Üçüncü pərdə Qandallar yox olur

48 4 2
                                    

Qandallar yox olur
Fəsil 9
Əllərimin və gözlərimin boşaldığını hiss etdim. Yəqin ki, ölürdüm. Kiminsə qarşımda durduğunu hiss etdim. Bu sinif yoldaşım N. Uğur idi. Yenə boş-boş gülürdü.Evin ortasında yanırdıq və o gülürdü:
-Çıxacıq-öz ləhcəsi ilə dedi. Səsi çox tanış idi. İki illik sinif yoldaşım olduğu üçün ola bilər? Ayağa qalxdım. Çıxış axtarırdım.Hamımız axtarırdıq ki, Banu dedi:
-Uğur sən bura haradan gəldin?
-Azərbaycandan-Guya ki, bilmirdik.
-Nə işin var burada?
-Gördüyünüz kimi...
-Bəs, bu söhbətləri haradan bilirsən?
-Sənə nə? Banu niyə hər şeyə burnunu soxursan? Bir azdan  öləcəyik.
Heç gülməli deyil. Uğur o biri Zeynəbin qoluna sehr edərək açmağa çalışırdı. Qandal əriyib yox oldu. Zeynəb rahatlandın ayağa qalxdı. Aylin iri addımlarla otağın ətrafına göz gəzdirirdi.Başını əyib otağın qırağındakı dəmirə baxmaq istəyəndə Uğur yerə yıxıldı. Mən Uğura qalxmağa kömək edirdim.
   Birdən dəmir parçası göyə qalxıb Aylinin əlinə çırpıldı. Aylinin qandan qorxduğunu bilib yanına qaçdım. Uğuru başı boş buraxdım. Özü üçün çırtıq çalırdı. Elə bil ki, piknikə getmişdik. Aylinin əli azca yarılmışdı. Əlini jaketim ilə bağladım. Sonra Uğur bizə yaxınlaşdı. Aylinin qolundan sıxdı. Yara yox oldu. Şok olmuşdum. Nərgiz belə bunu edə bilmirdi.
   Sonra Ayşə gözümə batdı. Çünki, çığırırdı. Hamımız yanına yaxınlaşdıq. Zeynəbin başı nəyəsə qarışmışdı. O gəlmədi. Uğur hələ də Aylinin yanında idi. Sonra başını çevirdi. Bir neçə saniyə sonra yanımıza qayıtdı. Ayşə qolunu oynada bilmirdi. Uğur bizdən uzaqlaşmağımızı xahiş etdi. Bizdə Zeynəbin yanına getdik. Ayşə yanımıza gələndə qolu çox rahat idi. Ondan nə etdiyini soruşanda Ayşə bilmədiyini dedi.             Zeynəblə Uğur nə isə otağı gəzirdilər. Zeynəbin otaqda çox narahat olduğunu gördüm. Birdən ayağı yaşıl bir mayeyə toxunub sürüşdü. Yanına qaçmaq istəyəndə Uğur:
  -Yaxınlaşmayın. Nə isə yapışqan maddədir-dedi. Əli ilə həmin maddəni sovurdu. Hər şey yox oldu. Hamımız Zeynəbin yanına qaçdıq. Ayağını tutmuşdu.
  Uğur Zeynəbin ayağından tutdu. Amma heç nə dəyişmədi:
  -Bu necə ola bilər? Elədiyim heç bir sehr keçmir. Sanki ayağı daşdandır.
  Üzü bikefləmişdi. O boyda şeyi edə bildi. Bircə sehri adaşıma çatmadı.  Evə qayıdırdıq. Zeynəbin qolundan tutub kömək edirdik. Uğur ən arxada gəlirdi. Guya bizi qoruyacaq. Evə çatanda Zeynəb divanda uzandım biz də əyləşdik. Uğur bir barmağı ilə düz on bir dənə çay hazırladı. Hamımız güldük. Sonra Zeynəbi görüb susdum. Uğur dodağının altında əsəbi şəkildə bir şeylər mırıldandı. Amma heç kim eşitmədi. Əslinə qalsa eşidiləcək bir səslə dedi. Sanki mənim qulağım bulanıq eşidirdi. Ya da eşitdirilirdi...
______________________
Yeni bölümlə hər kəsə salam ,minik lunatiklərim...
Uğur artıq hekayəyə daxil oldu. Uğur bizim keçən pərdələr də sinif nümayəndəsi olandır...

Yenilməz Onluq (Lunatiklər Binası 1)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin