Fəsil 2
Yenə gedirik
Evə bir az gec qayıtdım. Təxminən saat beş olardı. Əslinə qalsa, bu gec saat deyildi. Amma səhərdən orda idim. Evə girəndə qardaşımla bacımın qışqırıq salaraq oynadıqlarını gördüm. Hər gün bəbə kimi onlarla oynayan mənim bu gün oynamağa taqətim qalmamışdı. Onlara görünmədən otağıma keçdim. Telefonu əlimə aldım. Bir az baxdıqdan sonra kitabxanama yönəldim. Gözümü bağlayıb bir kitab seçdim. Əlimi toxundurduğum kitab Rövşən Abdullaoğlunun idi. Onun kitablarında həmişə özümə hüzur tapmışam. Kitabı çıxardıb üstünə baxdım. Üstünə “Bu şəhərdə kimsə yoxdur” yazılmışdı. Şəkilə baxdım. Bir ədəd gül var idi. Kitabı götürüb yatağıma keçdim. Yastığı qaldırıb dik qoydum. Saata baxmadan təxminən iki saat oxudum. Bir az gözlərim doldu. Sonra heç bilmədən yuxuladım. Anamın səsinə oyandım:
-Zeynəb, gəlmisən niyə xəbər vermirsən? Mən də bayaqdan Dənizə zəng edirəm. Deyir bizdən çıxıb .
Yuxulu-yuxulu dedim:
-Heç ağlına gəlmədi otağıma baxasan? Bacımgillə oynamağa halım olmadığı üçün sakitcə otağıma keçdim. Düzdür, səhv etmişəm, üzr istəyirəm.
-Yaxşı, başlama yenə.
Anam otaqdan çıxandan sonra saata baxım. Saat səkkiz olmuşdu. Tez yerimdən durdum. Paltarımı dəyişib pijamalarımı geyindim. Saçımı toppuz yığıb Mətbəxə keçdim. Anam axşam yeməyi hazırlamışdı:
-Acından ölürəm.
-Günortada heç nə yeməmisən. Yeməyə bozbaş var yeyirsən?
- Dünənki kartofdan qalıb?
-Hə.
-Ondan istəyirəm.
Beş dəqiqə keçməmiş anam yeməyimi gətirdi. Könülsüz olsa da hamısını yedim. Çünki, ac idim.
Yeməyimi yeyəndən sonra qonaq otağına keçdim. Bacım dərs oxuyurdu. Qardaşım da ona qoşulmuşdu. Bunlar nə vaxtdan məktəbə gedirlər. Heç dünyadan xəbərim yoxdu. Atam çoxdan gəlmişdi. Onunla görüşüb hamama getdim. Sonra otağıma keçdim. Bir az məntiq testi işlədim. Sonra iyimi səhifə kitab oxuyub saata baxdım. Saat onun yarısı idi. Yarım saat telefonda qurcalandım. Sonra xatırlamıram. Yatmışdım.
Səhər tez oyandım. Bu gün qızlarla gedəcəkdik. Amma mən ailəmdən ayrılmaq istəmirəm. Lovitaya getməli idik. Bu barədə dünən danışmışdıq. Yeməyimi yedim. Anamı bolluca öpdüm. Bu onun səbəbini başa düşməsə də mən çooox yaxşı anlayırdım. Sonra atamı işə yola saldım. Sonra anamı Aylingilə getdiyinə birtəhər razı saldım. Qapıdan çıxanda bir çox əşya götürdüm. Anam soruşanda Aylinlə dərs edib oyun oynayacağımızı dedim. Qapıdan çıxanda gözlərim doldu. Pilləkənləri tək-tək düşürdüm. Bəzən duruxurdum. Sonra gözümdən yaş axırdı. O gün o zirzəmi haqqında maraqlanmamalıydım. On qız içində, sadəcə, özümü günahkar görürdüm. Əsl Zeynəb bu deyildi. Yada bu idi. Həyat məni dəyişmişdi. Dünya məni tərk etmişdi...
_____
Salam ,minik lunatiklərim...
Əgər kiminsə adından danışılırsa duyğular da olmalıdır.
ŞİMDİ OKUDUĞUN
Yenilməz Onluq (Lunatiklər Binası 1)
FantasíaTamamlandı. Kitab oldu. Bütün haqları yazıçı Dəniz Şıxəlizadəyə məxsusdur.