Məktəb

62 6 1
                                    

Salam! Dünən bölüm ata bilmədim. Bu gün isə sizə çox uzun və özəl bir bölümlə gəldim. İndi hamınız düşündünüz ki, bu qızlar məktəbə getmirlər. Ona görə də sizi gözləmədən bölümdə keçirəm.
    ___

Fəsil 10
Məktəb
  Qızlar artıq məktəbə gəlmişdilər. Dərs başlayana qədər bir küncdə söhbət edirdilər. Birazdan sinif nümayəndəsi Uğur söhbət böldü:
- Qızlar müəllimə gəlir , keçin yerinizə.
  Qızlar əyləşdilər. İlk dərs tarix idi. Mövzu Aprel döyüşləri idi. Təqdimat hazırlamaq lazım idi. Sinfin ən zəifləri belə təqdimat hazırlamış, bizim qızlar hazırlamamışdılar.
  Gülbəniz müəllimə lövhədə qeydlərini ( dərsin mövzusunu, standartları , və s. ) etdikdən sonra sinfə nəzər salaraq soruşdu:
  -Kim hazırdır?- beş qızdan başqa hər kəs əl qaldırdı.
  Müəllimə əsəbiləşdi:
- Dəniz niyə hazır deyilsən? Səndən gözləməzdim. – Dəniz başını aşağı saldı.- Aylin, Tərifə hələ sizi demirəm. Bu nə haldır?- Aylin dodağının altında nə isə mırıldandı amma, ortaya heç bir şey çıxmadı.- Zeynəb nə olub sizə? Mən başa düşə bilmirəm. – Zeynəb əyləşən kimi hönkürdü. – Hələ Banuya bax . Mən də gözləyirəm bunlar indi əla videoçarxlar düzəldirlər. Sən demə, heç xəbərləri belə yox imiş. Nurlan belə hazırlaşıb. Ayıb olsun sizə!- Banu əllərini belinin arxasında bitişdirib barmaqlarını oynadır, ağırlığını bir ayağının üstünə salaraq o biri ayağının özündən bir az uzaqlaşdırıb yelləyirdi. Başını aşağı əyib gözucu müəllimə baxırdı. – Elnarə müəlliməni bu barədə məlumatlandıracam.
Axır ki, bir neçə təqdimatdan sonra dərs bitdi. İkinci dərs fransız və ərəb dili idi. Banu , Aylin və Dəniz fransız dili qrupundan, Zeynəb və Tərifə isə ərəb dili qrupundan idilər. Dərs həmişəki kimi keçdi. Heç bir problem olmadı. Üçüncü dərs riyaziyyat idi. Bu dərsdə Eşqin müəllimdən bol-bol motivasiya almaq olardı amma , bu gün yox. Çünki, müəllimin verdiyi iki səhifəni həll etməyənlər var idilər. Nəhayət, sinif nümayəndəsi Uğur müəllimi məlumatlandırdı:
  -Müəllim Tərifə və Aylin həll etməyib. Dəniz, Ə. Zeynəb, Banu və Kənan isə yarımçıq həll ediblər.
  Müəllim onları yaxşıca danladı.
  Azərbaycan dili dərsində hər şey çox sadə idi. Son dərs ingilis dili idi. Banu , Tərifə və Dəniz Arzu müəllimənin qrupundan  , Zeynəb və Aylin isə Xanım müəllimənin qrupundan idilər. Bütün qızlar dərsə hazırlıqsız gəldikləri üçün danlandılar.
  Hələ Banu , Tərifə və Dəniz “Arzu müəllimənin dərsində Azərbaycan dilində danışmaq olmaz!” qaydasını səhvən pozduqları üçün cəza aldılar. Üçüncü günə Tərifə ingilis dilində lətifə, Banu şeir  ,Dəniz isə hekayə öyrənməli idi.
  Dərslər bitdi. Qızlar yeməklərini yedilər. Həyətdə oynadılar. Sonra Elnarə müəllimədən icazə alıb kompüter otağına araşdırmaya getdilər.
  Aylin və Banu eyni kompüterdə araşdırdılar. Aylin gözünü monitordan çəkmədən dedi:
  -Qızlar keçmişdə belə bir hadisə baş verib. Lunatik beşlik dünyanı xilas edib.Onlar bu dünyada yaşamayıblar . Dünyada çevriliş baş vermişdi. Bütün insanlar Yer planetində peyda olub lunatiklər isə zaman axınında itkin düşüblər. Və bu bir əfsanədir. Amma, əfsanələr tamamilə uydurmadır demək olamaz.
  -O , lunatiklər biz ola bilərik
  - Düz deyirsən
  - Bunu heç kimə deməməliyik.

____
5l17

Yenilməz Onluq (Lunatiklər Binası 1)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin