Fəsil 9
Üçüncü planetin sirri
Aylin və Nərgiz telefondan hər şeyi izləyirdilər. Onlar qəribə bir planetə getmişdilər. Məsələ bu idi ki, həmin planet Günəş sistemində yerləşirdi. Lakin bunu, sadəcə, Nərgizgil bilirdilər. Hadisələr Süd yolu qalaktikasında baş verirdi. Banunun airtag'i isə Qara işıq qalaktikasını əhatə edirdi. Raket isə Süd yolunda idi. Görəsən, hadisə hansı planetdə baş verirdi? Nərgiz bütün məlumatları Aylingilə ötürmüşdü. Aylin dedi:
-Raket Süd yolundadır. Hansı planet ola bilər.
-Bilmək olmaz.
- Məncə, Merkuri.
-Ora çox istidir.
-Yupiter
Beləcə, fikirlər uçuşurdu.
Həcər bir gün nənəsi ilə xəbərlərə baxırdı:
-Marsı çəkən bütün cihazlar itib.
Həcər bu xəbəri qrupa yazdı:
Həcər*
Qızlar, deyəsən, zombilər cihazları məhv edib Marsda məskən salıblar.
Zeynəb*
Ola bilər
Ayşə
Əla fikirdir.
Nərgiz*
Ayşə sən bekarsan. Get işini gör. Deyir əla fikirdir. Ayşə təcili şəkildə həkimə get. Telefona baxmaqdan gözlərin dönüb. Qız gəlib burda deyir ki, zombilər gedib Marsa. Dilim də alınmır e deməyə. Elə bil kino çəkirik. Sən gəlib deyirsən əla fikirdir. Allah ağıl versin.
_______
Bu bölümü üzr hədiyyəsi olaraq qəbul edin.
ŞİMDİ OKUDUĞUN
Yenilməz Onluq (Lunatiklər Binası 1)
FantasyTamamlandı. Kitab oldu. Bütün haqları yazıçı Dəniz Şıxəlizadəyə məxsusdur.