Altıncı və yedinci bölümlər

51 6 1
                                    

Fəsil 6
Lunatiklər
Səhər duranda gözlərini açdılar ki, hərəsi bir tərəfdəydilər.Banu ilə Dəniz bir yerdə, Aylin ilə Tərifə bir, Zeynəb isə tək idi. Birinci Aylin və Tərifəyə baş çəkək. Aylin:
-Qızlar haradadırlar?
-Yatanda gəlmişik.
Banu ilə Dəniz də deyinirdilər. Banu dedi:
-Lunatikliyimiz başımıza bəladır.
-Demə day! Qızlar İnşallah sağ-salamatdırlar.
Zeynəb:
-Off! Ay Allah, görəsən, deyilən doğrudur? Bura girənlər həqiqətən çıxa bilmirlər?

Fəsil7
Zombilərlə savaş
Qızlar qalsın bir qırağa,sizə zirzəminin insanabənzər varlıqlarından danışım. Deməli, bu varlıqlar da insan ətinin iyini hiss etmişdilər. Belə ki, gizləndikləri yerlərdən çıxmağa başladılar.Həmçinin , onlar zombi adı ilə tanınırlar. Zombilərdən biri qartal kimi Tərifənin üstünə şığıdı. Aylin Tərifənin qarşısına keçdi:
- Qorxma ,Tərifə. Mən varam.Ey, zombisiniz nəsiniz bilmirəm. Nə işiniz varsa mənlə görün dostuma toxunmayın.
- Götür bu bıçağı.
- Sağ ol-Aylin döyüşə başladı və dedi:
- Çantamdan şalvarının ipini götür. O uzundur.Onunla zombiləri boğ.
Tərifə zombinin birini boğacaqkən zombi arxaya çöndü. Tərifəni itələdi. Tərifə yerə yıxıldı. Zombi üstünə gəlirdi,nə edəcəyini bilmirdi. Aylinin ağır çantasını götürüb zombinin başına tuşladı.Zombi yerə yıxıldı. Aylin isə bıçaq ilə bir çox zombi məhv etmişdi, amma bir zombi qolunu dişləmişdi. Qolundan qanlar axırdı. Tərifə Aylinin qandan qorxunu bilib təcili yarasını paltarı ilə sarıdı. Arxaya baxanda qızlar zombi sürüsü gördülər. Aylin:
-Tərifə əlini ver. Sonumuz budur.

___

Sizi belə bir anda bölümsüz buraxdığım üçün üzr istəyirəm amma, bölüm yazmalıyam. Sabah saat 3də yeni bölüm gələcək

                __^^Dəniz^^__

Yenilməz Onluq (Lunatiklər Binası 1)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin