Salam, lunatiklərim. Uzun bir aradan sonra qayıtdım. Bu əsas Zeynəbimizin şəklidir. Bu pərdə onun dilindən danışılır. Bundan sonra bölüm mahnıları qoyacam:
^See you again^
^Viva la vida^Fəsil17
Onlar bitən oldular, biz də bitirən...
Gecə o qədər də rahat yata bilməmişdim. Səhər də tərli oyandım. Gözlərimi ovuşdurub, günəşə baxdım. Par-par parıldayırdı. Ayaqlarımı bitişdirib, yatağımda düz oturdum. Bir az olanları gözdən keçirdim. Sonra yastığımın altındakı telefonuma əl atdım. Soyuq telefonu əlimə aldım, şifrəni yazdım. Heç nədən və heç kəsdən mesaj yox idi. Ən son mesaj anamdan keçən dəfə gələn mesaj idi. Sanki telefon üç ildir ki, işlədilmirdi. Düzdür, bu söhbətlərdən sonra telefonla çox işim olmayıb. Vaxtım yox idi, nə edim?
Telefonu qırağa atıb, yorğanı çəkdim. Güzgüdə özümlə göz-gözə gələndə, həm qorxdum, həm də yorğun hiss etdim. Dünəndən qalan atquyruğu aşağı əyilib, “vız” durmuşdu. Saçımı açanda şirə oxşayırdım. Bir az qızlıya çalan dolu saçlarım güzgüdə çox qəribə görünürdülər. Bir az daradım və yenidən sərt yığdım. Sərt qapı qoluna əlimi atıb soyuqluğu hiss etdim. Üşütmə bütün bədənimə yayıldı. Qapını açıb çıxacaqdım ki, ayağımda çəkələklərimin olmadığını gördüm. Geriyə qayıdıb, yatağımın yanında çəkələklərimi geyindim. Bu də qapının qolunu tutanda soyuq hiss etmədim. Çünki əlim onu istiləşdirmişdi.
Mən çıxanda Aylin və Zeynəb oyaq idilər. Biri birinci sinifdən tanıdığım dostum, digəri sanki uşaqlıqdan tanış kimi hiss etdiyim dostum...
İkisi də mənə baxırdılar. Əllərindəki qəhvələrdən tüstü çıxırdı və qoxu burnuma qədər gəlirdi:
-Sabahınız xeyir, qızlar-deyib, özümə qəhvə süzmək üçün mətbəxə yönəldim. Qəhvəni süzdükdən sonra fincan iki əlimlə sıxdım. Və bunun həzzini yaşadım. Əllərim soyuq, fincan isə isti idi. Çox əla vəhdət təşkil edirdilər. İsti və soyuq. Həsən və Uğur kimi.
Bir zamanlar çox yaxın dost olmuşdular. Mərc gələrəm ki, biz Yer’ə qayıdanda onlar yenidən dost olacaqlar. Söhbəti bilənlər ara-sıra aralarında gülüşəcəklər. Uğur da heç nə anlamayacaq. Maraqlı düşüncəyə oxşayır.
Qəhvəmlə birgə divanda yerimi rahatladım:
-Nə danışırsınız?
-Heç nə. Bir az dincəlməyə çalışırıq. Zeynəb, Dəniz deyir ki, sənə mesaj gəlibmiş. Özü də anandan. – Aylin dedi.
-Hə. Evə gələndə çörək almağımı istəmişdi. Bilmirəm, bu necə olub. – dedim.
Adaşım Zeynəb çaşqınlıqla baxırdı:
-Mən bilmirdim. Onsuz da biləcəyik. O qədər də önəmli deyil. Əsas Uğur öz həyatını yaşayır.
Birdən ağlıma gələn fikir sözlərlə dilimdən töküldü:
-Qorxuram, Uğurun bu “əl altıları” ona hər şeyi yenə açıb danışarlar.
