Salam, minik lunatiklərimm...
Həftəsonu bölümü ilə gəldim. Bir bölüm də bu axşama yaza bilsəm əla olar. Baxaq , görək nə olacaq. Dərslərim, tədbirlərin, nəşr işləri və çəkilişlərim o qədər çoxdur ki, bir dəqiqə tapıb bölüm ata bilmirəm.___________________
Bu qədəri , yetər...
Fəsil 5
Mən hər şeyə hazır idim. Bəzən elə anlar olur ki, edim getsin deyirik. Həyatımızın dönüş nöqtəsinin heç fərqinə də varmırıq. Olsun. Fərqinə varmasam yaxşıdır. Çünki əksi olsa, beynim ütülənəcəkdi.
Bu gün ilk dəfə çölə çıxacaqdım. Əynimi dəyişib həyətə çıxdım. Qızlar artıq həyətdə məni gözləyirdilər. Onlara yaxınlaşıb başımı salladım. Həyətdən çıxıb küçəyə yönəldik. İlk başda mənə heç nə qəribə gəlmədi. Sonra evlərdən çığırtı səsləri eşitməyə başladım. İnsanlar ora-bura qaçırdılar. Hamı bir şeylər olacağını deyirdi. Bir qoca qadın səkinin qırağında oturmuşdu. Ona yönəldim. Qızlar da dalımca gəldilər:
-Salam, burada nə baş verir?
-Görmürsünüz? Orda...-qadın bir binanın qarşısını göstərib dedi-Gəlirlər, gəlirlər...-Məni tutub ayağa qalxdı.-Qaçın.-Sürətlə yanımızdan uzaqlaşdı.
Mən heç nə görmürdüm. Heç birimiz görmürdüm. Tərifə mənə yaxınlaşdı:
-Qızlar nə olduğunu ağlı yerində olan adamdan soruşmaq lazımdır.-Artıq Tərifə də qorxmurdu. Başqa vaxt olsaydı, mənim arxamda gizlənərdi. İndi Dənizdə dəyişmişdi. Ən cəsurumuz idi. O ailəsini məndən daha çox istəyirdi. Və təcili şəkildə işləri bitirib evə getmək fikrində idi. Hamını yubadan mənəm. Mən də evə getmək istəyirəm. Olmur. Günahkaram. Anlıq əsəbiləşdim. Sonra keçdi. Tərifəyə tərəf çevrildim. Gözlərimi qıyaraq:
-Lakin, burada ağıllı adam yoxdur.
Beləcə qalmışdıq. Birinci evə getməyi təklif edən Dəniz oldu. Hamımız qəbul etdik. Və onun dalınca düşdük. Bu aralar camaat dəli kimi yolda yeridiyi üçün biz də onlarla empatiya qurub belə edirdik. Evə çatanda qapımı tez açıb otağıma qaçdım. Aylin məni çağırdı. Hamımız qonaq otağına yığışdıq. Dəniz yenə başladı:
-Haradan biləcəyik?
-Xəbərlər-Banu qışqırdı.Nərgiz ayaqlandı. Banunun dediyini başa düşmüşdü. Televizorun açdı. Hər yerdə həyəcan təbili çalınırdı. Xəbərlərdə ki qadın deyirdi:
-Gödüyünüz bu zombilər bütün dünyamızı ələ keçirib. İnsanlara heç nə etmirlər. Lakin hər kəs qaçır. Anonim bir şəxsin verdiyi müsahibəyə görə adam zombiyə əl vurub lakin heç nə hiss etməyib. Sanki onlar ruhdurlar.-Televizor söndü. İşıqlar da söndü, eynən bizim kimi...
_____________________
Bilirəm, çox dolu bir bölüm deyil amma yenə də sizi bölümsüz qoymaq istəmədim, lunatiklərim...
ŞİMDİ OKUDUĞUN
Yenilməz Onluq (Lunatiklər Binası 1)
FantasyTamamlandı. Kitab oldu. Bütün haqları yazıçı Dəniz Şıxəlizadəyə məxsusdur.