Fəsil 18
Məleykə tapıldı
Aylin əlində maşa ilə qayıtdı. Maşanı qapağın ağzına keçirdi. Qapaq qalxıb yerə düşdü. Parlaq çəhrayı-mavi tonlarında ətrafa bir işıq yayıldı. Necə oldusa, Məleykə şüurunu itirmiş vəziyyətdə havaya qalxdı. Yerə düşən kimi qızlar onu tutdular. Qapaq öz-özünə bağlandı.
Məleykəni evə gətirdilər. Aylin Məleykəni şillələyirdi:
-Oyan , Məleykə. Zeynəb, su gətir tökək.
Zeynəb su gətirdi. Suyu Məleykənin üzünə tökdü. Məleykə üzünü turşutmuş halda gözlərini açdı. Nərgiz soruşdu:
-Sənə nə oldu, Məleykə?
-Əsas sizə nə olub? Niyə başıma yığışmısınız. -Məleykə heç nəyi xatırlamırdı. Kimsə bunu vaxt qazanmaq üçün etmişdi.
Fəsil 19
Üçüncü planet yox olur.
Bu gün artıq vrou ayının biri idi. Qızlar Məleykəyə heç nə demirdilər. Aylin dedi:
Kəmərləri bağlayın. Qızlar yola düşdülər. Marsa gedirdilər. Elə əsəbi idilər ki, heç planetlərə belə baxmadılar. Bir saat keçmişdi . Aylin yenə dedi:
-Gəldik. Səssizcə düşün. Onların yanlarına gedə bilmək üçün Marsın altından fırlanmalıyıq.Belə də etdilər. Bir də nə görsələr yaxşıdır? Bir dənə arıq zombi oturub taxtda başında tac əlində əsa ... Nərgiz dedi:
-İlk öncə ağıllarını başlarından almalıyıq. Bu çətin olmayacaq.-Nərgiz alqış vurdu. Sanki, zombilərin üzləri düşdü.Həcər yoxlamaq üçün bir zombinin burnuna arxadan sarımsaq tutdu və dedi:
-Alınır.-Bunu eşidən Ayşə taxtın arxasından yaxınlaşdı. Sarımsaqları başçının qucağına tökdü. Başçı sıçradı və nə isə dedi. Onda zombilər baş qaldırdılar. Nərgiz, Zeynəb,Ayşə və Həcər eyni anda alqış vurdular. Bu iyi özləri hiss etmədilər. Çünki kosmonavt paltarında idilər. Plan baş tutmuşdu. Zombilərin ayaqları yerdən götürüldü. Göyə qalxdılar. Tərifə gülərək dedi:
-Gəlin. Bunlar gedib hansısa planetə dəymədən əl-ələ tutuşmalıyıq. – Onu da birləşdilər. Hamısı yox oldular. Heç bir saniyə keçmədi ki, Mars geri qayıtdı. Yeni Mars və yeni həyat...
____________
Salam lunatiklərim... Bu gün məktəblərin açılışına özəl məktəb paketi gəldi. Bu altıncı və bazar günləri rahat oxuyun. Bilirsiniz ki, ikinci kitab iyirmi bölümdür. Yəni ikinci kitaba bir bölüm sonra vida edirik. Həmin bölümü hələ yazmamışam.Onu da on-iyirmi dəqiqəyə yazıb ataram...
ŞİMDİ OKUDUĞUN
Yenilməz Onluq (Lunatiklər Binası 1)
FantasyTamamlandı. Kitab oldu. Bütün haqları yazıçı Dəniz Şıxəlizadəyə məxsusdur.