Fəsil 16
Məleykə yoxdur
Axşam işlər bitmişdi. Hamısı yeməyə oturdular. Zeynəb dedi:
-Məleykə hardadır?
-Ən son həyətdə idi. Gedib baxım.-Həcər dedi. Beş dəqiqə keçdi. Hər qaçaraq içəri girdi.- Məleykəni tapa bilmirəm.
Banu dedi:
-Sakit olun. Evə baxaq.
Banu otaqlara baxdı. Həcər yenə həyətə getdi. Arıq Zeynəb hamama baxdı. O biri Zeynəb mətbəxdə qaldı. Nərgiz dəhlizə yönəldi. Aylin və Dəniz Banuya qoşuldu. Tərifə balkona getdi. Ayşə isə qonaq otağında idi.Hamı hər yerə baxdı. Amma Məleykə tapılmadı. Yoxluğa isə son doqquz gün qalmışdı. Görəsən, nə zaman bu bəlalar lunatiklərimizi buraxacaq.
Fəsil 17
Raketlərin arxasında
Bu bölümdə azacıq da dincəlməyə ehtiyac var. Hər nə qədər Məleykəni tapmalı olsalar da ... Narahat olmayın. Hər şey yaxşı olacaq.
Qızlar səhər durdular. Yeməklərini yedilər. Hamısı həyətə çıxdılar. Bir-birlərindən ayrılmamaq qərarına gəldilər. Çünki , Məleykənin başına gələn şey onların da başlarına gələn bilərdi. Tərifə əli ilə raketlərin arxasında yerdə kanalizasiya qapağına oxşayan şeyi göstərib dedi:
-Qızlar bu nədir?
- Gəlin, içinə baxaq.-Ayşə qabağa atılanda Zeynəb onu tutdu:
- Bu nədirsə onunla təmas etmədən baxmalıyıq. Bu , bəlkə bir portaldır. Bəlkə , heç nə...
ŞİMDİ OKUDUĞUN
Yenilməz Onluq (Lunatiklər Binası 1)
FantasiTamamlandı. Kitab oldu. Bütün haqları yazıçı Dəniz Şıxəlizadəyə məxsusdur.