Fəsil 1
Bir bu qalmışdı...
(Zeynəbin adından)
Səhər gözümü yaşıl ulduzlarla bəzədiyim tavana açdım. Bir az gərnəşib qalxdım. İncə pasteli ayağımla itələyərək özümdən uzaqlaşdırdım. Ayağa duran kimi paltarlarımı dəyişməmiş mətbəxə yönəldim. Anam masanın üstünü yeməklərlə bəzəmişdi. Solğun vəziyyətdə anama heç nə demədən masaya tərəf çevrildim. Anam yumurta yapışmasın deyə taxta qaşıqla çevirəndə dedi:
- Sənin də sabahın xeyir, Zeynəb.
-Sabahın xeyir , ana .-Üzümü turşudaraq dedim. Ağzıma bir dənə zeytun atıb mətbəxdən çıxdım. Hamama getdim. Üzümə iki dəfə su çırpdım. Güzgüdə özümə baxdım. Tez hamamdan çıxdım. Ayılmışdım. Yenə yatağıma qayıtdım. Telefonu əlimə alanda ilk olaraq “Lunatiklər” qrupuna girdim. Heç bir mesaj yox idi. Sonra telefonu söndürüb paltarlarımı dəyişdim. Mətbəxə gedəndə masa başında atamın dini bir kitab oxuduğunu gördüm. Atama yaxınlaşdım. Yanağımdan öpdü:
-Sabahın xeyir , ata.
-Sabahın xeyir, qızım.
Yeməyimi yedim. Heç bacı-qardaşımla da danışmadım. Anama yaxınlaşıb yaltaqlıq edərək yanağından öpdüm:
-Ana , mən Dənizgilə gedirəm.
-Yaxşı. Dənizlə danışmısan?
-Hə , ana .
-Təranə xanıma məndən salam de.
-Yaxşı, ana.
Otağıma qaçdım. Telefonumu götürüb çıxdım. Sürətlə pilləkənləri düşüb Dənizgilin tünd-qəhvəyi qapılarını döydüm. Qapını Aylin açdı:
-Salam Zeynəb.
-Salam Aylin. Qızlar gəlib?
-Hə . Gəl.
Ayaqqabılarımı çıxarıb qırağa qoydum. Dəhlizin sonunda qonaq otağı var idi. Ora çatan kimi baxdım ki, hamı gəlib. Mən də gəldiyimə görə kadr tamamlanırdı. Əvvəl sözə Dəniz başladı:
-Bu zəngi nə edək? Zəngdə deyir ki, hamının düşüncələri yolun sonunu gətirəcək. Bu nə demək olar bilər. Düşüncə problemi gözə görünən şeylərlə əlaqəlidir. Gözə görünən şeylər isə şizofreniya ilə əlaqəlidir. Amma hər kəs şizofreniya xəstəsi ola bilməz.
Ağlıma gələn fikri tez dedim:
-Əslində sırf belə olmalı deyil. Bəlkə , başqa bir şey var. Bunu , ancaq gözlə görə bilərik. Gözlə görə bilmək üçünsə Lovitaya getməliyik.
Heç nəyi başa düşmürdüm. Bir çox söhbətlər keçdi. Amma əldə var çoxlu fikir və sıfır nəticə...
______
Hər kəsə üçüncü pərdədən salam, minik lunatiklərim...
Bundan sonra üçüncü pərdə Zeynəbin adından danışılacaq. Məncə, belə daha maraqlı olacaq. Bu arada altıncı və bazar günləri saat 3 də və 8də bölüm atacam
ŞİMDİ OKUDUĞUN
Yenilməz Onluq (Lunatiklər Binası 1)
FantasyTamamlandı. Kitab oldu. Bütün haqları yazıçı Dəniz Şıxəlizadəyə məxsusdur.