Üçüncü pərdə Mənim kartlarım qurtarır

43 4 4
                                    

Fəsil 4
Mənim kartlarım qurtarır
Bir ay bundan əvvəl Tərifəni qınayan mən , bu dəqiqə ondan daha çox çökmüşdüm. Çökmüşdük. Amma bunu etməli idim. Hər şeyin bir sonu var. Ya pis ya yaxşı... Heç nə bilmirdim. Tək bir şey bilirdim ki, bunu etməli idim.
Bir gün boyunca otağımdan heç çıxmadım. Sadəcə, oturdum, ağladım, düşündüm və yenə ağladım.
Bu gün isə daha yaxşıyam. Otağımdan çıxdım. Mətbəxə yönəldin. Qızlar artıq masanın ətrafında qərar tutmuşdular. Aylin mənə baxıb gülümsədi:
-Axır ki, oyandı yatan gözəl... Sabahınız xeyir, Zeynəb xanım... Necəsən? Özünü necə hiss edirsən?
-Bəli , xanım Aylin. Oyandım. Yaxşıyam. Dünənkindən daha yaxşıyam.-Sözləri ard-arda düzdüm. Cümləni bitirən kimi hamama keçdim. Dişlərimi  fırçaladım. Üzümü yudum.
Mətbəxə geri qayıdanda Nərgizin yandırdığı yumurtalara göz gəzdirdim. Tavanın dibini qazıyırdı. Bu evdə məndən başqa heç kim yemək bişirə bilmirdi. Getdi, canım yumurtalar... Gözlərimi qıydın:
-Nə gözəl yumurta bişirmisiniz. Yanmış sosiskalarla bəzədilmiş zil qara yumurta...-Başımı yavaşca salladım.
Nərgiz dedi:
-Gəlib bişirsəydin.
-Mən bişirəcəm. Yumurta gətir görüm.
-Lazım deyil . Sifariş vermişik.
-Biz sifariş verməyi bilirik?-Sualedici baxışlarla qızları süzdüm. Hamısı bura öyrəşmişdi. Bircə mən qalmışdım. Nərgizgili bildim. Bəs, Aylin və Banu... Tərifə hər gün ağlayır. Buna əminəm. Dənizin artıq gözləri şişib. Amma Banu ilə Aylin çox əla həyat tərzi yaşayırdılar. Bağırmaq istəyirdim. Özümü tutacaq da deyildim:
-Siz necə bu qədər rahat ola bilirsiniz? Əsas da Aylin və Banu. Bəli... Mənə elə baxmayın. Düz deyirəm. Artıq susub otura bilmərəm. İlk başda lənət olası bir şeyə baş qoşdum. Sonra hamımız baş qoşduq. Sonra savaş kimi bir şey. Hamımız oyuncaq olduq. Sonra qızlar sizi tapdıq. Səbəbsiz yerə birdən-birə öyrəşdik. Sonra planetləri gəzdik. Əladır. Siz , elə bil ,oyundasınız. Ailələrimizdən ayrılırıq. Heç birinizin vecinə deyil. Mən isə anam üçün darıxıram. Nə edəcəyiksə edək. Və evimə qayıdım. Sonra siz istədiyiniz istirahəti edərsiniz. Məni bu həddə gətirdiyiniz üçün çox sağ olun-Dərin bir iç çəkdim. Titrək göz yaşları ilə birgə otağıma getdim. Şkafı açdım. Göz gəzdirib anamın mənim üçün toxuduğu paltarlardan birini götürdüm. Yatağıma uzanıb paltarın bütün tikişlərinə göz gəzdirdim. Sonra onu qucaqladım. Və yenidən , təkrar ağlamağa başladım. Artıq göz yaşlarımla bütünləşirdim...

_____
Salam minik lunatiklərim...
Uzun bir aradan sonra duyğulu bir bölümlər qarşınızdayam. Burdan sonra bölümlər adrenalinli olacaq.
Bölüm atmamağın səbəbinə gəldikdə isə , neçə gündür çox xəstəyəm. Daha doğrusu ilk bir həftə dərslərim çox idi. Sonra isə araya xəstəlik girdi. Dərsə gedə bilmirəm hələ də xəstəyəm. Əgər bu gün bir bölüm də yaza bilsəm sabah bölüm ataram. Əgər yaza bilməsəm sabah dərsə getməsəm yazaram. Xudahafiz...

Yenilməz Onluq (Lunatiklər Binası 1)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin