. Əgər
stəkana öz həcmindən artıq su töksək öz əlimizi yandırarıq. BƏSDİR. Danışan robotlara ehtiyac
yoxdur. Xəstəxanalardakı lallara kömək edin. Əlavə silaha ehtiyac yoxdur. Əlavə dərmanlar istehsal edin. Kosmosda həyat axtarmaq lazım deyil. Kasıb ölkələrdə gündə minlərlə insan həyatı
məhv olur. Onları tapmaq lazımdır. Onlarla dostlaşmaq lazımdır. 300 milyarda bir raket Marsdan
başqa canlı gətirəcəksə həmin pula öz planetimizi elə gözəl edə bilərik ki, başqa canlılar özləri
buraya gəlmək istəsinlər. Bəsdir. Gəlin istehsalı dayandırıb bölüşdürməni başlayaq. Siz evlərinizi
gizli kameralarla təchiz edirsiniz. Siz cangüdənlər tutursunuz. Siz silah alırsınız. Çünki həyat
təhlükəlidir. Hər an kimsə gəlib sizi oğurlaya, öldürə bilər. Sizi öldürən bəlkə 10 il əvvəl sizdən
kömək istəyən yetim bir uşaq olacaq. Siz onu tərk edib həyatın qucağına atırsınız. Sabah o
böyüyüb sizi öldürəcək.
Sonra Araz çıxış edirdi.
Bizə deyirlər ki, xalqımız axmaqdır, səviyyəsizdir. Bütün günü telekanallarda boş-boş şou
verilişlərə baxır. Televiziyaların da günahı yoxdur. Tamaşaçı nəyi tələb edirsə onu da göstərir.
Amma 10 il əvvəl bu cür proqramlar yox idi. Bəyəm 10 il əvvəl heç kəs televizora baxmırdı?
Baxırdı!!! Bəs bu gün o verilişlər bağlansa baxan olmayacaq? Olacaq!!! Gəlin gücümüzü
televiziyaya verək. Bizə öz verilişlərimiz lazımdır. Mümkün qədər çox əlaqə qurun. Ən əxlaqsız
şouların aparıcılarının dərsini verək. Görək onda kim nə deyəcək.
Sonra Aslan deyirdi.
Bizim geyimimiz qara rəngdədir. Üzərində HOST-un ulduzu. Bu köynəklər yalnız bizə
qoşulanlara verilir. Biz hər yerdə birliyimizi saxlamalıyıq. Əgər küçədə bir HOST-çu digər
HOST-çunu görürsə onunla salamlaşmalıdır. Əgər kömək lazımdırsa kömək etməlidir.
Özünüzün buraya düşməyinizi yadınıza salın. Əgər bizi tapmasaydız bəlkə bu dəqiqə
depressiyadan intihar etmiş olardınız. Sizin kimi yüzlərlə gənc var. Biz bilmirik bəlkə onlar elə
bizim kimidirlər sadəcə xəbərləri yoxdur ki, tək deyillər. Gördüyümüz hər bir insana öz
fikirlərimizi danışırıq. Öz sayımızı artırmaq üçün yox. Onları tək qoymamaq üçün.
Sonra Azad deyirdi.
Biz dünyada birliyin tərəfdarıyıq. Biz sərhədsiz, eyni dildə danışan, bərabər insanların
dünyasında yaşamaq istəyirik. Süni olan heç bir şey olmamalıdır. Sərhədlər isə sünidir. Onları
biz çəkirik, istəyəndə də dəyişirik. Quşların nə sərhədi var, nə də ki xarici pasportu. Və biz heç
vaxt görməmişik ki, bir dəstə quş başqa bir dəstə ilə müharibə etsin. Təbiətin öz harmoniyası var.
Onu pozmaq olmaz. Dünyada iki millət var. PİS insanlar və YAXŞI insanlar. Dünyada iki dil var
YALAN və HƏQİQƏT. Dünyada iki ölkə var CƏNNƏT və CƏHƏNNƏM. Ən ideal ölkə
cənnətdirsə bilin ki orada nə Banqladeş var, nə İtaliya, nə də ki Kosova. Əgər kimsə yəhudiləri
pisləyirsə bilsin ki, HZ.Musa da yəhudi olub. Əgər kimsə türkləri tərifləyirsə bilsin ki, Dədə
Qorqud da türk idi. Amma Qıpçaq Məlik də türk idi. Hər millətin içində pis də var, yaxşı da var.
İnsanlara insanlığına görə qiymət verək.
Sonra Adil davam edirdi.
Bizə sabah İslam terrorçusu deyəcəklər. Müsəlmanlar isə Mason deyəcəklər. Yəhudilər
xristianların qurduğu yalançı şərq təşkilatı deyəcək. Bəziləri skinhed deyəcək, bəziləri
kommunist deyəcək, bəziləri anarxist deyəcək. İndidən buna hazır olun. Bizdən soruşsalar siz
kimsiniz. Biz də onlardan soruşacağıq. “Bəs siz kimsiniz? Tapa bilmisiz?”Sonra mən deyirdim. Ola bilsin ki, içinizdə qəribə suallar var. Biz nə edirik? Bunun sonu nə olacaq? Dünyanı
dəyişəcəyik, yoxsa bizi öldürəcəklər? Nə qədər bu qərargahlarda yığışacağıq? Bu suallar sizi
qorxudur? Məni də qorxudur. Bizim hamımızı qorxudur. Bizim gücümüz ondadır ki,
qorxularımızı gizlətmirik. Qorxulu suallar iyrənc cavablardan daha yaxşıdır. İyrənc cavabları
bilirsiniz. Məktəb, universitet, nişan, toy, iş, uşaq, yataq, qəbir... Kim getmək istəyirsə qapı
açıqdır. Kim qayıdacaqsa qapı yenə də açıqdır. Bizə deyəcəklər ki, siz vəhşisiz, gördüyünüz işlər
ədalətsizdir. O yazıq fahişə qızlar, bəlkə aralarında bir yaxşı qız da var idi. O yazıq müəllimlər
axı onlar da rüşvəti ehtiyaclarına görə alırdılar. Yazıq narkomanlar, pis insanlar, siyasətçilər,
qatillər, əyyaşlar, sərxoşlar, mavilər axı onların hamısı pis deyil? İçlərində yaxşıları da var
axı, onda biz də cavab verəcəyik. “Biz pisik, zalımıq, aqressivik, vəhşiyik, cinayətkarıq,
amma siz bizə heç nə etməzsiz, düzdü? Axı içimizdə yəqin yaxşılar da var”.