Salam, minlərcə lunatiklər. Bir ay aradan sonra açıqlayıcı bir bölümlə qarşınızdayam.
_______________
Fəsil 14
Tanrı bizdən yanaydı
Bəzi şeyləri düşündükcə nəticə çıxarmaq əvəzinə düşüncə səni içinə çəkirdi. O anı yaşayırdım. Uğur Həsənin gücünü oğurlayırdı? Yoxsa Zeynəbin? Uğur öz güclərini nə zamansa itirmiş olmalı idi. Ya da heç gücləri olmamışdı. Yaxşı, hər gün məktəbə gələrək bu qədər işi necə çevirə bilmişdi? Bizim sinifdəki uşaqlar bu şeyləri bizdən əvvəl bilirdilər? Bunları bilməyin bir yolu var.
Telefonumu götürüb Həsənin profilinə daxil oldum:
“Oyanmısınız? Gələ bilərəm? Bəzi suallarım var.”
“Gəl. Turan, Ammar və mən gecə yatmamışıq.”
“Gəlirəm.” – Yazıb əynimi dəyişdim. Telefonu əlimə alıb sürətlə evdən çıxdım. Təxminən 20 metr sonra mavi evə çatdım. Qapını döydüm.
Qapını gözlərinin altı gömgöy olan Həsən açdı. Yuxusuzluqdan bu hala gəlmişdi. Heç nə demədən içəri daxil oldum.
Turan, Ammar, Kənan və Məsud mənə baxırdı. Salam verib divana yerimi rahatladım.
Ammar qəhvə süzərkən soruşdu:
-Nolub?
-Siz bu işləri bizdən əvvəl bilirsiniz?
- Üç yaşımızdan-Bir ağıza əsəbi şəkildə dedilər. Bir az ürkdüm.
- Necə?
- Bax, - Həsən çətin nəfəs verib, əyləşdi- Bizim üç yaşımız olanda hamımız birgə böyümüşük. Turan, Ammar, Kənan, Məsud, Uğur və mən. Uşaqlıqdan mən hamısından fərqlənirdim. Bəzən çox ağır şeyləri qaldırır, təhlükəni öncədən duyurdum. Sonra biz bu güclərdən istifadə edirdik. Kinolardan gördüyümüz kimi hamıdan gizlədirdik. Yaxşı ki, demirdik. Uğur məni yavaş-yavaş qısqanırdı. Dava edirdik. Bir gün bizə gəlib dedi ki, mənim də güclərim var həqiqətən var idi. Amma istifadə edə bilmirdi. Sonra mənə zərər verməyə başladı. Bədənimdə dəhşətli ağrılar hiss edirdim. Uğur bədənimə hökm edirdi. Səkkiz yaşımda bunu anlamışdım. Amma barışmışdıq və heç kimə deməmişdim. Sən demə, yenə davam edirmiş. Bura gəldikdən sonra isə məndən uzaqlaşdığı üçün Sarah’ın – İlk dəfə Zeynəbin əsl adını deyən bir adamı eşidirdim. Deyəsən, buna öyrəşməli idim. - gücündən istifadə etməyə başladı. Məni bura gətirən onda çoxdan qalmış güclərimin siqnallarıdır. İndi intiqam vaxtıdır. Hər dəfə bizi görəndə yoxa çıxır. Bilir ki, ondan çox güclüyəm. – O danışıb qurtardı. Amma mən tərpənmirdim. Beşi də otağa getdi. Mənsə bir azdan çıxıb evə getdim.
Mən evə qayıdanda hamı oyanmışdı. Saat on bir idi. Ən gözəli heç kim hara getdiyimi soruşmurdu. Hamısı bəzəkli paltarlarını geymişdilər. Bu mənim də belə geyinməli olduğumu bildirirdi. Otağıma keçib qara zərli donu zorla başımdan aşağı geydim. Xəncəri də salladım yanına. Sonra saçımı toppuz yığdım. Otaqdan çıxdım. Qızlara başımı salladım. Heç kim danışmaq istəmirdi. Hamımız evdən çıxdıq yolda oğlanları da gördüm, onlar da döyüşçü kimi geyinmişdilər.
Bir səyahətdən sonra Z planetinə çatdıq. Şəhər binasının xarabalığına daxil olduq. O şkafı yenidən açdıq və içindən Sarah’ı tapdıq. Ağardıcı ilə hərfi ağardıb əvvəlki halına qaytardıq. Daha da sonraya apara bilərdik. Amma zamanlar qarışar və Zeynəb bu dəqiqə də yox ola bilərdi.
Çölə çıxanda qarşımızda Uğuru gördük. Həsən təzim etdi
-Bu nə xoş təsadüf! - əsəbdən Uğurun üzərinə cumdu. Uğur yenə yoxa çıxdı. Sonra mənim arxamda peyda oldu:
- Salam. Necəsən? Zeyno... - Əsəbiləşirdim. Əlimlə qarnına yumruq vurdum. Amma güldü. Sonra heç gözləmədiyim bir hadisə oldu. Özümü otağımda tapdım. Və bunu özüm etmişdim. Deyəsəən, güclərim ortaya çıxırdı. Onları istifadə edə bilmirdim. Heç kimə deməyəcəkdim. Çünki bu dünyalarda güclərimi əlimdən ala bilərdilər. Yatağıma uzanıb səbəbsizcə ağlamağa başladım. Bu qədər şey bəs etmirmiş kimi bir də güclərimin içində boğulacaqdım...
__________________________________
Bundan sonra bor duyğulu bölüm gələcək. Və toparlanacağıq. Xarakter şəkillərini də müəyyən edib vaxtım olanda atacam. <3
~Shixelizadeh~
ŞİMDİ OKUDUĞUN
Yenilməz Onluq (Lunatiklər Binası 1)
FantasiTamamlandı. Kitab oldu. Bütün haqları yazıçı Dəniz Şıxəlizadəyə məxsusdur.