-Bax bu qorxulu məsələdir. Burada bütün işləri həll edib, geri qayıtmalıyıq. Anam, qardaşım, atam, nənəm və bacım üçün o qədər darıxmışam ki, düşünə bilməzsiniz. Ya da düşünə bilərsiniz, çünki siz də darıxırsınız. – Aylin fikirli halda deyib, xəyallara qərq oldu. Mən də bütün ailə üzvlərimi və yaxınlarımı gözümün önümdən film lenti kimi keçirdim. Anamdan başqa xəyalımda hamı gülümsəyirdi. O da məni hiss edirdi. Mən də onu...
Yarım saat belə keçdikdən sonra qızlar hamısı oyanmışdılar.Hamımız stula əyləşdik. Stolda cürbəcür yeməklər var idi. Nərgiz sifariş etmişdi. Artıq belə şeylərə görə pis olmurdum. Çünki bundan daha pislərini yaşamışdım. Səhər yeməyi bitəndən sonra divana keçib, bir az oturdum. Telefon da kitab oxudum. Heç beş dəqiqə keçməmişdi ki, qəhvə və musiqiyə ehtiyacımı hiss etdim. Qəhvəni qaynamağa qoyub, qulaqcıqlarımı götürməyə getdim. Pleyistlərimdəki qulaq asacağım ilk mahnını seçib, qəhvəmi süzdüm. Divanda yerimi alıb, telefonu əlimə aldım.
Oxuya-oxuya bir saat keçdi. Qonaq otağına göz gəzdirdim. Aylin mətbəxdə nə isə atışdırıb, oyun oynayırdı. Banu gündəlik yazırdı. Tərifə Banunun gündəliyinə baxırdı. Dənizin də əlində kitab var idi. Qalanları isə yəqin ki, otaqlarında idilər. Telefonu qırağa qoydum. Bir az başımı masaj elədim. Həqiqətən, ağrıyırdım. Saata baxdım:
10:28
Hələ tez idi. Hara isə çıxmaq istəyirdim. Amma qızlar olmadan da heç yerə gedə bilməzdim. Çünki başıma bir iş gələ bilərdi. Tək özüm üçün qorxmuram. Mənə görə hamıya bir şey ola bilərdi. Və bir də belə şey olsa, hər halda vicdan əzabından ölərəm.
Nəysə, gərək, bu barədə çox düşünməyim. Ya da heç düşünməyim. Ayağa qalxıb, otağıma tərəf yönəldim.
Otağa girib gündəliyim əlimə aldım. Yatağımdan oturdum. Son suallar mənə, mən də onlara baxırdım. Hamısının cavabını on faiz tapmışdım. Artıq kölgələr görmürdüm. Deməli, Uğurla əlaqəli imiş. Məncə, hamısı Uğurla əlaqəlidir. Amma anamın mənim haqqımda nə bildiyindən tam əmin deyiləm.
Gözlərimi açanda üç saniyədə nifrət etdiyim gerçəkliyə qayıtdım. Belimi qaldıranda masada yatdığımı anladım. Gündəliyimi bağlayıb şkafa qoydum. Otaqda gəzişməyə başladım. Beynimi toparlayıb güzgü qarşısına keçdim. Stulu yanıma çəkib oturdum. Saçımı bir az da olsa bəzəmək istəyirdim. Qarşı tərəfdən iki kiçik tutam saç aldım. İncə tutamları üç yerə bölərək onları hördüm. Sonra qalan saçlarımı arxadan iki yerə ayırdım. Darayıb “keçi” modeli yığdım. Onları buraraq iki toppuz əldə etdim. Qalan iki incə hörüyü də onların üzərinə bərkitdim. Sonda əla görünürdüm.
Qapıya əla atıb soyuqluğa güc gələrək otaqdan çıxdım. Dənizdən başqa hamı oturmuşdu. Oturmaq lazım olduğunu hiss etmədim. Bildiyimi edərək Dənizin otağına getdim. Uzanıb kitab oxuyurdu. Yəqin ki, hara isə getmək istəmirdi. Əmin deyildim:
-Dəniz, gəzintiyə çıxmaq istəmirsən? - Mən yatağına oturanda üzündəki ifadə dəyişmişdi. Son söz ağzımdan çıxan kimi dik atıldı. Sanki gəldiyimi indi hiss edirdi. Gülümsədi:
-Özü də hamıdan çox. – Yumruqlarını yatağa basdırıb sıçrayaraq ayağa qalxdı. Toppuzunu işıq sürəti ilə yığdı. Qapının qabağına çatanda “gəl” işarəsi verdi. Mən hələ də oturmuşdum. Qalxıb onun arxasınca otaqdan çıxdım.
Gözlər bizə dönməmişdi belə. Hər kəs öz işində idi. İşləri də yerə baxmaqdan ibarət idi. Mən divana yaxınlaşıb Həcərin yanına oturacaqdım ki, Dəniz özünü toplayıb, öskürdü:
-Havaya ehtiyacınız var. – İkinci sözü kinayə ilə dedi. Haqlı idi. Sanki hamı robot idi. Göstəriş vermək laxım idi. Bunu Dənizdən başqası edə bilməzdi. Hamı qalxdı.
Paltomu alıb geyindim. Düymələrini bağlamamış ayaqqabılarımı bağlamağa başladım. Qapını açıb qaçaraq Dənizə çatmağa çalışdım. Buna nail oldum da. Mənim həyatımı dəyişdirən küçəyə çatmışdıq.
“Kostyumlar məhəlləsinə xoş gəlmisiniz”
Arxamı dönəndə bizim bütün sinfin oğlanlarının döngədən bizə tərəf gəldiyini gördüm. Dəniz mavi bir evin qarşısında dayandı. Cibindən açar götürüb qapını açdı. İçəri daxil oldu. Dənizə qəribə bir baxış atdım:
-Bura haradır?
-Hamımızın burada bir evi var. Bu da mənim evim. - Yenə gülümsədi. – Bu gün bu evdə şənlik var. - Həqiqətən, ev hazırlanmışdı. -Gəlin, görək. Mən hər şeyi hazırlamışam. Mahnını da qoşaq. Mən kokteyllərimizi gətirəcəyəm.
Mən düyməyə basanda “Goodbye” mahnısı başladı. Bu mahnını çox sevirdim. Sonra Ayşədən kokteylimi aldım. Buz kimi kokteyli içməyə başladım. Çox dadlı idi.
“My enemy” mahnısında pəncərədən səs eşitdik. Pəncərəyə şiddətlə dəyən daş onu deşib Zeynəbin ayağına dəymişdi. Mahnını dayandırdım. Zeynəbin yanına qaçdım. Hamı ora toplaşmışdı. Həsən pəncərədən çölə baxırdı:
-Hələlik, buradan çıxmasaq yaxşı olacaq. Çöldə bizi nəyin gözlədiyindən əmin deyilik. İkimərtəbəli evdir. Hamı 3-4 nəfərlik qrup halında gəzsin. Otaqlarda tək oturmaq yoxdur. Əsasən, hamımız qonaq otağında oturaq. Turan, Ammar pəncərələri bağlayın. - Birdəfəyə danışırdı. Az qala nəfəsi kəsilmişdi-Pərdələri bağlayın. Hamı burada otursun. Bir-birimizə dayaq olmalıyıq. Qızların savaş üçün heç bir şeyləri yoxdur. Bizim isə xəncərlərimiz var. Lakin bəs etməz. Ona görə çölə çıxmaq heç ağıllı bir fikir deyil.
Bir saat idi ki, telefonda kitab oxuyurdum. Arabir hamıya göz gəzdirirdim. Dəniz, Həsən və mən kitab oxuyurduq. Banu və Tərifə şəkil çəkirdi. Turan, Ammar, Kənan və Məsud söhbət edirdilər. Ömər və digər Uğur yemək yeyirdilər. Sənan ona hədiyyə verilən kitaba baxırdı, amma oxumurdu. Yaqub,Talıb, İsa və Nurlan LEGO düzəldirdilər. Hüseyn futbola baxırdı. Ara sıra “Ofsayt deyil. Tər-təmiz qoldur.” deyirdi. Mehman Yaqubgilə baxırdı. Nərgiz, Ayşə, Zeynəb, Həcər, Aylin və Məleykə monopoliya oynayırdılar. Səs-küy olduğuna indi fikir verirdim. Telefonumun yuxarı sağ hissəsinə baxanda saat 15:23 idi. Telefonumun batareyası da 32% idi. Bir saat yarım idi ki, kitab oxuyurdum. Gözlərim və başım ağrıyırdı. Qızlara qoşuldum. Papaq formalı fiqur məni təmsil edirdi. Süni pulları götürüb zəri atdım. Üç bə beş yəni səkkiz gəldi. Papağı səkkiz dəfə ilərilətdim. Və sıra Məleykəyə keçdi. Oyun beləcə davam etdi. Oyunun sonunda Nərgiz qazandı. Sonra Yaqubgilə kömək etdim. Maşın fiqurunu mən düzəltdim. Düzdür, içinə qədər kiçik parçaları düzgün yığmaq bir o qədər çətin idi. Sonra hövsələm çatmadı.
Hüseynin yanı boş idi. Bir az zarafat etmək istədim və yanına oturdum:
-Hüseyn, kirli qol çıxmadı?-güldü.
Banu və Tərifənin çəkdiyi şəkilə baxaraq mətbəxə yönəldim. Özümə sendviç hazırlayıb masaya əyləşdim. Birinci, Ömər stola tökdüyü çörək qırıntılarını yığışdırmalı oldum. Sonra öz sendviçimi yedim. Çox qeyri-adi bir dadı yox idi, lakin acından ölən insan üçün əla bir seçim idi.
Saatların keçməsini istədiyim üçün boş işlər görürdüm. Telefonu yenidən əlimə alanda 17:38 ilə qarşılaşdım:
-Həsən, çox gec oldu. Siz gedin çölü yoxla- Ağlıma bir şey gəldi. Biz sehrlə evə gedə bilərdik. – Biz sehrlə evə gedə bilərik. - Həsən telefondan başını qaldırmadan gözlərini mənə tuşlamışdı. Son cümləmdən sonra başını da qaldırdı. Sifəti qəribə bir hal aldı. İndi anlamışdı. Hamı başını qaldırıb əsəbi vəziyyətdə Həsənə baxırdı:
-Mən də ağıl olmadığını demişdim? - Həsən öz başına vurdu. Vurmaqdan çox oxşamağa bənzəyirdi.
-Qardaşım, biz bunu zatən bilirdik. Sənə öyrətməyə çalışırdıq. - Həsən Məsudu gözucu süzdü. Bu sözlər ona bir az da olsa batmışdı. Buna görə də gülmədim:
-Yaxşı, sehri kimlər edə bilər?
-Mən istədiyim qədər insanı apara bilərəm. - Nərgiz dedi.
-Mənim 20-dən artıq gücüm yoxdur, amma biz on beş nəfərik. Qızlar siz Nərgizlə gedin. - Həsən ayağa qalxdı.
Məleykə, adaşım, Həcər və Ayşə bir ağızdan dedi:
-Mən özüm gedərəm. - və yox oldular. Cəmi altı qız qalmışdıq. Nərgiz, mən, Dəniz, Aylin, Tərifə və Banu...
Nərgizin bir çırtıq çalması ilə bir göz qırpımında evdə idik. Bu sehr məsələlərini sevmirəm, amma məcbur idik.
Bu gün vrou ayının 19-u, avqust ayının 18-i idi. İki gün sonra hər şey dəyişə bilərdi. Zeynəbi nəzərdə tuturdum. Biz artıq geri qayıtma planları qururduq. Səhər gözümü açanda bədənim ağrılardan daş vəziyyəti almışdı. Hərəkət edə bilmirdim. Bir-iki dəfə döndükdən sonra əllərimi bərkidib qalxa bildim. Eləcə, yataqda oturmuşdum. Ayaqlarım yerlə təmas edəndə anidən sıçradım. Buz kimi döşəmə məni ayılda bilmişdi. Çəkələklərimi geyinib dikəldim. Bir az əsnədikdən və rahatladıqdan sonra güzgü qarşısına keçdim. Burda niyə durduğumu bilmirdim. Sonra şkafı açdım. Anamın toxuduğu yun koftaya əl atdım. Qalınlığı və verdiyi istilik hissi adamı valeh edirdi. Pijamamı dəyişmədən koftanı əynimə keçirdim. Toppuzumu açıb yenilədim. O soyuq qapıya toxunduqdan sonra tam oyandığıma əmin idim. Heç kəs yox idi. Dənizin otağına getməyi qərara aldım. Qapını açıb içəri girəndə çox qəribə halda uzanmışdı. Yorğanın yarısı və qolu yerdə idi. Məncə, gülməli görünürdü. Birinci qoluna vurmağa başladım, sonra isə belinə...
-Sən hər gün başıma bəla olacaqsan? – Başımı aşağı və yuxarı yellədim. Gülümsəyib yorğanı üstümə atdı. Bir az döyüşdən sonra ayağa alxdı. İkimizdə mətbəxə getdik
Soyuducunu açıb kolbasa rulonu götürdü. İncə dilimlərə ayırdı. Mən xiyar turşusu, Ketçup və mayonez götürdüm. Ketçup və mayonezi qarışdırıb içinə xiyar turşularını incə-incə doğradım. Onları qarışdırıb iki dilim çörəyin içinə yaydım. Zeynəb üzərinə kolbasaları yığdı. Masaya əyləşdik. Çörəkləri alıb yeməyə başladıq. İlk dişləmdən Dənizin üzündə güllər açırdı. Yəqin ki, çox ac idi. Amma sendviç də çox dadlı idi. Sousla kolbasa yaxşıca qarışmışdı. İlk yeyib bitirən Dəniz oldu. Sonra ikimizə də çay süzdü. Mən hələ də yeyib qurtarmamışdım. Onu bitirəndən sonra çay stəkanıma üç çay qaşığı şəkər əlavə etdim. Dünən Nərgizin aldığı kiçik qoğalları çıxartdım. Dəniz çox bəyəndi, lakin mən bəyənmədim. Qoğalı o qədər də sevmirəm.
Telefonu otağımda qoyduğum indi yadıma düşdü. Gedib telefonumu götürdüm. Qonaq otağına geri qayıtdım. Saat 10:18 idi. Heç kimin oyanmadığına təəccübləndim. Bəlkə də oyanıb otaqlarında oturmuşdular.
Dənizin ürəyinin sıxıldığı üzündən anlaşılırdı :
-Gəl, salat hazırlayaq. Xiyar, pomidor, soğan və göyərti var. – heç nə demədim.
Soğanları soymağa başladım. Dəniz də xiyar doğrayırdı. Soğanları doğramağa başlayanda gözlərim bir az yandı. Sonra ağlamğa başladım. Dəniz belə ağlayırdı.
Qapı səsi eşitdik. Nərgiz gəlmişdi:
-Niyə ağlayırsınız? Nə olub?
-Soğan doğrayıram-dedim.
-Niyə?
-Dənizin ürəyi sıxılır. Salat hazırlayırıq. Sən də pomidorları doğra. - Nərgiz soyuducunu açıb pomidorları götürdü və yudu. Onları doğrayanda soğanın iyi ona da getmişdi və gözləri yaşarmışdı.
Yaşıl dərin qabı çıxartdım. Soğanları əlavə etdim. Sonra qızlar pomidor və xiyarı da əlavə etdilər. Göyərtiləri çeşidinə görə doğradıq və onları da əlavə etdik.
Nərgiz qarışdırdı və mən yağ tökdüm. Duzu da əlavə edəndən sonra Dəniz üç qab və çəngəl gətirdi. Yeməyə başladıq. Dadını bəyənmişdim. Pomidorlar bir az qalın olmuşdu, amma bunun salatın dadına heç bir maneəsi yox idi. Sonra bütün qızlar oyandı. Hamısına salatın dadına baxmağı əmr etdik. Və düşünvcələrini kağıza yazıb on üzərindən xal verdilər:
Banu-Yağı çoxdur. Soğana ehtiyac yox idi. 10/8
Aylin-Tərəvəzlərin bəziləri alın idi. 10/9
Tərifə-Yağ sevmirəm. 10/9
Ayşə-Soğanı çoxdur. Duzu azdır. Yağı çoxdur. Pomidorlar əzilib 10/7
Həcər-Soğanı tam tutdura bilməmisiniz. 10/9
Zeynəb-Əla! 10/10
Məleykə-Duzu yaxşı deyil. 10/9
Çox da əla sayılmazdı, amma dadlı idi. Yəni yemək olar.
Yeməkdən sonra bir az oturub elektron kitab oxudum. Təxminən 6 bölüm... Sonra yorulub otağıma getmək üçün divandan qalxdım. Otağıma girib yatağıma oturdum. Çəkələklərimi çıxarıb uzandım. Sonra narahat hiss edib ayağa qalxdım. Yorğanın altına girdim və yeni bir bölüm açıb oxumağa başladım. Oxuduğum kitabda qız çarəsizcə çırpınır və heç kim onu eşitmir. Qız öz talehinə razı olmur və, sadəcə, savaşmağa çalışır. Mənim buna belə gücüm yoxdur.
Qızın keçdiyi çətinliklərə görə bir az kövrəldim. Sonra öz halıma kövrəlməli olduğumu anlayıb yorğanın altından qalxdım. Bədənim bir az tərli idi. Duş almazdan əvvəl paltarlarımı hazırlamalıydım. Şkafı açdım və bir müddət baxdım. Yaşıl koftamla şalvarımı çıxardım. Yayda şort geyinməyi sevmirdim. Bol paraşüt şalvarlar həmişə ən sevimlim olub. Sonra otağımdan çıxdım. Hamama daxil olub buz kimi suyu açdım. Bir az öyrəşməyə çalışdım.
Otağıma qayıdıb əynimi geyindim. Güzgü qarşısına keçdim. Almacıq sümüklərimə qədər uzanan uzun boyunbağını əlimə aldım. Boğazıma taxıb yoxladım. Bəyəndim və boynumda qaldı. Sonra sırğa axtarışına keçdim. Kiçik siyirməni açdım və balaca bir qutu çıxartdım. Qutuda uzunsov, böyük, yumru, kiçik və s. Növ sırğalar var idi. Bu sırğaları seçmək çətin idi. Seçim etmək də o qədər də yaxşı deyildim. Hamısını komodun önünə tökdüm. Uzun, sallanan və ucunda qaş olan sırğaları çox bəyəndim. Taxıb yoxladıqda isə lap əmin oldum.
Saçlarımı yaş-yaş daradım. Bundan sonra feni şkafdan çıxarıb. Saçlarımı qurutmağa başladım. Tam qurumamış dayandım. Saçımı çox qurutmaq xoşuma gəlmirdi. Feni şkafa yerləşdirib saçımı yenidən daradım. Qızılı saçlarımı varis “İrithel”ə oxşatdım. Bir az özümlə fəxr etdim və fikir verdim ki, qamətim düzəldi. İki saatdır ki, əyri durduğumun indi fərqinə vardım. Telefonumu yatağımın üstündən götürüb otağımdan çıxdım. Qızların çoxu divanda oturmuşdular. Sadəcə, Nərgiz və Tərifə yox idi. Onlar da yəqin ki, otaqlarında oturmuşdular. Aylin və Banu telefona baxırdılar. Arada bir-birlərinə nə isə göstərirdilər. Təkcə diqqətimi çəkən onlar oldular, çünki gülüşürdülər. Qalan hamı öz işində idi. Yəni sakitlik idi.
Özümə qəhvə süzdüm. Duş aldıqdan sonra qəhvə içməyi vərdiş etmişdim.
Divanda yerimi rahatlayıb qəhvə fincanını qamarladım. Rahatca oturmuşdum ki, telefonuma zəng gəldi. Nömrə yad idi. Həm yad, həm də tanış bir nömrə...
_____________________
Ümid edirəm bəyənərsiniz...
ŞİMDİ OKUDUĞUN
Yenilməz Onluq (Lunatiklər Binası 1)
FantasiTamamlandı. Kitab oldu. Bütün haqları yazıçı Dəniz Şıxəlizadəyə məxsusdur.