Üçüncü pərdə Qarşı-qarşıya

52 3 14
                                    

Fəsil 11
Qarşı-qarşıya
  Səhər gözümü açanda qarşımda bir şəxs gördüm. Çığırmaq istəyirdim ki, ağzımı tutdu:
  -Sakit ol. Mənəm. Siz də hamınız məndən qorxursunuz. Səssiz ol. Uğur eşitmədən durmaq gedək.-Adaşıma nolub, görəsən? Heç nə demədim. Çox bəzəkli geyinmişdi.  Qonaq otağına keçəndə bütün qızların əsl savaşçı kimi paltarlar geyindiyini gördüm. Ağzım açıla qalmışdı ki, Nərgiz dedi:
  -Oyunu qaydalarına görə oynamalıyıq.-O ani hislə bütün qızlara baxdım. Dəniz əlini çənəsinin altına qoymuşdu. Əynində mavi hər tərəfdən dəmirlərlə əhatə olunmuş bir paltar geyinmişdi. Sinəsinin altındakı iplər boğazına qədər uzanıb boynunda bitişirdi. Çiyinlərinin altından ağ köynək uzanırdı və ən əsası paltarın aşağısına doğru uzanan xəncər var idi.Saçı yandan bir az ayrılmış və açıq idi.
  Onun yanında əllərini sinəsində qovuşdurmuş və qırmızılara bürünmüş Tərifəyə baxdım. Saçını arxadan qəribə bir vəziyyətdə toplamışdı. Amma demək olar ki, açıq idi. Və bu ona çox yaraşırdı.Boğazında sinəsinə qədər qırmızı naxışlı bir dəmir var idi. Bunun onun boynunu sıxdığından  çox əmin  idim. Qulağında parlayan qırmızı bir sırğa var idi. Çiyin sümüklərinə tam çatmamış yaşıl naxışlarla başlayaraq aşağıya doğru tünd-qırmızı rəngə bürünən paltar geyinmişdi. Beli dəmirlərlə bağlı idi və yenə bir xəncər sallanırdı.
Sonra əlini qarşısında madmazel kimi tutmuş Aylinə göz gəzdirdim. Saçı toppuz yığılmışdı. Ət rəngi bir dəmir onu çevrələyir və tam ortasında yaşıl bir qaş var idi. Qulağında kristal şəklində sırğalar var idi. Boğazında dəmir ət rəngi yarpaqlı və ortada yaşıl kristal olan bir boyunbağı var idi. Və hamının əksinə onun qolları yox idi. Sadəcə, sinəsinin üstündən aşağıya doğru dar bir don var idi.Donun üzərində iki tərəfdən başlayaraq qarnına doğru birləşən naxışlar var idi. Belinə isə boyunbağındakı dəmir yarpaqlardan var idi. Və ondan aşağı da bir xəncər sallanırdı.
  Ayaq üstə sağ əli ilə divana söykənmiş Banuya sarı döndüm. Saçı açıq idi lakin, Sarı bir dəmir saçının arxasından bürünürdü. Əynində bir çiyni olan və o biri çiyni olmayan kətan boş bir don var idi. Sondan aşağıya doğru saçaqları sallanırdı. Ən sadə o idi. Deyəsən xəncəri yox idi. Aylinə  sarı çevriləndə Banun boş  saxlanılmış kətanının altından uzanan xəncəri gördüm. Və iki saat saymağa dəyməz. Elə bil ki, kraliyyət otağında oturmuşdum. Zeynəb bir çırtıq çaldı. Əynimdə qara qaşları olan uzun bir paltar gördüm. Xəncər isə düz yanından sallanırdı.
  Birdən Zeynəbin səsi eşidildi:
  -Hə , qızlar. Hazırsınız? Gedək.-Gedirik.Mən hazır deyiləm. Bu paltar çox sıxır.Boynumdakı dəmir desən artıq boyumu qızartmışdı. Bir dəqiqə.... Bəs, Uğuru niyə aparmırıq?
  -Uğur niyə gəlmir?
  -O gəlməyəcək-Son sözü hecalayaraq bərk səslə dedi.  Onda gedirik savaş verməyə. Biləyimizin haqqı ilə qazanmağa və əzməyə ... Kim hazır deyil belə qarşı-qarşıya? Üç, iki, bir ,oyun başlasın...
_____________________
Salam, minik lunatiklərim...
Ard-arda bölümlər gəlir. Bu axşam saat səkkizdə də bir bölüm atmaq istəyirəm. Bu bölümü çox sevdim. Əsasən də, paltarlar...
Yəni əla tempo ilə davam edirik.
Xudahafiz,minik lunatiklərimm.
                                         
                                         ~Dəniz~

Yenilməz Onluq (Lunatiklər Binası 1)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin